Azərbaycan Respublikası, Qafqazda, böyük bir hissəsi cənub-qərbi Asiyaya, şimalda kiçik bir hissəsi ilə Avropaya daxil olan və Xəzər dənizinə sahili olan dövlət. Ərazi Azərbaycan Respublikasının ərazisi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir. Cənubdan İran-la 765 km vəTürkiyə

Bu konu 2425 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan haqqında məlumat 2425 Reviews

    Konuyu değerlendir: Azərbaycan haqqında məlumat

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2425 kez incelendi.

  1. #1
    Aylin's - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.03.2009
    Mesajlar
    3.559
    Konular
    3321
    Beğendikleri
    0
    Beğenileri
    1
    Tecrübe Puanı
    1053
    @Aylin's

    Standart Azərbaycan haqqında məlumat

    Azərbaycan Respublikası, Qafqazda, böyük bir hissəsi cənub-qərbi Asiyaya, şimalda kiçik bir hissəsi ilə Avropaya daxil olan və Xəzər dənizinə sahili olan dövlət.

    Ərazi

    Azərbaycan Respublikasının ərazisi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir. Cənubdan İran-la 765 km vəTürkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir.



    Əhali

    2004-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 faizini şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 faizini kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 faizi kişi, 4 milyon 207 min nəfəri və ya 51 faizi qadınlardır. Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 faizi 0-14 yaşda, 67 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 faizi 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır. Əhalinin orta yaşı 31 yaş təşkil edir. Əhalinin son siyahıyaalınmasının nəticələrinə görə ölkə əhalisinin 90,6 faizi Azərbaycan Türkləri, 2,2 faizi Ləzgilər, 1,8 faizi Ruslar, 1,5 faizi Ermənilər, 1,0 faizi Talışlar, 0,6 faizi Avarlar, 0,5 faizi Axıska Türkləri, 0,4 faizi Tatarlar, 0,4 faizi Ukraynalılar, 0,2 faizi Saxurlar, 0,2 faizi Gürcülər, 0,2 faizi Kürdlər, 0,13 faizi Tatlar, 0,1 faizi Yəhudilər, 0,05 faizi Udinlər, 0,12 faizi isə digər millətlərdir.

    Qeyd: Ermənilərin çox böyük hissəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində yerləşir. Öz millətinin dilində sərbəst danışa bilən əhalinin bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 faiz olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 faiz təşkil etmişdir. Əhalinin sayı (01.01.2005-ci il) - 8347.3 min nəfər o cümlədən: kişilər - 4103,7 min nəfər, qadınlar - 4243,6 min nəfər

    Dövlət Quruluşu

    Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir. Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikası-nın dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.

    Dövlət Rəmzləri

    Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

    Paytaxt

    Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır. Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

    İqtisadiyyat

    Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə buraxılıb. AZN-nın dollarla nisbəti USD1=AZN0,91 və ya USD1=AZM4560. Xırda pul qəpik adlanır və 1 manat 100 qəpiyə bərabərdir.

    Dil

    Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili İran İslam Respublikasında Cənubi Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycanlının da ana dilidir. Rusiya-da, ABŞ-da, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır. Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

    Azərbaycan mühacirət ədəbiyyatı

    Azərbaycan mühacirət ədəbiyyatı Azərbaycanın daxilində yaranan ədəbiyyat qədər qədim və zəngindir. Hələ orta əsrlərdə Azərbaycanın görkəmli qələm sahibləri Xətib Təbrizi və Nəsimi Vətəndən kənarda yaşayıb-yaratmışlar. XX –XXI əsrlərdə Azərbaycanın bir sıra qələm sahibləri müxtəlif səbəblər üzündən Vətəndən kənarda yaşamaqlarına baxmayaraq, onlar Azərbaycan ədəbiyyatını inkişaf etdirirlər. Azərbaycan mühacirət ədəbiyyatının inkişafını 4 mərhələyə ayırmaq olar: 1. İlk mərhələ 1909-cu ildə başlamış və 1920-ci illərdə sona yetmişdir. 1909-1910-cu illərdə çar hökuməti Qafqazda bəzi islahatlar həyata keçirirdi. Bu islahatlarla əlaqədar hökumət Azərbaycanın azad fikirli övladlarının fəaliyyətinə güclü nəzarət edirdi. Bu səbəbdən də bir çox qələm sahibləri Azərbaycanı tərk etməyə məcbur oldular. Sözü gedən mərhələdə Azərbaycan mühacirət ədəbiyyatının əsası qoyuldu və bu dövrün nümayəndələri mühacirət ədəbiyyatı ideologiyasının formalaşmasına böyük təsir göstərdilər. Bu mərhələnin görkəmli nümayəndələri sırasında Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Şərq tarixində ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) banisi Məmməd Əmin Rəsulzadənin adını çəkmək olar. Onu da qeyd etmək lazımdır ki, İranda yaşadığı müddətdə M.Rəsulzadə Şərqdə ilk Avropa standartlarına uyğun «İrani-novin» qəzetinin nəşrinə başlamışdı. Bu qəzetdə onun ədəbi məqalələri, şerləri və tərcümələri nəşr olunurdu. Sonralar Azərbaycanda və Türkiyədə nəşr olunmuş bir sıra əsərlərini də məhz ədib İranda olduğu dövrdə qələmə almışdır. Ə.Hüseynzadə və Ə. Ağaoğlu bu dövrdə İstanbulda yaşayırdılar, «Türk ocağı» və «İttihad və tərəqqi» cəmiyyətlərində fəaliyyət götərirdilər. 2. İkinci mərhələ 1920-1941-ci illəri əhatə edir. Bu dövrün nümayəndələri olmuş ədəbi simalardan M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin, Ə.Yurdsevərin, Ə.Topçubaşovun, Y.V.Çəmənzəminlinin, C. Hacıbəyovun, Ə. Cəfəroğlunun, K.Ödər, H. Baykaranın, A. İldırımın və başqalarının adlarını çəkmək olar. Bu mərhələdə, daha dəqiq desək 1924-cu ildə M.Ə. Rəsulzadə İstanbulda Azərbaycanlıların Milli Mərkəzini yaratdı. Azərbaycan mühacirət ədəbiyyatının demək olar ki, bütün nümayəndələri bu mədəni mərkəzin üzvləri idilər. Onlar əmin idilər ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə həm siyasi, həm də mədəni istiqamətlərdə aparılmalıdır. Mühacirət ədəbiyyatının inkişafında M. Ə.Rəsulzadənin müstəsna rolu vardır. M.B.Məmmədzadə qeyd edir ki, M.Ə.Rəsulzadənin İstanbula gəlişinə qədər Azərbaycan mühacirət ədəbiyyatı xaotik vəziyyətdə idi. O, Türkiyədə və Avropanın digər bölgələrində yaşayan azərbaycanlıları bir amal ətrafında birləşdirməyə nail oldu. 1922-ci ildən nəşr olunmağa başlayan Azərbaycan qəzet və jurnalları mühacirət ədəbiyyatının inkişafına təkan verdilər. Bu dövrün nümayəndələrinin əsərləri Türkiyədə, Avropanın bir çox ölkələrində çap olunur və yayılırdılar. «Yeni Qafqazya», «Azəri-Türk», «Odlu yurd», «Azərbaycan yurd bilgisi», «Qurtuluş» kimi jurnallar, «Bildiriş», «İstiqlal» və s. kimi qəzetlər Avropanın müxtəlif şəhərlərində nəşr olunurdu. 3. Azərbaycan mühacirət ədəbiyyatının üçüncü mərhələsi 1945-ci ildə başlamış, 1991-ci ildə sona yetmişdir. Bu mərhələnin başlanğıcı İkinci Dünya Müharibəsinin başlanması ilə eyni vaxta düşmüşdür. Almanlar tərəfindən əsir götürülmüş bir çox azərbaycanlılar siyasi səbəblər üzündən Vətənə dönə bilməmişdilər. Sovet hökuməti almanlara əsir düşmüş sovet əsgərlərinin sonradan alman kəşfiyyat orqanlarına xidmət etdiklərini zənn edirdi. Ona görə də əsirlikdən Vətən dönən əsgərlərin bir çoxu ya yenidən sürgün olunur, ya da həbs olunurdular. Onların arasında müharibədən sonra Sovet İttifaqına dönməyərək xaricdə yaşayan və Azərbaycan mühacirət ədəbiyyatının gələcək inkişafını müəyyənləşdirən yazıçılar və şairlər də var idi. Onu da qeyd etmək lazımdır ki, əvvəlki dövrlərlə müqayisədə bu dövrün yaradıcı potensialı o qədər də böyük deyildir. Lakin bütün çətinliklərə baxmayaraq, mühacir ədiblərin bu nəsli də ədəbiyyatımızın inkişafında az iş görməmişdir. Bu dövr yazarlarının əsərləri Almaniyada nəşr olunan «Azərbaycan» qəzetində, həmçinin Türkiyə mətbuatında işıq üzü görürdü. Ən görkəmli nümayəndələri M. Kəngərli, A.Dağlı, S.Təkinər, M.Musazadə və başqaları hesab olunurlar. Dördüncü, sonuncu mərhələ 1991-ci ildən başlamış və bu gün də davam etməkdədir. Qeyd etmək lazımdır ki, bu dövr mühacirət ədəbiyyatının kamilləşməsi üçün müəyyən zamana ehtiyac vardır. S.C. Pişəvəri, Məhəmməd Biriya, Həmzə Fəthi, Hökumə Billuri, Balaş Azəroğlu, Mədinə Gülgün, Qulamrza Səbri Təbrizi, Qulamhüseyn Saedi, Məhəmmədəli Mahmud, Həmid Nitqi və başqa yazıçı və şairlər İran hökumətinin despotizmindən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir hissəsi isə Şimali Azərbaycana mühacirət etmişdilər. Bu proses 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Milli Hökumətin süqutundan sonra baş vermişdi. Bununla da Azərbaycan ədəbiyyatında «Cənub mövzusu» yaranmağa və inkişaf etməyə başladı. İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el-oba həsrəti bu poeziyanın toxunduğu əsas mövzu hesab olunur.

    Din

    Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışı İslamdır. Digər dinlər bunlardır: Yəhudilik, Xristianlıq, Alban-udi kilsəsi. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanda yaşayan xalqların tarixən İslam dininə mənsub olması məlumdur. Hətta Nizami, Füzuli kimi dünyaca məşhur şəxsiyyətlərin, o cümlədən, adlarının sətirlərlə yer tutacağı bir sıra elm, mədəniyyət, dövlət xadimlərinin məhz müsəlman olması danılmaz faktdır. Ancaq əsrlərlə başqa dinlərin nümayəndələrinə də xoş münasibət göstərən və onların dinlərinə xidmət etməklərinə mane olmayan azəri türkləri bunun qarşılığında İslamiyyət əleyhinə aparılan siyasətlərin qurbanı olub. Dinimizin əsasında yeri olmayan şiə-sünni qarşıdurmasının ən çox dəstəkləndiyi və artıq "tez-tez qanayan yara" halına gətirildiyi coğrafiyalardan ən başlıcalarından biri də ölkəmizdir. Bu isə mənfur qonşularımızın və İslamiyyət düşmənlərinin xeyrinədir. Bir faktı da qeyd etmək lazımdır ki, "qılınc müsəlmanı" termini azərbaycan xalqına, ələlxüsus da əhalinin əksəriyyətini təşkil edən azəri türklərinə şamil edilə bilməz. Belə ki, Xəzər türklərinin Tək Tanrılıq prinsiplərinə uyğun olan dinə (Atəşpərəstlik deyil) sitayiş etməsi məlumdur. Xəzərlər bir müddət müsəlman-ərəb qoşunlarına qarşı döyüşdükdən sonra elçilər göndərmiş və İslamiyyətin əsl mahiyyətini anladıqdan sonra qəbul etmişdirlər. Hətta bu təslimiyyət günlərimizə qədər davam edən və, Rəbbimizin iznilə, Axirətə qədər davam edəcək sadiqliyə çevrilmişdir.

    Münaqişə

    Dağlıq Qarabağın Erməni mənşəli əhalisini provakasiya edən erməni seperatçılarının müstəqillik tələbləri Azərbaycanla qonşu Ermənistan arasında 1989-cu ildən bəri davam edən silahlı münaqişəyə səbəb olmuşdur. Hal - hazırda Dağlıq Qarabağ və ona bitişik rayonlar Erməniştanın işğalı altındadır.İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabaq və 7 ətraf rayonun 1 000 000-a yaxın azərbaycanlı əhalisi öz yaşayış yerlərini tərk etmiş, 24 000 -dən çox adam qətlə yetirilmiş, 50 000 nəfər yaralanmış və ya şikəst olmuşdur. Hazırda ölkələr arasında 1994-cü ildə imzalanmış atəşkəs qüvvədə olsa da erməni tərəfin muntəzəm olaraq atəşkəsi pozması nəticəsində 10000-ə qədər azərbaycanlı həlak olmuşdur. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

    Bayramlar və xüsusi günlər

    Rəsmi

    * 1 Yanvar - Yeni İl
    * 20 Yanvar – Ümumxalq kədər günü.
    * 20 Mart - 21 Mart - Novruz bayramı
    * 28 May - Respublika günü
    * 15 İyun - Milli Qurtuluş günü
    * 26 İyun - Azərbaycan Silahlı Quvvələri günü
    * 18 Oktyabr - Azərbaycan Respulikasının Dövlət Mustəqilliyi günü
    * 12 Noyabr - Konstitusiya Günü
    * 17 Noyabr - Milli Dirçəliş günü
    * 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü

    Dini

    * Qurban Bayramı (1 gün)
    * Ramazan Bayramı (2 gün)


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan haqqında məlumat

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Aylin's

          Cevaplar: 0

          Görüntüleme: 2425

    HÜZÜNLER KALDI BENDE...

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş