Göy Göl dövlət qoruğu bu ilin oktyabr ayında Milli Park statusu adını ala bilər. Bunu qoruğun direktoru Bilal Əliyev bildirdi. Qeyd edək ki,Göy Gölün Milli Park olması barədə söhbət artıq üç ildir gedir. Bilal Əliyevin sözlərinə görə buna Xanlar rayon köhnə icra başçısı müəyyən manelər yaradırdı. O, Milli Park üçün 5500 hektar torpaq sahəsi verəcəyini desə də buna əməl etməyib. Lakin, bu gün yeni icra hakimiyyətinin başçısı ilə birgə torpaqların hansı hissədən verilməsi muzakirə olunur.

Bu konu 2155 kez görüntülendi 0 yorum aldı ...
Göy Göl 2155 Reviews

    Konuyu değerlendir: Göy Göl

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2155 kez incelendi.

Konu: Göy Göl

  1. #1
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Yeni Göy Göl

    Göy Göl dövlət qoruğu bu ilin oktyabr ayında Milli Park statusu adını ala bilər. Bunu qoruğun direktoru Bilal Əliyev bildirdi. Qeyd edək ki,Göy Gölün Milli Park olması barədə söhbət artıq üç ildir gedir. Bilal Əliyevin sözlərinə görə buna Xanlar rayon köhnə icra başçısı müəyyən manelər yaradırdı. O, Milli Park üçün 5500 hektar torpaq sahəsi verəcəyini desə də buna əməl etməyib. Lakin, bu gün yeni icra hakimiyyətinin başçısı ilə birgə torpaqların hansı hissədən verilməsi muzakirə olunur. Həmçinin Murov dağı istiqamətində olan yaylaq əraziləri var ki, onlar da Milli parkın ərazisinə düşə bilər. Artıq rayon icra hakimiyyəti ölkə başçısının sərəncamına əsasən Ekologiya və Təbii sərvətlər Nazirliyinə və Milli Elmlər Akademiyasına rəy göndəriblər. Məlumat üçün bildirək ki, qanuna əsasən qoruq ərazisində insanların istirahət etməsi qadağandır. Muxtəlif vaxtlarda buna icazə verilib, bu isə Göy Gölün çirklənməsinə səbəb olur. Milli Park yaradılandan sonra əraziyə xüsüsi maşınlarla giriləcək və turistlər üçün gəzinti marşrutları hazırlanacaq. Artıq üç göl istiqamətində cığırlarla marşrutlar hazırlanıb. Onu da qeyd edək ki, Göy Göl qoruğu ərazisində 423 növ ağac, kol, dərman bitkiləri var. Buların 76 növü sırf ağac və koldur. Qalanlar isə çəmən bitkiləridir. Ərazidə maral, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq kimi heyvanlar var. Bundan başqa ağ baş kərkəz, dağ hinduşqası və tetra kimi nadir quşlar da mövcuddur.

    1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göy Göl yaranmışdır.

    əncə ətrafı zonalarda yerləşən göllər



    Göy Göl ərazisindəki göllər: ümumilikdə 19 göl var. 7-si böyük göllər sırasına daxildir.


    Göy Göl dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir.

    Uzunluğu 2800 metrdir.

    Eni 800 metrdən 1000 metrə qədərdir.

    Dərinliyi 96 metrdir.

    Gölün görünmə qabiliyyəti 8-10 metrdir.

    29-31 metr arasında oksigen var.

    31 metrdən sonra kükürtlü təbəqədir.

    Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var.

    76 növü ağac və kol, qalanları çəmən örtüyüdür.

    Ərazidə maral, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, caqqal, porsuq, oxatan kirpi, cöl pişiyi, vaşaq var.

    Göldə 'farel' balığı da yaşayır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Göy Göl

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: ŞiMaL

          Cevaplar: 0

          Görüntüleme: 2155


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş