http://xeber.azeri.net/img/1pRCarOG.jpg Avro dirçəlir 12 İyun 2010 Şənbə 12:25 AMB avronun dövriyyədən çıxacağına dair mübahisələrə son qoydu. Son bir neçə ayda dəyərini sürətlə itirən avronun məzənnəsində atrım müşahidə edilməkdədir. Avronun məzənnəsinin dəyişməsi ilə bağlı analitiklərin münasibətləri əvvəllcədən birmənalı deyildi. İyun ayında avronun məzənnəsində stabilləşmə müşahidə ediləcəyi söylənilirdi. Hətta 1 avro üçün 1,26 dollar kursun olacağı proqnozlaşdırılırdı. Bildirilidi ki,

Bu konu 2670 kez görüntülendi 0 yorum aldı ...
Avro dirçəlir 2670 Reviews

    Konuyu değerlendir: Avro dirçəlir

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2670 kez incelendi.

  1. #1
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Yeni Avro dirçəlir


    Avro dirçəlir
    12 İyun 2010 Şənbə 12:25
    AMB avronun dövriyyədən çıxacağına dair mübahisələrə son qoydu.
    Son bir neçə ayda dəyərini sürətlə itirən avronun məzənnəsində atrım müşahidə edilməkdədir. Avronun məzənnəsinin dəyişməsi ilə bağlı analitiklərin münasibətləri əvvəllcədən birmənalı deyildi. İyun ayında avronun məzənnəsində stabilləşmə müşahidə ediləcəyi söylənilirdi. Hətta 1 avro üçün 1,26 dollar kursun olacağı proqnozlaşdırılırdı. Bildirilidi ki, avqust ayından başlayaraq avronun məzənnəsində artımlar davam edəcək. İlin sonuna doğru avro bu ilin əvvəlində olan mövqeyini bərpa edəcək, 1 avro 1 dollar 40 sentə satılacaq.

    Bu günlərdə Avropa Birliyinin qərarı ilə Estoniyanın avrozonaya daxil edildiyini deyən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, 2011-ci ilin yanvar ayının 1-dən avro bu ölkənin valyutası kimi istifadə ediləcək. Onun sözlərinə görə, avronun məzənnəsinin düşdüyü dövrdə Estoniyanın avrozonaya qoşulması kifayət qədər gözlənilməz oldu: “Eyni zamanda güman edilir ki, Avropa Birliyi eləcə də Avropa Mərkəzi Bankı Estoniyanın avrozonaya qoşulması ilə bağlı qərarı avronun məzənnəsinə psixoloji təsir etmək və avronun dövriyyədən çıxacağı istiqamətindəki mübahisələrə son qoymaq üçün qəbul edib. Estoniyanın avrozonaya qəbulu Avropa ölkələri üçün hər hansı gərginlik yaratmır. Çünki, Estoniya Avropa Birliyində ən az büdcə kəsirinə malik olan ölkədir. Belə ki, Estoniyada büdcə kəsiri 2,7 faizdir. Eləcə də Avropa Birlliyi ölkələri arasında xarici borcların ümumi daxili məhsulda çəkisinə görə ən aşağı çəkiyə malikdir”.

    V.Bayramov Estoniyanın xarici borclarının ÜDM-də çəkisinin 7 faizdən az oduğunu bildirir: “Estoniyanın avrozonaya qoşulması avronun məzənnəsinin aşağı düşməsinin qarşısının alınması, avroya inamın artırılması baxımından Avropa Birliyi üçün əhəmiyyətli addımdır”.

    Ekspert son iki gündə avronun məzənnəsinin dollara nisbətən müəyyən qədər möhkəmləndiyini vurğulayır: “Son qərardan sonra 1 avro almaq üçün 1 dollar 22 sent ödəmək lazımdır. Bu avronun məzənnəsinin cüzi olsa da belə möhkəmlənməsi deməkdir. Prosesin uzunmüddətli olub-olmayacağını proqnozlaşdırmaq çətindir. Çünki bütün hallarda avronun məzənnəsinə investorların avroya inamın azalması təsir göstərir. Başqa tərəfdən Mərkəzi Bank avronun məzənnəsinin möhkəmlənməsi ilə bağlı 750 milyard avroluq paketin ayrılması məsələsini birmənalı şəkildə təsdiqləyib. Hesab olunur ki, yaxın aylarda həmin paketin ayrılmasına başlanılacaq. Həmçinin Mərkəzi Bank avrozonada müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirməyə başlayıb. O cümlədən avronun məzənnəsi və avrozonada problemli ölkələrin probleminin həll edilməsi məqsədilə 250 milyard dollarlıq kreditin ayrılması beynəlxalq maliyyə qurumlarının müzakirə mövzusudur”.

    Mütəxəssis avronun 5 ildən sonra dövriyyədən çıxacağı ilə bağlı deyilənlərin qəbul edilən olmadığını da diqqətə çatdırır: “Avropa Mərkəzi Bankının addımları göstərir ki, qurum birmənalı şəkildə avronun məzənnəsinin aşağı düşməsinin qarşısının alınmasına və möhkəmlənməsinə çalışır”.

    Bununla belə iqtisadçı hesab etmir ki, atılan addımlar avronun məzənnəsinin ciddi şəkildə möhkəmlənməsinə gətirib çıxaracaq: “İndiki halda Avropa Mərkəzi Bankının funksiyası avronun dollara nisbətən məzənnəsinin düşməsinin qarşısının alınmasından ibarətdir. Növbəti mərhələdə avronun məzənnəsinin möhkəmlənməsi məsələləri gündəmdə ola bilər.

    Məlum olur ki, yaxın günlərdə avronun məzənnəsi daha çox stabilləşmə mərhələsinə qədəm qoyacaq: “Avronun məzənnəsinin dollara nisbətən kəskin yüksələcəyi gözlənilmir. Əslində bu da Avropa Mərkəzi Bankının pioritetlərindən deyil”. ANSPRESS


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Avro dirçəlir

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: ŞiMaL

          Cevaplar: 0

          Görüntüleme: 2670


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş