PDA

Orijinalini görmek için tıklayınız : İsrailin Bakıdakı səfirindən ağlasığmaz açıqlamalar



ŞiMaL
31.05.10, 20:55
İsrailin Bakıdakı səfirindən ağlasığmaz açıqlamalar
Mıxael Lavon Lotem 15 nəfərin öldüyünü, onların hamısının "Mavi Mərmərə"dəki heyətdən olduğunu deyiv və ölənləri suçlayıb

[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir]
Göndərmə 31.05.2010 14:19:36 UTC
Güncəlləmə 31.05.2010 14:19:36 UTC

İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem bu ölkədə fəaliyyət göstərən APA agentliyinə müsahibə verib.
Səfir ilkin məlumatlara görə, 15 nəfərin öldüyünü bildirib və bu şəxslərin hamısının “Mavi Mərmərə” gəmisindəki heyətə aid olduğunu deyib. Lotem 5 İsrail əsgərinin yaralandığını və ikisinin vəziyyətinin ağır olduğunu söyləyib.
“Mavi Mərmərə“nin məxsus olduğu İHH-nı terrorçuları dəstəkləməkdə ittiham edən İsrail səfiri onların “Həmas” və “Əl Qaida” isə əlaqələrinin olduğu iddiasını da irəli sürüb. Lotem “çox maraqlıdır ki, 6 gəmidən yalnız birində bu hadisə baş verib və hadisə baş verən həmin gəmi də terrorçuları dəstəkləyən İHH-yə məxsusdur” deyə iddialarını davam etdirib.
O qeyd edib ki, İsrail əsgərləri karvandakı 6 gəminin hamısına “dur” əmri verib, amma «Mavi Mərmərə»nin cavabı “Biz dayanmayacağıq” şəklində olub. Səfirin “digər gəmilər dayanıbmı” sualına cavabı isə əvvəlki cavabı ilə ziddiyət təşkil edib: “Heç biri dayanmayıb, hər biri inandırmağa çalışırdı ki, məqsədləri sülhməramlı xarakter daşıyır. Digər 5 gəmi heç bir hərəkət etməyib, yalnız “Mavi Mərmərə» reaksiya verib.
İki atəş açılıb, gəminin içərisində olanlardan biri əsgərin əlindən silahı alır və atəş açır. Və beləliklə bir neçə adam gəmidə həlak olub. Onların üzərində soyuq silah olub, amma bundan əlavə olaraq İsrail əsgərlərinin əlindən odlu silahı alıblar”.. Səfir iddia edib ki, bu hadisə bir təxribatdır.