PDA

Orijinalini görmek için tıklayınız : Ofeliya Aslan vefat edib



ŞiMaL
05.06.10, 04:02
Azərbaycanın görkəmli aktrisası Ofeliya Aslan vəfat edib

[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir] an_409153458.jpg&size=article_medium

Bu barədə onun oğlu məlumat verib
Azərbaycanın görkəmli aktrisası Ofeliya Aslan (Əfqanlı) bu gün günorta saatlarında vəfat edib.

Bu barədə aktrisanın oğlu Hacı Eldar Aslan məlumat verib. Onun sözlərinə görə, 71 yaşlı aktrisa 2 ilə yaxındır, xəstə imiş. Son günlər isə vəziyyəti lap ağırlaşıb. Aktrisa ürək tutmasından vəfat edib.

Qeyd edək ki, Ofeliya Aslan 27 yanvar 1939-cu ildə Bakıda, görkəmli aktyor Rza Əfqanlının ailəsində doğulub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili Komediya aktyoru» fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 1997–ci ildən yenidən teatra qayıdıb.

O. Aslanın ilk rolu «Durna» komediyasında Lalə obrazı olub. Bundan sonra aktrisa get-gedə püxtələşərək, «Beşmanatlıq gəlin»-də Gülnaz, «Arşın mal alan»-da Telli, «Hicran»-da Çarleston, «Axırı yaxşı olar»-da Dilbər, «Bankir adaxlı»-da Səmayə və s. rolları ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. O. Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R. Hacıyevin «Mama, ya jenyus» əsərində Bibixanım rolunda çıxış edib. Aktrisaya heç bir fəxri ad verilməyib.

Əlavə edək ki, O. Aslan Azərbaycanın korifey sənətkarı Siyavuş Aslanın keçmiş həyat yoldaşı olub.