PDA

Orijinalini görmek için tıklayınız : Azərbaycanda yeni bank yaradılır



ŞiMaL
13.06.10, 04:38
[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir]
Azərbaycanda yeni bank yaradılır
01 İyun 2010 Çərşənbə Axşamı 12:15
Yeni yaradılacaq bank 100 faizlik İran kapitalı ilə işləyəcək.
Bank Melli İran" Azərbaycanda öz investisiya yatırımları hesabına yeni bank yaratmağı planlaşdırır. Bu barədə Bakıda səfərdə olan bankın rəyasət heyətinin sədri və icraçı direktoru Mahmud Rza Xavəri bildirib.

Onun sözlərinə görə, bu planlar Azərbaycanla İran arasında mal dövriyyəsinin 10 milyard dollaradək çatdırılacağı haqda proqnozlarla bağlıdır: “Bu məqsədə nail olmaq üçün biz yeni bank yaratmağı qərara aldıq”.

Qeyd edək ki, hazırda iki ölkə arasında illik mal dövriyyəsinin həcmi 700 milyon dolları ötmür.

M. Xavərinin sözlərinə görə, bu gün "Bank Melli İran"ın aktivlərinin xüsusi çəkisi İran banklarının aktivlərinin ümumi həcminin 30 faizini təşkil edir: “Biz Azərbaycan Mərkəzi Bankı idarə heyətinin sədri Elman Rüstəmovla görüşdə AMB rəhbəri tərəfindən müsbət qarşılanan yeni bankın yaradılması ilə bağlı müzakirələr apardıq". Bank fəaliyyəti üzrə lisenziyanın alınması üçün çərşənbə axşamı və ya çərşənbə günü Mərkəzi Banka rəsmən müraciət etmək niyyətindəyik".

O bildirib ki, bu bank Azərbaycan bankı olacaq, lakin 100 faizlik İran kapitallı sayılacaq. Yeni bankın filialları təkcə Bakıda deyil, həm də Azərbaycanın iri şəhərlərində açılacaq: “Belə bankın yaradılması Azərbaycanla İran arasında pul-kredit mübadiləsinin sadələşdirilməsinə kömək edəcək. Bank kapitalının formalaşması tələbata uyğun həyata keçiriləcək, lakin bank öz fəaliyyətinə, ən azı, 50 milyon dollar səviyyəsində kapitalla başlayacaq”.

M. Xavəri deyib ki, hesabların açılması vasitəsilə və kredit əməliyyatlarının genişləndirilməsi üçün Azərbaycanın tələbatının ödənilməsi məqsədilə bankın kapitalının artırılması mümkündür: “Çox ehtimal ki, biz "Bank Melli İran"ın Bakı filialını saxlayacağıq, yeni bank isə ölkənin bank bazarına ölkə üçün müvafiq adla daxil olacaq. "Bank Melli İran"ın Bakı filialı kimi yeni bankda əməkdaşların əsas hissəsi Azərbaycanın rezidentləri olacaq”.

Qeyd edək ki, "Bank Melli İran" artıq 85 ildir fəaliyyət göstərir və onun əməkdaşlarının sayı 50 min nəfərə çatır. ANSPRESS