Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğal olunmasından 18 il keçir. 1992-ci il mayın 8-də şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24 900 əhali yaşayırdı. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb. 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist

Bu konu 2005 kez görüntülendi 0 yorum aldı ...
Şuşanın işğalından 18 il ötdü 2005 Reviews

    Konuyu değerlendir: Şuşanın işğalından 18 il ötdü

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2005 kez incelendi.

  1. #1
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Yeni Şuşanın işğalından 18 il ötdü

    Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğal olunmasından 18 il keçir.
    1992-ci il mayın 8-də şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
    289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24 900 əhali yaşayırdı. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb.
    200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb. O cümlədən, 5 minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib. Erməni vandalizmi təkcə canlılara deyil, həm də abidələrə qarşı çevrilib. Belə ki, erməni millətçiləri Şuşa əhalisinə mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməyib, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan tarixi abidələrə və Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləbaran ediblər.
    Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT, ATƏT, Avropa Şurası, habelə digər nüfuzlu beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilib. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır. BMT Təhlükəsizlik Şurasının İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, habelə AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı Qətnamə və 1690 saylı Tövsiyənin qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları, o cümlədən Şuşanı azad etmir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Şuşanın işğalından 18 il ötdü

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: ŞiMaL

          Cevaplar: 0

          Görüntüleme: 2005


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş