Seçib Yenidәn Sahmanlayan: Küyülü Sәid Nәccari İçindәkilәr: 1-ci Dәrs: Әlifba................................................................................... 3 2-ci Dәrs: Sәs........................................................................................ 5 3-cü Dәrs: Kar vә Cingiltili Sәssizlәr ............................................ 6

Bu konu 8551 kez görüntülendi 11 yorum aldı ...
azerbaycan turkcesi dersleri detayli 8551 Reviews

    Konuyu değerlendir: azerbaycan turkcesi dersleri detayli

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 8551 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart azerbaycan turkcesi dersleri detayli

    Seçib Yenidәn Sahmanlayan:
    Küyülü Sәid Nәccari[/CENTER]

    İçindәkilәr:

    1-ci Dәrs:

    Әlifba............................................ ....................................... 3
    2-ci Dәrs: Sәs............................................... ......................................... 5
    3-cü Dәrs: Kar vә Cingiltili Sәssizlәr ............................................ 6
    4-cü Dәrs: Qalın vә İncә Sәslilәr .................................................. . 7
    5-ci Dәrs: Dodaqlanan vә Dodaqlanmayan Sәslilәr................ 8
    6-cı Dәrs: Sәsli Uyğunluğu (Ahәng) Qanunu ............................ 9
    7-ci Dәrs: Ardıcıllıq Qanunu .................................................. ........ 10
    8-ci Dәrs: Heca.............................................. ..................................... 11
    9-cu Dәrs: Sözlәrin Son Hәrfi............................................. ........... 12
    10-cu Dәrs: Söz vә Onun Quruluşu.......................................... ... 13
    11-ci Dәrs: Düzәltmә Sözlәr vә Sözdüzәldici Şәkilçilәr....... 14
    12-ci Dәrs: Mürәkkәb Sözlәr vә Onların Yazılışı .................... 15
    13-cü Dәrs: Şәkilçilәrin Növlәri .................................................. . 16
    14-cü Dәrs: Şәkilçilәrin Yazılışı.......................................... .......... 17
    15-ci Dәrs: Nitq Bölümlәri .................................................. ........... 18
    16-cı Dәrs: İsim (Ad) .................................................. ..................... 19
    17-ci Dәrs: İsimlәrin Quruluşca Növlәri ................................... 20
    18-ci Dәrs: İsimlәrdә Bağlılıq.......................................... ............. 23
    19-cu Dәrs: İsmin Halları .................................................. ............. 26
    20-ci Dәrs: Bağlılıq vә Hal Şәkilçilәri Birlikdә......................... 29
    21-ci Dәrs: İsimlәrdә Xәbәr Әlamәti ......................................... 32
    22-ci Dәrs: Sifәt............................................. .................................... 34
    23-cü Dәrs: Sifәtlәrin Dәrәcәsi .................................................. .. 38
    24-cü Dәrs: Say............................................... ................................... 40
    25-ci Dәrs: Әvәzliklәr .................................................. .................... 41
    26-cı Dәrs: Eylәm............................................. ................................. 43
    27-ci Dәrs: Anasöz............................................ ................................ 45
    28-ci Dәrs: Eylәmin Danması........................................... ............. 46
    29-cu Dәrs: Tә'sirli vә Tә'sirsiz Eylәmlәr.................................. 47
    30-cu Dәrs: Eylәmlәrin Növü.............................................. .......... 49
    31-ci Dәrs: Eylәmlәrdә Zaman .................................................. ... 51
    32-ci Dәrs: Eylәmlәrdә Bitişәn Şәxs Әvәzliklәri .................... 55
    33-cü Dәrs: Eylәmin Şәkillәri......................................... ............... 56
    34-cü Dәrs: Eylәmin Ümumi Şәkillәri ........................................ 59
    35-ci Dәrs: Eylәmlik Bağlamalar ................................................. 60
    36-cı Dәrs: Zәrf.............................................. ................................ 62
    Qaynaqça:......................................... .............................................63

    1-ci Dәrs: Әlifba

    Azәrbaycan Türkcәsi, indiyәcәn, üç әlifbada yazılıbdır.
    Quzey Azәrbaycanda Әrәb, Kiril vә Latın әlifbalarında,
    Güney Azәrbaycanda isә, yalnız, Әrәb әlifbasında yazılıb.


    2-ci Dәrs: Sәs

    Azәrbaycan Türkcәsindә sәslәr iki yerә bölünür:
    sәslilәr vә sәssizlәr. Sәslilәri tәlәffüz edәndә, hava azad
    şәkildә ağızdan çıxır. Azәrbaycan Türkcәsindә doqquz
    sәsli vardır:

    - Aa: adam
    - Ee: ev
    - Әә: әl
    - Iı: qız
    - İi: dil
    - Oo: yol
    - Öö: göz
    - Uu: duz
    - Üü: üz


    Sәssizlәrin tәlәffüzündә, hava axını ağızdan çıxanda,
    bir maneyә rast gәlir. Azәrbaycan Türkcәsindә 23 sәssiz
    vardır:


    B, C, Ç, D, F, G, Ğ, H, X, J, K, Q, L, M, N, P, R, S,
    Ş, T, V, Y, Z.


    3-cü Dәrs: Kar vә Cingiltili Sәssizlәr

    Azәrbaycan Türkcәsinin sәssizlәri ya kar ya da
    cingiltili olur.

    Kar sәssizlәri tәlәffüz edәndә, sәs tellәri titrәmir vә
    sәs eşidilmir: p, t, k kimi.

    Cingiltili sәssizlәri tәlәffüz edәndә, sәs tellәri titrәyir
    vә sәs eşidilir: b, n, z kimi.

    Azәrbaycan Türkcәsindә kar sәssizlәrә nisbәt,
    cingiltili sәssizlәr çox işlәnir.

    4-cü Dәrs: Qalın vә İncә Sәslilәr

    Azәrbaycan Türkcәsindә olan sәslilәrdәn dördü
    qalındır:

    - a
    - ı
    - o
    - u


    Bu sәslilәri deyәndә, dil arxa tәrәfdә yuxarı qalxır vә
    sәs qalın çıxır. Bunlara dilarxası vәya qalın sәslilәr deyilir.
    Qalan beş sәsli incәdir:

    - e
    - ә
    - i
    - ö
    - ü


    Bu sәslilәri deyәndә, dilin qabaq bölümü öndamaqda
    qalır vә sәs incә çıxır. Bunlara incә sәslilәr deyilir.
    Sәslilәrdәn o, ö, e, әsl Türk sözlәrindә birinci
    hecada gәlә bilәr.

    "Azәrbaycan Türkcәsinin sәslilәri qısadır."

    5-ci Dәrs: Dodaqlanan vә Dodaqlanmayan
    Sәslilәr


    Sәslilәrin bә'zisini deyәndә, dodaqlar girdәlәşib irәli
    uzanır. Belә sәslilәrә dodaqlanan sәslilәr deyilir:

    - o
    - ö
    - u
    - ü


    Qalan beş sәslini deyәndә dodaqlar tәbii halda qalır
    vә sәs tәlәffüzünә qatılmır. Bunlara dodaqlanmayan
    sәslilәr deyilir:

    - a
    - e
    - ә
    - ı
    - i


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: azerbaycan turkcesi dersleri detayli

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 11

          Görüntüleme: 8551


  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart 6-cı Dәrs: Sәsli Uyğunluğu (Ahәng) Qanunu

    6-cı Dәrs: Sәsli Uyğunluğu (Ahәng) Qanunu

    Әsl Türk sözlәrindә, sәslilәr ya incә olar ya da qalın.
    Demәk, bir sadә sözdә sәslilәrin hamısı bir cinsdәn
    olmalıdır.
    Sözlәrdә qalın vәya incә sәslilәrin bir cinsdәn
    olmasına sәsli uyğunluğu (ahәng) qanunu deyilir,
    örnәk- lәr:

    - qalın:

    * oyun
    * ayaq
    * dodaq
    * yoldaşlıq
    * vuun

    - incә:

    * evli
    * eşik
    * süpürgә
    * kәndçi
    * dirsәk
    * ödәmәk

    7-ci Dәrs: Ardıcıllıq vәya Sәslilәrin Bir-birinin
    Dalınca Gәlmәsi Qanunu


    Әsl Türk sözlәri, sәslilәr müәyyәn tәrtiblә düzülәndә,
    düzәlir.
    Bu tәrtibә, ardıcıllıq vәya sәslilәrin bir-birinin dalınca
    gәlmәsi qanunu deyilir.
    Demәk, bu dilin sözünün birinci sәslisini bilsәk, sәsli
    uyğunluğu qanunu yardımı ilә, sonrakı hecalarda gәlәn
    sәslilәri dә tә'yin edә bilәrik.

    Örnәk:

    - getdikcә
    - dondurma
    - tökülmәk.


    8-ci Dәrs: Heca

    Sözlәr parça-parça deyilir; hәr parça bir hecadır vә
    hәr hecada bir sәsli vardır:

    - birhecalı: at, göz
    - ikihecalı: ana, qoçaq
    - üçhecalı: qardaşlıq, dumanlıq
    - dördhecalı: yazıçılıq, Azәrbaycan
    - beşhecalı: Azәrbaycanlı, yaşıllaşdırmaq

    Azәrbaycan Türkcәsinin әsl sözlәrini nәzәrә alaraq,
    beş növ heca görürük :

    1. Tam açıq heca: sözün әvvәlindә gәlәr vә yalnız
    bir sәslidәn ibarәt olar, örnәk: a + na, a + çıq.

    2. Açıq heca: bir sәssizlә bir sәslidәn ibarәtdir vә
    sözün hәr yerindә gәlә bilәr, örnәk: ba + ba, bi
    + bi.

    3. Qapalı heca: bir sәsli ilә bir sәssizdәn qurulan
    hecadır. Bu heca sözün hәr yerindә gәlә bilәr,
    örnәk: at, üç.

    4. Tam qapalı heca: iki sәssizin arasında bir
    sәslidәn ibarәt olan hecadır. Bu heca sözün hәr
    yerindә işlәnir, örnәk: bal, gül.

    5. İkinci tam qapalı heca: üç sәssiz vә birinci
    sәssizdәn sonra gәlәn bir sәslidәn ibarәt olan
    hecadır. Sonrakı iki sәssizdәn biri mütlәq cingiltili
    olmalıdır, örnәk: sәrt, qurd.

    9-cu Dәrs: Sözlәrin Son Hәrfi

    Azәrbaycan Türkcәsinin sözlәri eşidildiyi kimi yazılır:

    1. Axırı "q" ya "ğ" vәya "x" tәlәffüz olan sözlәr, әgәr
    tәkhecalı olsalar, "ğ" ya "x" vә әgәr iki vәya
    çoxhecalı olsalar, "q" şәklindә yazılar. Örnәk: çox,
    yağ, bax, zığ, uşaq, qaçmaq.

    2. Qalın sәsli anasözlәr (mәsdәr) "q", incә sәslilәr isә
    "k" ilә bitәr, örnәk: yazmaq, olmaq, yemәk, sönmәk.

    3. Sözlәrin axırındakı "q" hәrfi, iki sәsli arasına düşsә,
    "ğ" hәrfinә çevrilәr, örnәk: uşaq + ı/ uşağı.

    4. İki vәya çox hecalı sözlәrin sonundakı "t" hәrfi, iki
    sәsli arasına düşәndә, "d" hәrfinә çevrilәr. Örnәk:
    qaçırt + ır / qaçırdır, unut + ur / unudur.

    5. Sözlәrin sonundakı "k" hәrfi, iki sәsli arasına
    düşәndә, "g" vәya "y" hәrfinә çevrilir. Örnәk: çörәk
    + i / çörәyi (çörәgi), әmәk + i / әmәyi (әmәgi).

    10-cu Dәrs: Söz vә Onun Quruluşu

    Sözlәr quruluşlarına görә üç cür olur:

    1. Sadә sözlәr: hәmişә sabit qalıb, tәklikdә anlamı
    (mә'na) olan, bir hәrfi düşsә anlamını itirәn
    sözlәrә sadә sözlәr deyilir.
    Örnәk: ana, bacı, divar.

    2. Düzәltmә sözlәr: bir sadә söz vә sözdüzәldәn
    şәkilçidәn ibarәt olan sözlәrә, düzәltmә sözlәr
    deyilir.
    Örnәk: vәtәndaş / vәtәn + daş, atlı /
    at+ lı.


    3. Mürәkkәb sözlәr: iki vәya neçә kökdәn düzәlәn
    sözlәrә, mürәkkәb sözlәr deyilir.
    Örnәk: istiot / isti + ot, әlüzyuyan / әl
    + üz + yuyan.

    "Sözün dәyişilmәyәn vә müstәqil anlamı olan
    bölümünә, kök deyilir."
    "Sözün dәyişәn vә müstәqil işlәnmәyәn bölümünә,
    şәkilçi vәya әk deyilir.

  3. #3
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart 11-ci Dәrs: Düzәltmә Sözlәr vә Sözdüzәldici

    11-ci Dәrs: Düzәltmә Sözlәr vә Sözdüzәldici

    Şәkilçilәr
    Yeni söz düzәltmәk üçün, köklәrә artırılan
    şәkilçilәrә, sözdüzәldici şәkilçilәr deyilir.

    Örnәk:

    gözlük
    göz
    gözәtçi
    gözsüz


    Yuxarıdakı örnәklәrdә "göz" sözünә çeşidli
    (müxtәlif) şәkilçilәr qoşmaqla, cürbәcür sözlәr yaranır.

    12-ci Dәrs: Mürәkkәb Sözlәr vә Onların
    Yazılışı


    Mürәkkәb sözlәr, aşağıdakı qaydalarla yaranır:

    1. İki vә hәrdәn üç sadә sözün birlәşmәsindәn,
    örnәk: Düz Küyü, qaraqaş, uzunburun

    2. Yaxınanlamlı iki sözün birlәşmәsindәn,
    örnәk: ev-eşik, üst-baş, çal-çağır

    3. Eyni sözlәrin tәkrarı ilә,
    örnәk: üzbәüz, baş-başa

    4. Ziddanlamlı sözlәrin birlәşmәsindәn,
    örnәk: yer-göy, gecә-gündüz

    13-cü Dәrs: Şәkilçilәrin Növlәri

    Azәrbaycan Türkcәsindә şәkilçilәr görәvlәrinә
    (vәzifә) görә iki yerә bölünür:

    [B]1. Sözdüzәldici şәkilçilәr:
    bә'zi şәkilçilәr, sözә
    artırılanda, o sözün anlamını dәyişib yeni-anlamlı söz
    yaradar. Belә şәkilçilәrә, sözdüzәldici şәkilçilәr deyilir.

    Örnәk:
    -çı / boyaqçı,
    -suz / susuz,
    -li / yemәli,
    -lıq / ağalıq


    2. Sözdәyişdirici şәkilçilәr: bә'zi şәkilçilәr sözә
    artırılanda, onun yalnız zahirdәki şәklini dәyişib,
    anlamında heç bir dәyişiklik yaratmır. Belә şәkilçilәrә,
    sözdәyişdirici şәkilçilәr deyilir.

    Örnәk:
    -da / dağda,
    -dәn / Küyüdәn,
    -a / yoldaşa,
    -yә / dәrәyә


    14-cü Dәrs: Şәkilçilәrin Yazılışı

    1. Sözlәrin son sәslisinin ancaq qalın vәya incәliyinә
    bağlı olan şәkilçilәr, iki şәkilli olur. Belә şәkilçilәrin
    qalınlarında "a" incәlәrindә isә "ә" sәslisi işlәnir.

    Örnәk:

    a. qalın sözdәyişdirici şәkilçilәr: -lar / qapılar, -
    da / dağda, -dan / uşaqdan


    b. incә sözdәyişdirici şәkilçilәr: -lәr / evlәr, -dә
    / gün, -dәn / çiçәkdәn


    c. qalın sözdüzәldici şәkilçilәr: -ma / qalma, -
    an / yanan


    ç. incә sözdüzәldici şәkilçilәr: -mә / gül, -әn
    / sevinәn


    2. Sözün son sәslisinin qalın vәya incәliyi, ha belә
    dodaqlanan vәya dodaqlanmayan olmasına bağlı
    olan şәkilçilәr dördçeşidli olur. Belә şәkilçilәrin
    qalınlarında, sәsli uyğunluğu qanununa görә "ı" vәya
    "u", incәlәrindә isә "i" vәya "ü" işlәnir,

    örnәk:

    a. qalın sözdәyişidirici şәkilçilәr: -ı / qarpızı, -ın
    / qarpızın, -u / duzu, -un / duzun


    b. incә sözdәyişdirici şәkilçilәr: -i / dili, -in /
    dilin, -ü / günü, -ün / günün


    c. qalın sözdüzәldici şәkilçilәr: -lıq / yaylıq, -sız
    / paltarsız, -luq / qonşuluq, -suz /
    odunsuz


    ç. incә sözdüzәldici şәkilçilәr: -lik / kölgәlik,
    - siz / evsiz, -lük / gözlük, -süz / gülsüz


    15-ci Dәrs: Nitq Bölümlәri

    Hәr dilin sözlәri çeşidli bölümlәrә bölünür. Onlara
    nitq bölümlәri deyilir.
    Azәrbaycan Türkcәsindә on cür nitq bölümü vardır.
    Bunlardan bә'zisinin mәtndәn eşikdә, müstәqil anlamı
    olur. Bunlara әsas nitq bölümlәri deyilir. Azәrbaycan
    Türkcәsindә yeddi cür әsas nitq bölümü var:

    1. isim: ana, vәtәn

    2. sifәt: ağ, böyük

    3. say: bir, iki

    4. әvәzlik: mәn, sәn

    5. eylәm (fe'l): yazdım, gedirәm
    6. zәrf: yavaş, diqqәtlә
    7. nida: ax! hoy!

    Mәtndәn eşikdә müstәqil anlamı olmayan nitq
    bölümlәrinә, kömәkçi nitq bölümlәri deyilir.

    1. qoşma: sarı, -dәk, kimi, görә
    2. bağlayıcı: hәm, da, yoxsa, ancaq
    3. әdat: ki, -mi, bәs, ha
    [/B]

  4. #4
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart 16-cı Dәrs: İsim (Ad)

    16-cı Dәrs: İsim (Ad)


    Şeylәr vә kimsәlәrin adını bildirәn sözlәrә, isim
    deyilir:

    1. özәl (xüsusi) isimlәr: varlığı tәk olan şeylәri
    bildirәn sözlәrә deyilir, örnәk: Savalan, Babәk,
    Tәbriz.

    2. genәl (ümumi) isimlәr: cinsibir şeylәrin ümumi
    adı olan sözlәrә deyilir, örnәk: adam, kitab.

    3. mücәrrәd isimlәr: maddә xaricindә olan vә
    әllәnmә- yәn şeylәrin adına deyilir, örnәk: yaxşılıq,
    qoçaqlıq.

    4. mücәrrәd olmayan isimlәr: canlılar vә cansızların
    adına deyilir, örnәk: su, quş.

    5. tәklik isimlәr: isimlәrin çoxu, sonunda toplu (cәm)
    әlamәti olmayanda, tәk bir şeyi bildirir. Belә isimlәrә,
    tәklik isimlәr deyilir, örnәk: ata, ev.

    6. çoxluq isimlәr: sonunda toplu әlamәti olmayanda
    da çoxluğu bildirәn adlara deyilir, örnәk: el, ulus,
    sürü.

    7. isimlәrin toplusu: Azәrbaycan Türkcәsindә
    isimlәrin toplu әlamәti, ikiçeşidli "-lar, -lәr"-dәn
    ibarәtdir. İsmin son sәslisi qalın olsa "-lar", incә olsa
    "-lәr"-dәn yararlanarlar, örnәk: dost / dostlar,
    qarpız / qarpızlar, çöl / çöllәr, gәmi / gәmilәr.

    17-ci Dәrs: İsimlәrin Quruluşca Növlәri

    1. Sadә isimlәr: bir kökdәn ibarәt olan vә bir hәrfi
    düşәndә anlamını itirәn isimlәrә, sadә isimlәr deyilir,
    örnәk: çörәk, at.

    2. Düzәltmә isimlәr: bir kök vә bir vәya bir neçә
    södüzәldici şәkilçidәn әmәlә gәlәn isimlәrә, düzәltmә
    isimlәr deyilir.

    Çağdaş Azәrbaycan Türkcәsinin standard şivәsindә
    var olan düzәltmә isimlәr:

    i. Türkcә şәkilçilәrlә düzәlәnlәr:
    -lıq, -lik, -luq, -lük: dağlıq, çәrçilik,
    ucuzluq, düzlük

    -ça, -çә: qazança, dәftәrçә

    -laq: duzlaq, çaylaq
    -çı, -çi, -çu, -çü: yazıçı, çörәkçi, odunçu,
    üzümçü
    -lı, -li, -lu, -lü: dad, evli, duzlu, söz
    -daş: yoldaş, әmәkdaş, vәtәndaş
    -cıq, -cik, -cuq, -cük, -cığaz, -ciyәz:
    anacıq, evcik, yavrucuq, gözcük, qızcığaz,
    nәnәciyәz

    ii. Fars vә Әrәb dillәrindәn alınmış şәkilçilәrlә
    hәmәn dillәrdәn alınmış sözlәrdәn düzәlәn
    düzәltmә isimlәr:

    -iyyәt: ziddiyyәt, şәxsiyyәt
    -yat, -at: әdәbiyyat, tә'limat
    -iyyә: sәviyyә, fәrziyyә
    -i, -vi: Xaqani, Gәncәvi
    -dar: eldar, havadar

    iii. Avropa dillәrindәn alınmış şәkilçilәrlә
    hәmәn dillәrdәn alınmış sözlәrdәn
    yaranan düzәltmә isimlәr:

    -izm: idealizm -ist: maşınist -ik:
    akademik, biolijik

    iv. Türkcә şәkilçilәrlә hәmәn dilin
    eylәmlәrindәn düzәlәn isimlәr:

    -ıq, -ik, -uq, -ük: qatıq, bilik, qoruq,
    rük
    -ış, -iş, -uş, -üş: qaçış, gәl, uç, görüş
    -ma, -mә: vuruşma, süz
    -aq, -әk, -q, -k: yataq, sürәk, daraq,
    әlәk
    -caq, -cәk: sancaq, yellәncәk
    -ım, -im, -um, -üm: yığım, içim, udum,
    ölüm
    -qa, -gә: qovurqa, süpür
    -ar, -әr: ar, gülәr
    -tı, -ti, -tu, -tü: qışqır, göyәrti, gurultu,
    üzün
    -qın, -kin, -qun, -gün, -ğın, -ğun:
    basqın, kәskin, tutqun, süzgün, dalğın,
    vurğun
    -qı, -ki, -qu, -gü, -ğı, -ğu: as, seçki,
    pusqu, böl, çalğı, sorğu
    -ın, -in: axın, biçin
    -ı, -i, -u, -ü: yazı, çәki, pozu, ölçü
    -ıcı, -ici, -ucu, -ücü: satıcı, bilici, sorucu,
    bölücü
    -ınc, -inc, -unc, -ünc: qaxınc, sevinc,
    qorxunc, gülünc
    -acaq, -әcәk: yanacaq, silәcәk
    -cә: düşün
    -gәc: süzgәc
    -ac,-әc: tıxac, döyәc
    -ir: gәlir
    -ıc: ayrıc
    -ıntı, -inti, -untu, -üntü: qazıntı, әzinti,
    ovuntu, çöküntü
    -maz, -mәz: solmaz, sönmәz

    3. Mürәkkәb isimlәr: iki vәya neçә müstәqil sözdәn
    әmәlә gәlәn sözlәrә, mürәkkәb isimlәr deyilir.

    i. iki müstәqil sözdәn yarananlar: Böyükağa,
    hacıleylәk
    ii. bir sözün tәkrarından әmәlә gәlәnlәr:
    qala-qala, deyә-deyә
    iii. anlamca zidd olan iki sözün
    birlәşmәsindәn әmәlә gәlәnlәr: var-yox,
    az-çox
    iv. bir anlamlı vә bir anlamsız sözün
    birlәşmәsindәn әmәlә gәlәnlәr: adammadam,
    qız-mız

    18-ci Dәrs: İsimlәrdә Bağlılıq

    Bir şeyin bir şәxsә bağlı vәya aid olduğunu bidirmәk
    üçün, o şeyin isminin axırına müәyyәn şәkilçilәr
    artırarlar.

    1. Birinci tәk şәxsә bağlı olanda:

    i. bağlı olan tәk şey sәssiz ilә bitsә, bağlılıq
    әlamәti dördçeşidli "-ım, -im, -um, -üm”
    olar, örnәk: kitabım, Tәbrizim, duzum,
    gülüm.

    ii. bağlı olan tәk şey sәsli ilә qurtarsa,
    yuxarıdakı şәkilçilәrin ilkin sәslisi düşәr,
    örnәk: anam, nәnәm, quzum, sürüm.

    iii. bağlı olan şey toplu olsa, "-lar, -lәr” toplu
    әlamәti artırılıb, ondan sonra bağlılıq
    әlamәti "-ım, -im” gәlәr, örnәk: quzularım,
    güllәrim.

    2. Birinci toplu şәxsә bağlı olanda:

    i. bağlı olan tәk şәy sәssizlә bitsә, bağlılıq
    әlamәti dördçeşidli "-ımız, -imiz, -umuz, -
    ümüz" olar, örnәk: bağımız, evimiz,
    yurdumuz, gölümüz.

    ii. bağlı olan tәk şey sәsli ilә qurtarsa,
    yuxarıdakı şәkilçilәrin ilkin sәslisi düşәr,
    örnәk: anamız, nәnәmiz, quzumuz,
    güzgümüz.

    iii. bağlı olan şey toplu olsa, "-lar, -lәr" toplu
    әlamәti artırılıb, ondan sonra bağlılıq
    әlamati "-ımız,-imiz" gәlәr, örnәk:
    qoyunlarımız, güzgülәrimiz.

    3. İkinci tәk şәxsә bağlı olanda:

    i. bağlı olan tәk şey sәssiz ilә bitsә, bağlılıq
    әlamәti dördçeşidli "-ın, -in, -un, -ün" olar,
    örnәk: kitabın, evin, yurdun, gülün.

    ii. bağlı olan tәk şey sәsli ilә qurtarsa,
    yuxarıdakı şәkilçilәrin ilkin sәslisi düşәr,
    örnek: anan, nәnәn, quzun, güzgün.

    iii. bağlı olan şey toplu olsa, "-lar, -lәr" toplu
    әlamәti artırılıb, ondan sonra bağlılıq әlamәti
    "-ın, -in" gәlәr, örnәk: kitabların, evlәrin,
    quzuların, güllәrin.

    4. İkinci toplu şәxsә bağlı olanda:

    i. bağlı olan tәk şey sәssiz ilә bitsә, bağlılıq
    әlamәti dördçeşidli "-ınız = -ız, -iniz = -iz, -
    unuz = -uz, -ünüz = -üz" olar, örnәk:
    kitabınız = kitabız, eviniz = eviz, yurdunuz =yurduz, sözünüz = sözüz.

    ii. bağlı olan tәk şey sәsli ilә qurtarsa, yuxarıdakı
    şәkilçilәrin ilkin sәslisi düşәr, örnәk: ananız =
    anaz, nәnәniz = nәnәz, quzunuz = quzuz,
    güzgünüz = güzgüz.

    iii. bağlı olan şey toplu olsa, "-lar, -lәr" toplu
    әlamәti artırılıb, ondan sonra bağlılıq әlamәti
    "-ınız = -ız, -iniz = -iz" gәlәr, örnәk:
    kitablarınız = kitablarız, güllәriniz = güllәriz.

    5. Üçüncü tәk şәxsә bağlı olanda:

    i. bağlı olan tәk şey sәssiz ilә bitsә, bağlılıq
    әlamәti dördçeşidli "-ı, -i, -u, -ü" olar, örnәk:kitabı, evi, yurdu, söz[U]ü

  5. #5
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    19-cu Dәrs: İsmin Halları[/COLOR]

    İsimlәrin cümlә içindә çeşidli şәkillәrә düşmәsinә,
    ismin halları deyilir:

    1. Adlıq hal: bu, ismin birinci şәkli vә adıdır vә şәkilçisi
    olmaz. Bu hal "kim?" vәya "nә?" sorğularından
    birisinә cavab verir, örnәk: ana “Kim?”, kitab
    “Nә?”

    2. Yiyәlik hal: bu hal iki şey arasında sahiblik, yiyәlik
    mәzmununu bildirir. Bu halda olan isimlәr "kimin?"
    vәya "nәyin?" sorğularından birisinә cavab verir,
    örnәk: Füzulinin qәzәli “Kimin qәzәli?”

    * Bu halın şәkilçilәri aşağıdakılardan ibarәtdir:
    i. isim sәssiz hәrflә bitsә, sözün son
    sәslisi ilә uyğun, dördçeşidli "-ın, -in, -
    un, -ün" işlәnir, örnәk: Azәrbaycanın,
    elin, dostun, gülün.

    ii. isim sәsli hәrflә bitsә, şәkilçi ilә ismin
    arasına bir "-n-” hәrfi artırılır, örnәk:
    atanın, dirinin, quzunun, özünün.

    3. Yönlük hal: bu hal iş vә hәrәkәtin yönünü (cәhәt)
    vәya hәdәfini bildirir. Özü dә "hara?” vәya "nәyә?"
    sorğularından birisinә cavab verir, örnәk: Bağa
    gedirәm. “Hara gedirәm?”, Kitaba baxıram. “Nәyә
    baxıram?”

    * şәkilçilәr:

    i. isim sәssiz hәrflә bitsә, sözün son
    sәslisi ilә uyğun, qalınlarda "-a",
    incәlәrdә isә "-ә" işlәnәr, örnәk:
    ağaca , evә.

    ii. isim sәsli hәrflә bitsә, şәkilçi ilә ismin
    arasına bir "-y-” hәrfi artırılır, örnәk:
    anaya, nәnә, küçә.

    4. Tә'sirlik hal: bu hal eylәmin (fe'l) tә'siri üstünә
    düşәn isimlәri göstәrir. Bu halda işlәnәn isimlәr
    "kimi?" vәya "nәyi?" sorğularından birisinә cavab
    verir, örnәk: Müәllimi gördüm. “Kimi gördüm?”,
    Şe'ri oxudum. “Nәyi oxudum?”

    * şәkilçilәr:

    i. isim sәssiz hәrflә bitsә, sözün son
    sәslisi ilә uyğun, dördçeşidli "-ı, -i, -u, -
    ü" işlәnәr. Örnәk: otağı, vәtәni, duzu,
    gözü.

    ii. isim sәsli hәrflә bitsә, şәkilçi ilә ismin
    arasına "-n-” hәrfi artırılır. Örnәk:
    ana, bәbәni, quzunu, düyü.

    5. Yerlik hal: bu halda, isim işin vәya hәrәkәtin baş
    verdiyi yeri bildirir. Bu haldakı isimlәr, "kimdә?",
    "nәdә?" vәya "harada?" sorğularından birisinә cavab
    verir, örnәk: Kitab Aydındadır. “Kitab kimdәdidr?”

    * şәkilçilәr:

    i. ismin son sәslisi qalın olsa, "-da" şәkilçisi
    ismin sonuna artırılır. Örnәk: anada,
    zurdda, otaqlarda.

    ii. ismin son sәslisi incә olsa, "-dә" şәkilçisi
    ismin sonuna artırılır. Örnәk: ev,
    çöl , evlәr.

    6. Çıxışlıq hal: bu hal iş vәya hәrәkәtin çıxdığı nöqtәni
    bildirir. İsimlәr bu halda, "kimdәn?", "nәdәn?" vәya
    "haradan?" sorğularından birisinә cavab verir,örnәk: Anar mәktәbdәn gәldi. “Anar haradan
    gәldi?”

    * şәkilçilәr:

    i. ismin son sәslisi qalın olsa, "-dan" şәkilçisi
    ismin sonuna artırılır, örnәk: anadan,
    bağdan, babalardan.

    ii. ii. ismin son sәslisi incә olsa, "-dәn"
    şәkilçisi ismin sonuna artırılır, örnәk:
    evdәn, sәndәn , körpәlәrdәn.
    * isimlәr hәm bağlılıq, hәm dә hal şәkilçisi qәbul
    edәndә, ilkcә bağlılıq, sonra isә hal şәkilçisi yazılar,
    örnәk: qardaşıma, qardaşımızda, ...

    20-ci Dәrs: Bağlılıq vә Hal Şәkilçilәri Birlikdә
    "isim + bağlılıq + hal şәkilçisi"


    1. Qalın dodaqlananlarda: ikinci tәk şәxsә aid olanda
    *
    i. adlıq: sәssizlә bitәndә / odunun, sәsli ilә
    bitәndә
    / quyun
    ii. yiyәlik: sәssizlә bitәndә / odununun, sәsli
    ilә bitәndә / quyunun
    iii. yönlük: sәssizlә bitәndә / odununa, sәsli ilә
    bitәndә / quyuna
    iv. tә'sirlik: sәssizlә bitәndә / odununu, sәsli
    ilә bitәndә / quyunu
    v. yerlik: sәssizlә bitәndә / odununda, sәsli ilә
    bitәndә / quyunda
    vi. çıxışlıq: sәssizlә bitәndә / odunundan, sәsli
    ilә bitәndә / quyundan

    2. Qalın vә incә dodaqlanmayanlarda: ikinci tәk şәxsә
    aid olanda *

    i. adlıq: sәssizlә bitәndә / qardaşın, sәsli ilә
    bitәndә / bibin

    ii. yiyәlik: sәssizlә bitәndә / qardaşının, sәsli
    ilә bitәndә / bibinin

    iii. yönlük: sәssizlә bitәndә / qardaşına, sәsli
    ilә bitәndә / bibi

    iv. tә'sirlik: sәssizlә bitәndә / qardaşını, sәsli
    ilә bitәndә / bibini

    v. yerlik: sәssizlә bitәndә / qardaşında, sәsli
    ilә bitәndә / bibindә

    vi. çıxışlıq: sәssizlә bitәndә / qardaşından,
    sәsli ilә bitәndә / bibindәn

    3. Sәsli ilә bitәnlәr (qalın dodaqlanmayan vә incә
    dodaq-lananlar ): ikinci tәk şәxsә aid /

    i. adlıq: qalın sәsli ilә bitәndә / anan, incә
    sәsli ilә bitәndә / hülün

    ii. yiyәlik: qalın sәsli ilә bitәndә / ananın,
    incә sәsli ilә bitәndә / hülünün

    iii. yönlük: qalın sәsli ilә bitәndә / anana, incә
    sәsli ilә bitәndә / hülünә

    iv. tә'sirlik: qalın sәsli ilә bitәndә / ana, incә
    sәsli ilә bitәndә / hülü

    v. yerlik: -qalın sәsli ilә bitәndә / ananda, -
    incә sәsli ilә bitәndә / hülündә.

    vi. çıxışlıq: qalın sәsli ilә bitәndә / anandan,
    incә sәsli ilә bitәndә / hülündәn

    * Bu iki şәkilçi isimlәrә artırılanda, gördüyümüz kimi,
    standard şivә normaları ilә, ikinci tәk şәxsdә yiyәlik,
    yönlük vә tә'sirlik halında bir sıra dolaşıqlıqlar irәli
    gәlir. Bu dolaşıqlıqları aradan qaldırmaq üçün, Güney
    Azәrbaycanda, çox lәhcәlәrdә, hәmәn üç "-ın"
    bağlılıq şәkilçisinin "-n-" hәrfini "-v-" hәrfinә
    çevirirlәr, örnәk:
    i. yiyәlik: odununun / odunuvun, quyunun
    / quyuvun, qardaşının / qardaşıvın, ananın
    / anavın, hülünün / hülüvün

    ii. yönlük: odununa / odunuva, quyuna /
    quyuva, qardaşına / qadaşıva, bibinә /
    bibivә, anana / anava, hülünә / hülüvә

    iii. tә'sirlik: odununu / odunuvu, quyunu /
    quyuvu, qardaşını / qardaşıvı, bibini / bibivi,
    ananı / anavı, hülünü / hülüvü

  6. #6
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    21-ci Dәrs: İsimlәrdә Xәbәr Әlamәti

    Xәbәr şәkilçilәri bunlardır:

    1. Birinci tәk şәxs:

    i. söz sәssizlә bitsә, qalın sәslilәrdә "-am",
    incәlәrdә isә "-әm" olar, örnәk: qoçağam,
    gәncәm.

    ii. söz sәsli ilә bitsә, yuxarıdakı şәkilçilәr
    işlәnәr, amma iki sәsli arasında "-y-" hәrfi
    gәlәr, örnәk: atayam, nәnәyәm.

    2. Birinci toplu şәxs:

    i. söz sәssizlә bitsә, dördçeşidli "-ıq, -ik, -uq, -
    ük" gәlәr, örnәk: insanıq, gәncik, qohumuq,
    böyügük.

    ii. söz sәsli ilә bitsә, iki sәsli arasında "-y-"
    hәrfi gәlәr, örnәk: bacıyıq, körpәyik,
    odunçuyuq, sürücüyük.

    3. İkinci tәk şәxs: hәm sәsli, hәm dә sәssiz hәrflә bitәn
    sözlәrin son sәslisi qalın olsa "-san", incә olsa "-sәn"
    işlәnәr, örnәk: qoçaqsan, babasan, nәnәsәn,
    böyüksәn.

    4. İkinci toplu şәxs: sözün son sәslisiylә ilgili,
    dördçeşidli "-sınız = -sız, -siniz = -siz, -sunuz = -suz,
    -sünüz = -süz" işlәdilir, örnәk: qoçaqsınız = qoçaqsız,
    devsiniz = devsiz, qohumsunuz = qohumsuz,
    düzsünüz = düzsüz.

    5. Üçüncü tәk şәxs: sözün son sәslisiylә ilgili,
    dördçeşidli "-dır, -dir, -dur, -dür" gәlәr, örnәk:
    anadır, evdir, ovçudur, üzümdür.

    6. Üçüncü toplu şәxs: 5-cidәki şәkilçilәrdәn sonra,
    qalınlarda "-lar", incәlәrdә isә "-lәr" artırılır, örnәk:
    qoçaqdırlar, nәnәdirlәr, oğrudurlar, düzdürlәr.
    * Xәbәr әlamәtinin danması: bu әlamәt "deyil =
    dәgil"-dәn ibarәtdir. Şәkilçilәr bu әlamәtin sonuna
    artırılır, örnәk:
    * deyilәm, deyilsәn, deyildir
    * deyillik, deyilsiz, deyillәr.

    22-ci Dәrs: Sifәt
    İsimlәrin necәliyini bildirәn sözlәrә, sifәt deyilir.
    Azәrbaycan Türkcәsindә:
    1. sifәt isimdәn qabaq gәlәr: gözәl qız, qırmızı alma.
    2. sifәt xәbәr olsa, isimdәn sonra gәlәr: vәtәn әzizdir.

    *Sifәtlәrin quruluşca növlәri:

    1. Sadә sifәtlәr: bir kökdәn ibarәt olar.

    i. rәng: ağ, qara

    ii. nәcürlük: yaxşı, pis

    iii. ölçü vә hәcm: uca, qısa

    iv. dad: şirin, acı

    v. üzündәki әlamәt: şil, qoca

    vi. istilik vә ağırlıq: ağır, isti

    2. Düzәltmә sifәtlәr: bir söz vә bir şәkilçidәn düzәlir.

    i. isimlik sifәtlәr: bir isim + şәkilçi
    -lı, -li, -lu, -lü: dad, bilgili,
    yuxulu,dözüm

    -sız, -siz, -suz, -süz: adsız, evsiz, yolsuz,
    tüksüz

    -çı, -çi, -çu, -çü: qaçaqçı, dәmirçi, odunçu,
    döyüşçü

    -lıq, -lik, -luq, -lük: dağlıq, hәftәlik,
    donluq, günlük

    -kı, -ki, -kü: axşam, sәhәrki, bugün

    -kı, -ki: atamda, evdәki

    -cıl, -cil, -cul, -cül: qabaqcıl, işcil,
    qohumcul, ölümcül

    ii. eylәmlik (fe'li) sifәtlәr:

    * birinci dәstә: adlıq isim / eylәm kökü
    +"an"/"әn"

    Örnәk: qanan, görәn, yazılmayan,
    anlaşılmayan.

    * ikinci dәstә:

    -mış, -miş, -muş, -müş: qocalmış,
    gәlmiş, qurumuş, görmüş

    -ar, -әr: axar, gülәr

    -acaq, -әcәk (-yacaq, -yәcәk):
    olacaq, gәlәcәk, yaşayacaq, әlәyәcәk

    * üçüncü dәstә:

    -malı, -mәli: oxumalı, görmәli

    -ası, -әsi (-yası, -yәsi): yazası,
    oxuyası, görәsi, bürüyәsi.

    * dördüncü dәstә:
    alınma, gәlmә

    * beşinci dәstsә:

    -ağan, -әyәn: qapağan, hürәyәn
    -qan, -kәn: çalışqan, döyüşkәn
    -aq, -әk: qorxaq, işlәk
    -ğın (-ğın, -ğun, -gin, -gün) vә -qın
    (-qın, -qun, -kin, -kün):


    söz cingiltili sәssizlә bitsә, “-ğın”-
    gillәr artırılar:
    azğın, solğun, әzgin,
    düzgün

    söz kar sәssizlә bitsә, “-qın”-gillәr
    artırılar:
    satqın, tutqun, kәskin,
    küskün

    -ıcı, -ici, -ucu, -ücü, -yıcı, -yici, -
    yucu, -yücü:
    alıcı, keçici, yorucu,
    sürücü, partlayıcı, әlәyici, qoruyucu,
    bürüyücü

    -ıq, -ik, -uq, -ük: batıq, kәsik, uçuq,
    sönük

    -caq, -cәk: utancaq, sevincәk

    -ınc, -inc, -unc, -ünc: qorxunc,
    gülünc

    -c: qısqanc, iyrәnc

    -ım, -im, -um, -üm: atım, içim, tutum,
    bölüm

    -dıq, -dik, -duq, -dük: aldığım,
    gәzdiyim, olduğum, gördüyün

    -ә: kәsә

    3. Mürәkkәb sifәtlәr: iki sözün birlәşmәsindәn
    düzәlir.

    i. Türkcә sözlәrlә әmәlә gәlәnlәr:

    a. iki sifәtin tәkrarından düzәlәnlәr:
    yaşıl-yaşıl

    b. iki isimlik sifәtdәn düzәlәnlәr:
    güllü-çiçәkli, bağlı-bağçalı

    c. bir sadә sifәt vә bir isimlik
    sifәtdәn düzәlәnlәr:
    ucaboylu,
    istiqanlı

    ç. bir sadә sifәt vә bir isimdәn
    düzәlәnlәr:
    dikbaş, göygöz


    d. bir eylәmlik sifәt vә bir isimdәn
    düzәlәnlәr:
    açıqgöz

    e. bağlılıq şәkilçisi olan bir isimlә bir
    sifәtdәn düzәlәnlәr:
    gözütox,
    dilişirin

    ә. bir bağlılıq şәkilçisi olan isimlә
    isimdәn düzәlәn sifәtlә
    yarananlar:
    üstü-örtülü, gözüqanlı

    f. bir bağlılıq şәkilçisi olan isimlә bir
    eylәmlik sifәtdәn düzәlәnlәr:
    alnıaçıq,
    yolunu-azmış

    g. mürәkkәb eylәmlәrdәn
    düzәlәnlәr:
    tә'yid olunan

    ğ. "-dan, -dәn" şәkilçili bir isim vә bir
    sifәtdәn düzәlәnlәr:
    daşdan-yumşaq,
    dildәn-iti

    h. bir say vә bir sadә isimdәn
    düzәlәnlәr:
    beşbucaq, dördqapılı

    ii. Әrәb vә Fars dillәrindәn alınmış mürәkkәb
    sifәtlәr:

    a. bir sifәt vә bir isimdәn
    düzәlәnlәr:
    xoşbәxt, bәdtinәt

    b. bir say vә bir isimdәn
    düzәlәnlәr:
    yekrәng

    c. bir isim vәya әsl sifәt vә bir
    eylәmlik sifәtdәn düzәlәnlәr:

    quşbaz, oyunbaz[/SIZE][/FONT]

  7. #7
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    23-cü Dәrs: Sifәtlәrin Dәrәcәsi[/COLOR]

    Çağdaş Azәrbaycan Türkcәsindә sifәtin altı dәrәcәsi
    vardır:

    1. Adi dәrәcә: bu dәrәcәdә olan sifәtlәr, şeylәrin
    әlamәtini adi şәkildә bildirir. Örnәk: qırmızı,
    çalışqan, yaxşı.

    2. Qarşılaşdırma (müqayisә) dәrәcәsi: bu dәrәcә iki
    vәya çox şeydә olan eyni keyfiyyәti qarşılaşdırır. Bu
    dәrәcәnin әlamәti üçdür:

    i. -raq, -rәk: yaxşıraq, pisrәk

    ii. -dan, -dәn: bu şәkilçilәr sifәtlәrә artırılmır,
    bәlkә iki isimdәn, keyfiyyәti az olana әlavә
    olur: Yuxu baldan şirindir.

    iii. daha: daha böyük, daha gözәl

    3. Üstünlük dәrәcәsi: bu dәrәcә ilә, bir keyfiyyәt, adi
    dәrәcәdәn üstün göstәrilir. Bu dәrәcәnin әlamәtlәri
    "әn, çox, lap, olduqca"-dan ibarәtdir ki, sifәtin
    başına artırılır: әn gözәl, çox böyük, lap pis, olduqca
    yaxşı.

    4. Şiddәtlәndirmә dәrәcәsi: bu dәrәcә, sifәtin tә'yinlik
    dәrәcәsini şiddәtlәndirir. Bu formada, sifәtin ilk
    hecasının sәslisindәn sonra " –m-, -p-, -s-, -r-"
    sәssizlәri-ndәn birini gәtirib, sonra sifәtin özü bütöv
    şәkildә gәlir: bomboş, sapsarı, qıpqırmızı, dupduru.

    5. Kiçiltmә dәrәcәsi: bu dәrәcә, şeylәrdәki әlamәt, sifәt
    vә keyfiyyәtin adi dәrәcәdәn az olduğunu bildirir. Bu
    dәrәcәnin şәkilçilәri aşağıdakılardır:

    i. -ımtıl, -imtil, -umtul, -ümtül: sarımtıl,
    mavimtil, bozumtul, göyümtül

    ii. -sov: uzunsov, dәlisov

    iii. -tәhәr: qırmızı tәhәr, uzun tәhәr

    iv. -mtıraq: qırmızımtıraq, ağımtıraq

    v. -ala: ala qaranlıq, ala yarımçıq

    vi. -şın:şın, qaraşın

    vii. açıq: açıq qara, açıq sarı

    6. Çoxaltma dәrәcәsi: sifәtin bu dәrәcәsindә keyfiyyәt,
    әlamәt vә sifәtin miqdarı, adi dәrәcәyә nisbәt ya
    artır ya da azalır. Bu dәrәcәnin әlamәti "-ca, -cә"
    şәkilçisidir: yaxşıca, qaraca.

    24-cü Dәrs: Say

    Şeylәrin miqdarını, sayını bildirәn sözlәrә say deyilir.
    Azәrbaycan Türkcәsindә dörd cür say vardır:

    1. Miqdar sayları:
    i. sadә saylar: birdәn ona qәdәr (1-10),
    onluqlar, yüz, min, milyon vә milyard sayları
    sadәdir.

    ii. mürәkkәb saylar: iki vә daha artıq sözlә ifadә
    olunan saylara, mürәkkәb say deyilir, örnәk:
    on beş, yüz doqquz.

    2. Sıra sayları: bu saylar, şeylәrin sırasını bildirir. Bu
    saylar, miqdar saylarına dördçeşidli "-ıncı, -inci, -
    uncu, -üncü" şәkilçilәrini artırmaqla düzәlir. Örnәk:
    altıncı, ikinci, doqquzuncu, üçüncü.

    3. Kәsr sayları: bu saylar bütöv bir sayın müәyyәn
    miqdarını bildirir. Örnәk: yeddi tam vә ondan üç
    (7.3).

    4. Qeyri-müәyyәn saylar: bu saylar tam qeyri-müәyyәn
    bir miqdarı nәzәrdә canladırır. Bu saylar "az, çox,
    xeyli, bir qәdәr, bu qәdәr, ..." kimi sözlәrdәn
    ibarәtdir.

    25-ci Dәrs: Әvәzliklәr

    Mәtndә isim ikinci dәfә gәlәndә, onun yerindә
    oturan sözlәrә әvәzlik (zәmir) deyilir. Görәv (vәzifә)
    әsasında әvәzliklәrin aşağıdakı növlәri vardır:

    1. Şәxs әvәzliklәri: bu әvәzliklәr birinci, ikinci, üçüncü
    (tәk, toplu) şәxslәri bildirir. Bu әvәzliklәr içsöz (mәz
    -mun) vә anlamca üç cürdür:

    i. әsas şәxs әvәzliklәri: mәn, sәn, o (tәk), biz,
    siz, onlar (toplu)

    ii. yiyәlik şәxs әvәzliklәri: mәnim, sәnin, onun
    (tәk), bizim, sizin, onların (toplu)
    Bu әvәzliklәrin ikinci növü dә vardır:
    mәnimki, sәninki, onunku (tәk), bizimki,
    sizinki, onlarınkı (toplu)

    iii. qayıdış şәxs әvәzliklәri: içsözü şәxsin özünә
    qaytaran әvәzliklәrә, qayıdış әvәzliklәri
    deyilir. İki cürdür:

    a. "öz" ilә bağlılıq şәkilçilәrindәn düzәlәnlәr:
    özüm, özün, özü (tәk), özümüz, özünüz
    (= özüz), özlәri (toplu)

    b. "bilә" sözünә bağlılıq şәkilçilәrini
    artırmaqla düzәlәnlәr: bilәm, bilәn, bilәsi
    (tәk), bilәmiz, bilәniz (= bilәz), bilәlәri

    2. İşarә әvәzliklәri: bu әvәzliklәrin әn çox işlәnәnlәri
    bunlardır: bu, o, belә, elә, hәmin, haman.

    3. Sorğu әvәzliklәri: Azәrbaycan Türkcәsindә sorğu
    әvәzliklәri bunlardır: kim, nә, hara, hansı, haçan,
    neçә, necә, nә vaxt, nә zaman, hanı, hayan.

    4. Qeyri-müәyyәn әvәzliklәr: qeyri-müәyyәn şәxslәr
    vәya şeylәri bildirmәk üçün qeyri-müәyyәn әvәzliklәr
    işlәnәr. Bu әvәzliklәrin növlәri aşağıdakılardır:

    i. kimi, kimisi, kimsә, kim isә, hәr kәs, heç
    kәs, ...

    ii. biri, birisi, hәr biri, heç biri, heç bir, hәr
    bir, ...

    iii. nә isә, heç nә, hәr nә, nәyinsә, nәyәsә, ...

    iv. heç kәs, hәr kәs, bir kәs, hәr bir kәs, heç
    bir kәs, hәr zad, heç zad, bir zad, hәr bir
    zad, heç bir zad, filankәs, ...

    v. neçәsi, bә'zi, bә'zisi, bә'zilәri, hamı,
    hamısı, ...

    5. Tә'yin әvәzliklәri: bu әvәzliklәr, cümlәdә isimdәn
    qabaq gәlәr vә onları tә'yin edәr. Onların әn çox
    işlәnәnlәri bunlardır: hәr, bütün, eyni, filan

  8. #8
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    26-cı Dәrs: Eylәm
    İş, durum vә hәrәkәt bildirәn sözlәrә, eylәm (fe'l)
    deyilir. Azәrbaycan Türkcәsi, eylәm baxımından,
    dünyanın әn görkәmli dillәrindәndir.

    * Eylәmlәrin quruluşca növlәri:

    1. Sadә eylәmlәr: bir kökdәn ibarәt olan vә bir hәrfi
    dәyişdikdә, anlamı itәn vәya dәyişәn eylәmlәrә
    deyilir. Örnәk: get, gәl, bil, qal.

    2. Düzәltmә eylәmlәr: çeşidli sözlәrә müәyyәn
    şәkilçilәr artırmaqla düzәlәn eylәmlәrә deyilir. Bu
    eylәmlәri yaradan şәkilçilәr bunlardır:

    -la, -lә: duzla, iş, qarala, cüt, iki, yarıla

    -laş, -lәş: ayaqlaş, birlәş, şirinlәş, sözlәş,
    hazırlaş

    -lan, -lәn: yollan, güclәn, evlәn, süslәn,
    xumarlan, dillәn

    -al, -әl, -l: boşal, düzәl, çoxal, saral, dincәl,
    durul

    -ar, -әr: otar, göyәr, yaşar, qızar

    -a, -ә: yaşa, boşa, әlә, dilә

    -ı, -i, -u, -ü: acı, bәrki, turşu, tәngi

    -var: suvar

    -sa: susa

    -imsә, -ümsә: mәnimsә, qәribsә, gülümsә,
    özümsә

    -ılda, -ildә, -ulda, -üldә: pıçılda, cingildә,
    xorulda, cürüldә

    -ıq, -ıx, -ik, -uq, -ux: darıx, gecik, yolux, karıx

    3. Mürәkkәb eylәmlәr: bir isimlә bir eylәmdәn
    әmәlә gәlәn eylәmlәrә deyilir. Azәrbaycan
    Türkcәsindә dörd növ mürәkkәb eylәm vardır:

    i. idi, imiş (-di, -miş): yazmış idim, gәlmiş imiş,
    gәlәsi idi, getmişdi

    ii. ol, et, elә: hazır ol, әmr et, rәdd elә

    iii. bil: yaza bildim, yaza bilәrmişәm

    iv. isim + eylәm:

    a. adlıq halda olan isimlәrlә düzәlәnlәr: әl
    çәk, göz qoy, baş vur, qulaq as

    b. yönlük halda olan isimlәrlә düzәlәnlәr:
    başa düş, әlә sal, dilә düş, başa gәl

    c. çıxışlıq halda olan isimlәrdәn
    düzәlәnlәr:
    yoldan az, әldәn sal, gözdәn
    düş, başdan sov

    ç. çox az hallarda, yerlik halda olan
    isimlәrlә düzәlәnlәr:
    gözdә-qulaqda ol,
    arxada sürün

    27-ci Dәrs: Anasöz

    Eylәmlәrdә iş, hәrәkәt vә halın adına anasöz
    (mәsdәr) deyilir. Azәrbaycan Türkcәsindә, anasözün
    әlamәti qalın sәsli eylәmlәrdә "-maq", incәlәrdә isә "-
    mәk"-dir, örnәk: yazmaq, girmәk, dolmaq, getmәk,
    vurmaq, bilmәk.

    28-ci Dәrs: Eylәmin Danması

    İş vә hәrәkәtin görüldüyünü göstәrәn eylәmlәrә
    doğrulama, görülmәmәsini bildirәnlәrә isә danma
    eylәmi deyilir. Danma formasının әlamәti "-ma, -
    mә"-dir. Bu әlamәt, bir-başa, şәkilçilәrdәn qabaq,
    eylәmin kökünә yapışar, örnәk: yatmamaq,
    bilmәk

  9. #9
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    29-cu Dәrs: Tә'sirli vә Tә'sirsiz Eylәmlәr
    Vasitәsiz tamamlıq (mәf'ul) tәlәb edәn eylәmlәrә
    tә'sirli (mütәәddi) eylәm deyilir. Amma tә'siri işgörәndә
    qalıb, vasitәsiz tamamlıq istәmәyәn eylәmlәrә tә'sirsiz
    (lazim) eylәm deyilir, örnәk:

    - tә'sirli: görmәk, oxumaq, almaq, demәk
    - tә'sirsiz: gәlmәk, qaçmaq, batmaq, getmәk

    * Tә'sirli eylәmlәrin növlәri:

    1. Sadә vә düzәltmә eylәmlәrin bir qismi etkәn
    (mә'lum) növdә, heç bir özәl әlamәtә malik
    olmadan, tә'sirli olur. örnәk: gör, at, dişlә, danla.

    2. Sadә vә düzәltmә eylәmlәrin bir qismi etkәn,
    qayıdış vә qarşılıq növlәrdә özәl şәkilçilәr
    götürmәklә, tә'sirli olur, örnәk: qaç / qaçırt,
    yat / yatırt.

    * Tә'sirsiz eylәmlәrin etkәn növünә aşağıdakı şәkilçilәri
    artırmaqla, tә'sirli olur:

    -t: quru / qurut, bәnzә / bәnzәt
    -ar, -әr: çıx / çıxar , qop / qopar
    -ır, -ir, -ur, -ür: qaç / qaçır, piş / pişir, uç /
    ur, düş / düşür

    -dır, -dir, -dur, -dür:

    i. bu şәkilçilәr bütün tә'sirli eylәmlәrdә,
    tә'sirlilik dәrәcәsini daha da artırmaqla,
    eylәmә ikinci bir dolayılı (qeyrimüstәqim)
    tamamlıq yaratmaqda
    qulluq edir, örnәk: yaz / yazdır, poz
    / pozdur, vur / vurdur, gör /
    gördür.


    ii. bu şәkilçilәr bütün tә'sirsiz etkәn,
    qayıdış vә qarşılıqlı eylәmlәri, heç bir
    "gәrәklilik" mәzmunu ifadә etmәdәn,
    tә'sirli eylәm edir, örnәk:

    - tә'sirsiz etkәn eylәmlәr: әs /
    әsdir, çaş / çaşdır
    - tә'sirsiz qayıdış eylәmlәr: yuyun
    / yuyundur, deyin / deyindir
    - tә'sirsiz qarşılıq eylәmlәr: barış /
    barışdır, vuruş / vuruşdur
    -dar, -dәr : qon / qondar, dön /
    döndәr
    -ız, -iz, -uz, -üz: qalx / qalxız, qorx
    / qorxuz

    30-cu Dәrs: Eylәmlәrin Növü

    1. Etkәn eylәmlәr (mә'lum fe'l): eylәmin işgörәni
    bәlli olsa, ona etkәn eylәm deyilir. Hәm tә'sirsiz,
    hәm dә tә'sirli eylәmlәr etkәn olar, örnәk: Ağşın
    gәldi. (tә'sirsiz), Aylar dәrsini oxudu. (tә'sirli)

    2. Edilgәn eylәm (mәchul fe'l): işgörәn bәlli olmasa,
    eylәmә edilgәn deyәrlәr, örnәk: Mәktub yazıldı.
    Azәrbaycan Türkcәsindә eylәmlәri edilgәn etmәk
    üçün işlәdilәn şәkilçilәrin әn önәmlisi bunlardır:

    -ıl, -il, -ul, -ül: yazdı / yazıldı, dedi / deyildi,
    oydu / oyuldu, söydü / söyül

    -ın, -in, -ul, -ül: yoldu / yolundu, böldü /
    bölün

    3. Qayıdış eylәmi: eylәmin mәzmunu işin nәticәsini
    işgörәnin özünün üstünә qaytarsa, belә eylәmlәrә
    qayıdış eylәmlәri deyilәr. Demәk, bu eylәmlәr
    edilgәn eylәmlәrin әksinәdir, örnәk: yuyundu,
    sevindi, deyindi, öyündü.

    * Qayıdış eylәmi düzәldәn şәkilçilәr:

    -ın, -in, -un, -ün : sev / sevindi, sür /
    süründü

    -ıl, -il, -ul, -ül: aç / açıldı, vur / vuruldu

    4. Qarşılıq eylәmi: eylәmin anlamı elә olsa ki, işi iki
    şәxs qarşılıqlı (mütәqabil) şәkildә görәlәr, belә
    eylәmlәrә qarşılıq eylәmi deyilir. Örnәk: yazışmaq,
    vuruşmaq, görüşmәk, sevişmәk, sözlәşmәk.

    5. Gәrәkli eylәm: bu eylәmlәrdә iş bir nәfәrin
    buyruğu, istәyi, mәslәhәti vәya tәdbiri ilә ikinci vәya
    ikinci şәxsin yoluyla üçüncü şәxs tәrәfindәn görülür.


    Bu eylәmlәr, yalnız tә'sirli eylәmlәrdәn düzәlәr.
    Örnәk: atdırmaq, oxşatdırmaq, oxutdurmaq,
    işlәtdirmәk

  10. #10
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    31-ci Dәrs: Eylәmlәrdә Zaman

    1. Keçmiş zaman: bu zaman iş vә hәrәkәtin keçmişdә
    baş verdiyini bildirir:

    i. şühudi keçmiş (mütlәq keçmiş): bu keçmiş
    zaman, işin keçmişdә baş verib qurtardığını
    bildirir. Onun şәkilçilәri dördçeşidli "-dı, -di, -du, -
    dü"-dәn ibarәtdir. Bu keçmiş zamanın danma
    әlamati "-ma, -mә"-dir.

    Şühudi Keçmişin Tәsrifi
    şәxs doğrulama danma
    1-ci tәk aldım almadım
    2-ci tәk aldın almadın
    3-cü tәk aldı almadı
    1-ci toplu aldıq almadıq
    2-ci toplu aldınız (z) almadınız (z)
    3-cü aldılar almadılar
    toplu
    ii. nәqli keçmiş: bu zamanda, xәbәr verәn,
    keçmişdә olmuş bir işdәn nәql edir, çünki özü
    onun görülmәsinin şahidi olmamışdır. Nәqli
    keçmişin әlamati dördçeşidli "-mış, -miş, -muş, -
    müş"-dür. Bu zamanın danma әlamәti "-ma, -
    mә"-dir. İkinci vә üçüncü şәxslәrdә, dördçeşidli
    "-ıb, -ib, -ub, -üb" şәkilçisini dә işlәdәrlәr.

    Nәqli Keçmişin Tәsrifi
    şәxs doğrulama danma

    1-ci tәk almışam almamışam
    almısan=alıbsan, almamışsan=almayıbsan=almamısan

    2-ci tәk almısan

    3-cü almışdır=alıb(dır) almamışdır=almayıb(dır)
    tәk

    1-ci almışıq almamışıq toplu


    2-ci toplu almışsınız (z)= almamışsınız (z)=almayıbsınız (z)
    alıbsınız (z)

    3-cü almışlar=alıblar almamışlar=almayıblar
    toplu

    iii. davamlı keçmiş (istimrari keçmiş): bu zaman, işin
    keçmişdә uzun bir müddәtdә baş verdiyini bildirir.
    Bu zamanın әlamәti dördçeşidli "-ırdı, -irdi, -urdu,
    -ürdü" vәya ikiçeşidli "-ardı, -әrdi"-dәn ibarәtdir.
    Bu zamanın danma әlamati "-maz, -mәz, -m"-dir.

    Davamlı Keçmişin Tәsrifi 1
    şәxs doğrulama danma


    1-ci tәk yazırdım yazmayırdım= yazmırdım
    2-ci tәk yazırdın yazmayırdın=yazmırdın
    3-cü tәk yazırdı yazmayırdı=yazmırdı

    1-ci toplu yazırdıq yamayırdıq=yazmırdıq
    2-ci toplu yazırdınız (z) yazmayırdınız=yazmırdınız (z)
    3-cü toplu yazırdılar yazmayırdılar=yazmırdılar

    Davamlı Keçmişin Tәsrifi 2
    şәxs doğrulama danma


    1-ci tәk yazardım yazmazdım
    2-ci tәk yazardın yazmazdın
    3-cü tәk yazardı yazmazdı

    1-ci toplu yazardıq yazmazdıq
    2-ci toplu yazardınız (z) yazmazdınız (z)
    3-cü toplu yazardılar yazmazdılar

    iv. uzaq keçmiş (bәid keçmiş): bu zaman, işin uzaq
    keçmişdә baş verdiyini bildirir. Onun әlamati
    dördçeşidli "mışdı, mişdi, muşdu, müşdü"-dәn
    ibarәtdir. Bu şәkilçilәr "miş idi" şәklindә dә
    işlәnәr. Bu zamanın danma әlamati "-ma, -mә"-
    dir.

    Uzaq Keçmişin Tәsrifi
    şәxs doğrulama danma
    tapmış idim= tapmamış idim=tapmamışdım
    1-ci tәk tapmışdım
    tapmış idin= tapmamış idin=tapmamışdın
    2-ci tәk tapmışdın
    tapmış idi= tapmamış idi=tapmamışdı
    3-cü tәk tapmışdı

    Uzaq Keçmişin Tәsrifi (ardı)
    şәxs doğrulama danma

    tapmış idik= tapmamış idik=tapmamışdıq
    1-ci toplu tapmışdıq
    tapmış idiniz= tapmamış idiniz=tapmamışdınız
    2-ci toplu tapmışdınız (z)
    tapmış idilәr= tapmamış idilәr=tapmamışdılar
    3-cü toplu tapmışdılar
    2. İndiki zaman: bu zaman, işin, danışılan vaxt baş
    verdiyini bildirir. İndiki zamanın şәkilçilәri dördçeşidli
    "-ır, -ir, -ur, -ür"-dәn ibarәtdir, örnәk: bil + ir / bilir,
    yor + ur / yorur.
    Eylәmin kökü sәsli ilә qurtarsa, iki sәsli arasında "-y-
    " hәrfi gәlәr. Örnәk: de + y + ir / deyir.
    Bu zamanın danma әlamati "-ma, -mә" vәya yalnız
    "-m" hәrfidir."-ma, -mә" olsa, iki sәsli arasında "-y-"
    hәrfi gәlәr, örnәk: al + ma + yır / almayır.
    İndiki Zamanın Tәsrifi
    şәxs doğrulama danma


    1-ci tәk gәlirәm gәlmәyirәm=gәlmirәm
    2-ci tәk gәlirsәn gәlmәyirsәn=gәmirsәn
    3-cü tәk gәlir gәlmәyir=gәlmir

    1-ci toplu gәlirik gәlmәyirik = gәlmirik
    2-ci toplu gәlirsiniz (z) gәlmәyirsiniz=gәlmirsiniz (z)
    3-cü toplu gәlirlәr gәlmәyirlәr=gәlmirlәr

    3. Gәlәcәk zaman: bu zaman, işin gәlәcәkdә baş
    verdiyini bildirir:

    i. qәt'i gәlәcәk: bu zaman, işin kәskinliklә
    gәlәcәkdә baş verdiyini bildirir. Onun şәkilçilәri "-
    acaq, -әcәk"-dәn ibarәtdir. Bu zamanın danma
    әlamati "-ma, -mә"-dir, örnәk: alacaq, gәlәcәk,
    almayacaq, gәlmәyәcәk.
    Bu zamanın şәkilçilәrindәn sonra, sәsli ilә
    başlanan şәkilçi gәlsә, "q" hәrfi "ğ"-yә vә "k"
    hәrfi "g" vәya "y"-yә çevrilәr, örnәk: alacağam,
    gәlәcәyәm.

    Qәt'i Gәlәcәyin Tәsrifi
    şәxs doğrulama danma

    1-ci tәk öyrәnәcәyәm öyrәnmәyәcәyәm
    2-ci tәk öyrәnәcәksәn öyrәnmәyәcәksәn
    3-cü tәk öyrәnәcәk(dir) öyrәnmәyәcәk(dir)

    1-ci toplu öyrәnәcәyik öyrәnmәyәcәyik
    2-ci toplu öyrәnәcәksiniz (z) öyrәnmәyәcәksiniz (z)
    3-cü öyrәnәcәklәr=öyrәnәcәkdirlәr öyrәnmәyәcәklәr
    toplu

    ii. qeyri-qәt'i gәlәcәk: bu zaman, işin, yaxın
    gәlәcәkdә qeyri-qәt'i şәkildә baş verәcәyini bildirir
    vә әlamati "-ar, -әr"-dir. Bu zamanın danma
    әlamati "-m"-dir, örnәk: gәlәrәm, baxaram,
    gәlmәrәm, baxmaram.

    Qeyri-qәt'i Gәlәcәyin Tәsrifi
    şәxs doğrulama danma

    1-ci tәk gedәrәm getmәrәm
    2-ci tәk gedәrsәn getmәzsәn
    3-cü tәk gedәr getmәz

    1-ci toplu gedәrik getmәrik
    2-ci toplu gedәrsiniz (z) getmәzsiniz
    3-cü toplu gedәrlәr getmәzlәr

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş