Bakıda adam oğrusu tutulub
Bakıda adam oğurluğu ilə məşğul olan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu iyunun 11-i Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Nüşabə Səlifovadır.
O, AR CM-in 144-cü (adam oğurluğu) və 243-cü (fahişəliyə cəlb etmə) maddələrilə axtarışda olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS