PDA

Orijinalini görmek için tıklayınız : AŞIQ PƏKƏR - Aşıq Danışır



Azeribalasi
03.05.10, 01:55
AŞIQ DANIŞIR
[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir]

****************************** ************

AŞIQ PƏKƏR
[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir]

Adım: AŞIQ PƏKƏR,mərdü-mərdana
Canından geçən var, meydana gəlsin
Köksəmdə dənizlər coşub bulanar
Boğulmaq istəyən ümmana gəlsin

1983ci ildə Təbriz şəhərində anadan olan müasir poet,Pəkər
təxəllüsü edən Sahibi Təbrizi dir.O, Azərbaycanın Ən əski şeir sənətində,hica poemasında təsərrüf edən bir şairdir
Onun yaradıcılığlarında,hica sənətinin Ən böyük sənətkarlarının təsiri göstərilir

-----------------------------------------

Başdan başa al əlvansan
Tac olubsan başa dağlar
Ömür boyu səndə gəzdim
Yaşa dağlar,yaşa dağlar

Xəstə Qasım

Əzəl gündən dayanıbsan
Dolubsan sən yaşa,dağlar
Ucaların dolar çənə
Ətəklərin daşa dağlar

Aşıq Pəkər

Ay ağalar,əhli-dövran
bir sözüm var demək olmaz
Hər nəmək naşinasınan
nanü nəmək yemək olmaz

Xəstə Qasım

Bir söz olar qan könüldə
Heç kimsiyə demək olmaz
Həq sözüdür dilə gəlsə
Min şan ilə yemək olmaz

Aşıq Pəkər

Necə bülbül düşər gülə
Ğünçə naz eylər bülbülə
Bü könüldən o könülə
Bir doğru caddə bilgilən

Xəstə Qasım

Heç oxşamaz bülbül gülə
Bil rəhm etməz gül,bülbülə
Bu könüldən o könülə
Yalan bir caddə bilgilən

Aşıq Pəkər

O möhtəşəm Füzulinin nəsliyəm
?Bəhrilərdə mən ümmanam,Sən nə sən
Yüz ondörd surəni mə-na eylərəm
?Mən əzbərdən quran xanam,sən nə sən

Xəstə Qasım

Gül olsanda bil solasan nihayət
Bülbülləri şahin tutmaqdır adət
Süleyman tək təxtdən düşərsən ğayət
?Mən qafidə əfsanəyəm,sən nə sən

Aşıq Pəkər

-----------------------------------------

Heyfi bilmədim,ki bu bülbülü
Şahi-gülrüxan istər,istəməz
Bu cəfa keşi,xəstə aşiqi
Yari-cansitan,istər istəməz

Nəbati

Saqi!,Aşiqi tərki sər deyən
?!Tərki dü cəhan,istər istəməz
Dildə çox sözü,bağlanıbdı lik
?!Bu sözə zəban istər,istəməz

Aşıq Pəkər

!Böylə bivəfa olma ey pəri
Etmə çox cəfa,ey sənəm,sənəm
!Gərdi rahını çəşmi tarıma
!Eylə tutiya,ey sənəm,sənəm

Nəbati

Gəl ki rəhm elə,olma bivəfa
!Eylə bir vəfa,Ey Sənəm,Sənəm
Mütləq ol səxa!,bəndədən xəta
!Eylə bir əta,Ey Sənəm,Sənəm

Aşıq Pəkər

-----------------------------------------

!Dərdü mihnətin,ey sənəm,sənəm
Eşq ilə çəkən bir mənəm,mənəm
Arü varını rahi mihridə
Tarü mar edən,bir mənəm mənəm

Niqari

Suzi-eşqini bir çəkən,çəkən
Aşiqi-zaman,bir mənəm,mənəm
Söylə ey səba,cansitanıma
Hicrinə yanan,bir mənəm,mənəm

Aşıq Pəkər

-----------------------------------------

Gələndə ustad kəlami
Köhnə yaram qan verir
Mocə gəlir bəhri çəşmim
Qətreyi-baran verir
Danəni torpaq içində
Göyərdir kani kərəm
Bir cüt mələk müqərrərdi
Bizlərə ərzan verir

Aşıq Ələsgər

Nəm gözlərim,ürəgimin
Bəhrinə tufan verir
Köhnə yaram toxtamamış
Yeni yaram qan verir
Könlümdəki qara qanlar
İşdən saldı məni lam
Qırx qaramı çıxartmamış
Qırxbirə fərman verir

Aşıq Pəkər

Hər kəs sərdən keçib,mərdü mərdana
Baş qoysun bu yolda,meydana gəlsin
Dərya dilim dalğa vurdu,bulandı
!Qərq olmaq istəyən ümmana gəlsin

Aşıq Ələsgər

Adım: AŞIQ PƏKƏR,mərdü-mərdana
Canından geçən var, meydana gəlsin
Köksəmdə dənizlər coşub bulanar
Boğulmaq istəyən ümmana gəlsin

Aşıq Pəkər

-----------------------------------------

Adam var,çox işlər eylər irada
Adam varki,yetə bilməz murada
Adam varki,çörək tapmaz dünyada
Adam var,yağ yeyər,balı bəyənməz

Adam var ki,adamların naxşıdı
Adam var ki,anlamazdı,naşıdı
Adam var ki,heyvan ondan yaxşıdı
Dindirsən o,heç insanı bəyənməz

Aşıq Abbas Tufarqanlı

Adam var bəzənər dönər min rəngə
Adam var çox danışar,verər əngə
Adam var ki sözünü deyər səngə
Tapılmaz bir qulaq-düzü mərdana

Adam var kişidi qaşların alar
Adam var nəfsini çox ucuz satar
Adam var könülü abad saldırar
Daldada mərdidi,üzü mərdana

Aşıq Pəkər

-----------------------------------------

Hər aşiqə aşiq demə
Aşiq yana,yana gərək
Hər alimə alim demə
Alim qana,qana gərək

Hər gözəldə ağıl olmaz
Hər söz şirin nağıl olmaz
Hər doğulan oğul olmaz
Doğan ana ana gərək

Aşıq Mikayıl Azaflı

Hər aşıqam aşıq olmaz
Aşıq yana,yana gərək
Qıla kə-bə,yarın qaşın
Yadı dana,dana gərək

Hər aliməm alim olmaz
Alim elmi qışda solmaz
Qağ alimlər elmə bulmaz
Alim qana,qana gərək

Aşıq Pəkər

-----------------------------------------

Könül səbrü qərar etməz
Gedər,yar olmayan yerdə
Məhəbbət payidar olmaz
Vəfadar olmayan yerdə

Vəfa qıl sən vəfadarə
Ulaşma hər biiqrarə
Mətain atma bazarə
Xəridar olmayan yerdə

Xuda,sən saxla gəl fərdi
Çətindir yalqızın dərdi
Pərişanlıq tapar mərdi
Həvadar olmayan yerdə
...

Xəstə Vidadi

Könül sən biqərar olma
Səbirdən,can ki xar olmaz
Eşit!namərdə yar olma
Edər əhdü qərar olmaz

Demə hər dərdi namərdə
Amandır!,yırtılar pərdə
Çox uyma sən bucur fərdə
O,sırra pərdədar olmaz

Xuda!et sən nəzər,mərdə
salıb dünya onu dərdə
Üzüldü qaməti yerdə
Ona bir kimsə yar olmaz

Aşıq Pəkər

-----------------------------------------

Bu bir neçə nümunələr,şairin hica poemasında təsərüfünü göstərir,Hica şeirin yüksək sənətkarları ilə tanış olmağı bizə məlum olur,Vurğu-məhəbbət sözü,incə-dərinli yazılarında ifadələnən şairin Qələmi,yadların gözünə bir silah gibi olmaqda,Xalqı qaranlıqdan qurtarmağa çalışır.Daha heç uzatmağı lazim bilmədən məktublarını sizə təqdim
.edirəm

Azeribalasi
03.05.10, 01:57
Suzi-eşqini bir çəkən,çəkən
Aşiqi-zaman,bir mənəm,mənəm
Söylə ey səba,cansitanıma
Hicrinə yanan,bir mənəm,mənəm


Aşiqə gərək lazimi cünun
əl çəkə bütün ğeyridən cüda
Mimü əynü şin,vavü qaf ola
Söylüyən həman,bir mənəm,mənəm


Lal otur rəqib,etmə lafi çox
Aşiqəm dedin,vermədin delin
Tərki-canını kuyuna edən
Xuni-dil rəvan,bir mənəm,mənəm


Əşkü ğəm inan eşqidən cüda
Laf urmuram olmaz heç zaman
Məşk o çöllərə çəşmim oldu,həm
Mürğə aşiyan,bir mənəm,mənəm


Eşqidən vuran kimsə dəm,botun
Sındıra gərək,eyləyə zəbun
Qovsi pöştümü bir görün,görün
İndi bu kaman bir mənəm,mənəm


Çəşmi pür həvəs kur ola rəqib
Etmədin həya,eylədın həvəs
Salmadım gözüm,bircə çəşminə
Fitnədən əman, bir mənəm,mənəm!


Sığmaz heç zaman aşiqi,biləm
Yağdırar ona tiri-tə”nələr
Tabı qalmadı,çək gözün,gözün
Tirinə nişan, bir mənəm,mənəm


Gülməsin üzü,sənsiz heç cahan
Güldün hər zaman eşqimə bənim
Başıva bulud sayə kim salan
Bilmədin yağan,bir mənəm,mənəm


Nəngi namimə olsun hər zaman
Hürmətin sənin etmiyəm rəva
Rahi-məcnünu eyləyən dəvam
Şöhreyi-cahan, bir mənəm,mənəm


Tövbə qılmışam day mənəm deməm
Tərki tövbəni qılmaram rəva
Etdi məcnünun tərkini Pəkər
Eyləyən fəğan, bir mənəm,mənəm!

Azeribalasi
03.05.10, 01:59
Gəl ki rəhm elə,olma bivəfa
Eylə bir vəfa,Ey Sənəm,Sənəm
Mütləq ol səxa!,bəndədən xəta
Eylə bir əta,Ey Sənəm,Sənəm

Ta ki bir şərər saldı göz dilə
Yandı,tək nəsib oldu köz,dilə
Canə od vuran düşdü söz,dilə
Etmə çox cəfa,Ey Sənəm,Sənəm

Bəs ki rüzu-şəb qılmışan düa
Çarə bulmadı,dərdimə,xuda
Derdilər bütün ərzilə-səma
Dərdi bidəva! ,Ey Sənəm,Sənəm

Dəşti hicrə ta qoymuşam qədəm
Zəhri nuşi-ləb içdi lacərəm
Der:çegünədən urmadan o dəm
Afərin dila! ,Ey Sənəm,Sənəm

Bəxti vajigun,talei zəbun
Zərfi-dil dolub,lik pür ze xun
Kökəbi siyah,sərneveşti dun
Oldu binəva,Ey Sənəm,Sənəm

Ta ki buldu dil süzu-sazi-eşq
Aşiqəm deyib,çəkdi nazi-eşq
Düşdü pərdə,faş oldu razi-eşq
Yandı masiva,Ey Sənəm,Sənəm

Hər zaman enir vəhyi həq,dilə
Nuri-həq yağır şəmi-mənzilə
Cari dredi ta vəhyi-del dilə
Oldu şəq,səma,Ey Sənəm,Sənəm

Derdi zahid : ol talibi cinan
Aciz olma sən mən kimi,aman
Əynü”-”Şinü”-”Qaf”derdigim zaman
Yağdı min bəla,Ey Sənəm,Sənəm

Zərdi rüyəmu xuni-dil rəvan
Əqli pirivü könlü növcəvan
Paki bazü çün nami cavedan
Xakidən rəha,Ey Sənəm,Sənəm


Ta ki nütqi-eşq eylədi zəban
Derdilər:”pəkər”,etmədən fəğan
Şahi dərdəmu kuyıva həman
Olmuşam gəda,Ey Sənəm,Sənəm

Azeribalasi
03.05.10, 01:59
Dərdi eşqidən tapmışam nəva
Ol kaman qaşa mübtəla mənəm
Qəlbi parəmi dindirin görün
Tari-zülfünə həmnəva mənəm

Geçmədi günüm,dərdisiz məgər
Eylərəm əcəb gülsə bir üzüm
Alnıma yazıb ol siyəh qələm:
"Dərdə hər zaman Aşina mənəm"

Afərin ola yüz sənə,qələm
Eylədi fisun mari-zülfü kim
İndi boynuma aslanıb deyir:
"Canə od vuran əjdəha mənəm!"

Gəldi tanrıdan tazə ayə,bax
Vazehin deyim;yengi ayə bax
"Havü","Yavü","Lam","Dalü" "A"yə bax
Derdi:"həm bəla,həm şəfa mənəm

Dərdidən əlim üzdü hamıdan
Salmışam özüm bağlı küyuna
Dermişəm sözüm mərdi-xeybərə
Lafəta şəha!bil gəda mənəm

İki aləmin varıdan,pəkər
Verdigim dilü yari bivəfa
Fani aləmin qilü qalisə
Eyləyən özün kim cüda mənəm

Azeribalasi
03.05.10, 02:00
Saqi yanmışam,suzi-eşqidən
Xəstə könlümə bir dəva gərək
Bir piyalə mey ver bəna görək
İndi bu dilə bir cəla gərək


Hicridən yanan bildi xislətin
Naridən cüda bilməz heç zamanə
Aşiqəm deyən yaridən cüda
Kül olub yana bi səda gərək


Kur ola gözüm görduğum zaman
Etdi sirridən göz dilə nida
Bağlanan günü könlü könlümə
Başıma yağa min bəla gərək


Görmədim bi cüz yaridən cəfa
Saldı çöllərə bi vəfa bəni
Yazmışam inan səngə namini
Gəl ki bu büta,iqtida gərək


Nalədən ki bəs qılmışam nəva
Təngə gəldi dil,eylədi fəğan
Üzrün istədi cismim indi,bu
Parə qəlbimə bir səra gərək


Ta ki üzrümü istədi fələk
Dərdidən bəni qurtarıb yəqin
Ağlama,nədən tutmusan əza
Ta ki varmışam bir əza gərək


Safu sadə dil müddəa deyil
Layiqəm biləm nari-düzəxə
Bilmədim Anın vəslinə pəkər
Zığlı dil vəli pür riya gərək

Azeribalasi
03.05.10, 02:01
Saqi!,Aşiqi tərki sər deyən
Tərki dü cəhan,istər istəməz!?
Dildə çox sözü,bağlanıbdı lik
Bu sözə zəban istər,istəməz!?


Mərdümü dönüb səngə bağladı
Tiri-tənə,dəhr,yağdırır həmi
Yari səngidil,tiri çəşmi həm
Yağsa bir əman istər,istəməz!?


Rindü mübtəla eşq müflisi
Rahi pür xətər,yarıdan cüda
Vəsli kuyuna bir qərini-həq
Salihi zaman istər,istəməz!?


Etmə xam ilə faş bu sirri kim
Aciz oldu ol püxtə halına
Zühdü riv isə məscidə girən
Cənnəti-cinan istər,istəməz!?


Qıldı məsti məst həqqi çəngü dəf
Səngidən həqin çıxmaz heç səsi
Gəl ki ney gibi söylə həqqi,həq
Həqqini əyan istər,istəməz!?


Saqi ver meyin,öldürür firaq
Məsti qıl bəni,vermə iztirab
Saliki cünun hamıdan uzaq
Dərdini nihan istər,istəməz!?


Qovdu bülbülü bağıdan kənar
Etmərəm daha bunca iltica
Cismi canıdan eyləyən cüda
Halımı yaman istər,istəməz!?


Əkdi ğəm tumun bağibani-dil
Bildi xaki-dil qiymətin yəqin
İndi açmağa ta ki bu gülü
Xuni dil rəvan istər,istəməz!?


Ovcudan enib dovla bülbülün
Aldanıb gülün alı rənginə
Ta ki hicr yeli tökdü pərlərin
Tərki aşiyan istər,istəməz!?


Ta ki beş dedim,gəldi pəncü pənc
Çatdı başə bu mahi-dilfərib
Dördə bağlıdır canı bu,Pəkər
İndi bir nişan istər,istəməz!?

Azeribalasi
03.05.10, 02:03
Ürəgimin sazı-sözü
Qaldı dağlarda-dğlarda
Arzılarım qırovlarla
Daldı dağlarda-dağlarda

Oxu,könül sözə gəlsin
Sazı ürəgimi dəlsin
Nəfəsim ol könül səsin
Saldı dağlarda-dağlarda

Xatirələr duman yerdə
Dondu,Pəkər!,yaman yerdə
Yaralarım qalan yerdə
Xaldı dağlarda-dağlarda

Azeribalasi
03.05.10, 02:04
Səhənd ətəgindən Savalanıma
Sərin bir ovuc qar gətirmişəm!
Maralan Mahalın çüçə bağından
Buğçamda qırmızı nar gətirmişəm

Özgə-san bir ömür uzaq qalmışıq
Mişkini Təbrizdən ayrı salmışıq
Yadlaşıb,buz olub,qarda dalmışıq
Könlümdə gur yanan nar gətirmişəm

"Sovuşsa zamanda yel ilən",yeli
Göndərdim quşlarla gəzsin o Eli!
Arazdan Xəzərə axan su-seli
Sel olub,Yarrandan,Tar gətirmişəm

AĞ HOTEL könlümü xəzərə cuşlar
Duyğular gah tutar,gahdakı boşlar
Şe-rimi əzbərlir QIHALI QUŞLAR
Urumdan Xəzərə car gətirmişəm!

Şairin dərdini şairdir qanar
Qayğıdan yağ gibi,əriyib-yanar
Şe-irə,duyğusuz,gülsənib,danar
SEVGİSİZ şe-rivə tar gətirmişəm

Məhəbbət Bağında sınıq budağam
PƏKƏRəm,elimə uca bir dağam
Qaranlıq-ölkədə üzü bir ağam
Vurğudan bir ağac bar gətirmişəm

Aşıq-Danışır
03.05.10, 11:14
Əzəl gündən dayanıbsan
Dolubsan sən yaşa,dağlar!
Ucaların dolar çənə
Ətəklərin daşa,dağlar!

Yaylar dolarsan sünbülə
Bulaqların axar gölə
Bələnirsən lalə-gülə
Ətəgindən başa,dağlar!

Buludlarla ağlaşarsan
Yağışlarla bağlaşarsan
Bir tac olub yaraşarsan
Şahın,Şunqar,Quşa,dağlar!

Dünü sabahlara satdım
Büyün ğiflətlərlə yatdım
Ömür küzəsin calatdım
Əlim çıxdı boşa,dağlar!

Yandım eşqə,gülə-gülə
Eşqim odu döndü külə
Düşdün səndə dildən dilə
İllər boyu yaşa dağlar!

Ğəm dərəsi dərin-dərin
Batıb xara dövrü-Bərin
Üzü soyuq sərin-sərin
Duyğuları,boşa dağlar

Naəhl bilməz sazın dəmin
Oldu PƏKƏR,tək həmdəmin
Könül-evin dərdü-ğəmin
Tək canıva daşa dağlar

Azeribalasi
03.05.10, 11:29
Saq ol, Üreyine saqlih...

Aşıq-Danışır
08.05.10, 20:48
Nəm gözlərim,ürəgimin
Bəhrinə tufan verir
Köhnə yaram toxtamamış
Yeni yaram qan verir
Könlümdəki qara qanlar
İşdən saldı məni lam
Qırx qaramı çıxartmamış
Qırxbirə fərman verir

Bir tel içün yesir oldum
Oldum qurban tellərə
Bel bağladım yad elinə
Düşdüm eldən ellərə
Göz-yaşlarım boğdu məni
Saldı seldən sellərə
Könlüm bəhri ğəmlərimə
Gör necə cövlan verir

Dünya-bağına girməmiş
Xəzanladı bağü-bərgim
Üzarımda tərli-tərli
Qırçınladı irəgim
Cavanlığın şux vaxtında
Həzin oldu ürəgim
Heç qınamam səni Fələk
Dərsini dövran verir!

Neçə gözəldən birsinə
Dünya vəfa etmədi
Kimi gəldi kimi getdi
Soldu,bəqa etmədi
Gözlərimin yaşlarına
Yarim bəha etmədi
Kaman qəddim,ağ saçlarım
Ömrümə xəzan verir

Kim görübdür sazsız aşıq!?
Teli dağlar dağıdır
Ürəginin ğəm kolları
sürgün-elin dağıdır
Kəndin yanan çıraqları
Könül şəhrin yağıdır
ƏLƏSGƏR yolunda,PƏKƏR
Əli-bağlı can verir

Aşıq-Danışır
20.09.10, 15:47
Bətər doydun bu dünyadan
Ömrün sovan,qoca-Anam
Ömür boyu məndə gəzdin
Ömrün sovan,qoca-Anam

Qara saçın yelə verdin
Cavanlıqın Elə verdin
Ömür şalın selə verdin
Ömrün sovan,qoca-Anam

Dinməz,həqdən geçərsən sən
Acı zəhri içərsən sən
Ğəm sinəmdən biçərsən sən
Ömrün sovan,qoca-Anam

İnam!oğul doğanmadın!
Bu arzıdan doyanmadın
Əmək kəsdim,inanmadın
Ömrün sovan,qoca-Anam

Çox Analar solar,ölər
Yoxun-Varın evlad bölər
Bala içün oda pörtər
Ömrün sovan,qoca-Anam

Çox gecələr ac yatmısan
Mən tox yeyib,sən baxmısan
Çörəgivə nə yaxmısan?
Ömrün sovan,qoca-Anam

Gülən üzün hara getdi?
Dərd qopartdı.dara getdi?
Ürəgivə yara getdi
Ömrün sovan qoca-Anam

"Ölməz könül,ölməz əsər"
Bu söz Eldə yel tək əsər
Qucağında becərd As ər
Ömrün sovan,qoca-Anam

Bax sinəmdə qan-meydana
Könül bir yan ğəm bir yana
Qoy səsləyim birdə Ana
Ömrün sovan,qoca-Anam

AŞIQ PƏKƏR saza gəlməz
Yası köçüb yaza gəlməz
Bircə dəfə naza gəlməz
Ömrün sovan,qoca-Anam

Aşıq-Danışır
20.09.10, 15:49
Bir elin istəki,səndə gizlənib
Yaşayır sevgində bir el,Tıraxtor!
Bu sınıq köksənin yaralarını
Bir mən bilirəm,bir yel,Tıraxtor!

Şərəfin alıbsan ilham,baybəkdən
Sana bağlıdır böyükdən,bəbəkdən
Bu sevgi bəllidir yaşlı bəbəkdən
Calanır Bağrıma sel-sel,Tıraxtor!

İndi elimizin bayrağı sənsən
Ərşə tək ucalan,Al-dağı sənsən
Savalan-Səhəndin dayağı sənsən
El sənə sən elə ver bel,Tıraxtor!

Ölkənin olmusan Ayi-Ulduzu
Hayatın nəfəsi, dadısan-duzu
Dilimin dağına sərin səp buzu
Olmuşam havanda tel-tel,Tıraxtor!

Aşıq-Danışır
20.09.10, 15:49
Əmdigin ağ-südün halalın olsun
Ucaltdın Təbrizin səsini,Urmu
Güvənir sən kimi oğula anan
Ucaltdın Təbrizin səsini,Urmu!

Kəsdilər Təbrizin Dilini Qardaş!
Toxundu bağrına həm yaman həm daş
Boğdular səsini,Nə yaman!Eldaş!
Ucaltdın Təbrizin səsini,Urmu!

Deyildi burada :As-Elim,Yaşa
Dözmədi bu sözə basdı yad daşa
Bulandı göz-yaşım qanıma, yaşa
Ucaltdın Təbrizin səsini,Urmu

Etdilər bir elin acı,damağın
Yendirdi Yataqdan haqqın bayrağın
Tikdilər Təbrizin cüt qat dodağın
Ucaltdın Təbrizin səsini,Urmu!

Bağışla susmuşam,qandır dodağım
Yanmışam,sınmışam,könlümdə dağım
Nə ğəmdir sən kimi varsa dayağım
Ucaltdın Təbrizin səsini,Urmu!

Dilimdə sussamda Ürəyim bağrır
Sınıx baş düzələr,qan-köksə ağrır
Bu şeir hərzaman qarşında çağrır
Ucaltdın Təbrizin səsini,Urmu!

Aşıq-Danışır
20.09.10, 15:51
Girənkən yad ölkəmizə
Bildik nədir sözü Aydın
Əli kəcmiş,yolu əyri
Atası bic,özü Aydın
Girələndi kölgəmizdə
Yasa geçdi bölgəmizdə
Gözü varmış ölkəmizdə
İnsanlığın gözü Aydın

Saldı Xalqı yarasada
Boğdu Günü,çırtma çağı
Talan vırdı inamıza
Qolunuza damğa dağı
Budağıza çaldı balta
Ucalıqdan saldı alta
Ağıya ol dedi bal ta
Abdal etsin sizi yağı

Çıxdı yaddan kimsəyəm bən
Kərki yedi qol-budağım
Pədərə bən Ata dedim
Doldu Qana yan-dodağım
Açma gözün dedi yatsən
Atan-Anan,Yurdu satsən
Işıq saçma,günəş! batsən
Sillə yedi al-yanağım

Ayılankən,yad ilə yar
Bir olmuşdu!,nəcür seçim!?
Günəşidim,gün arta çağ
Dedi:sön geç,nəcür geçim!?
Dedim:Atam,Dedi:vaz geç
Dedim:dilək,Dedi:az geç
Dedim Anam,dedi yaz geç
Anamdanda!?Nəcür geçim!?

Yolunuzda bir Ər görsəz
Deyin Gözüm sel-sel axır
Türk qanından yağmur yağır
İndikilər durur baxır!
Dirilərdə damar yoxdu
Ya çox acdır,yada toxdu
Bana gələn sarı,oxdu
Könlümə bir yara taxır

Ama bilin bən kimsəyəm
Atam igid,babam qoçaq
Doğransamda,buğum buğum
Kəsməz dilim,bıçaq-çapçaq
Ulu,yüksək,şan şöhrətim
Caymaz yalnış yola bətim
Haray çəkir qanım-Ətim
Olmaram heç sizə qolçaq

Nisgillidir Adım,Sanım
Ağlar gözüm,üzüm gülməz
Yansam elə olsam Pərdə
Ərklik etsəm kimsə bülməz
Ürəgimə ğəmdir andaş
Armağanım sizə göz yaş
Durma PƏKƏR,sözü tez aş:
Bulud geçər,Günəş ölməz

5 August 2010

Aşıq-Danışır
20.09.10, 15:52
Verməz oldum kimsə içün
Könlüm,Canım,Yanar-halım
İndi yandı qurbət-eldə
Könlüm,Canım,Yanar-halım

Ağzım caydı,Əlif-Beydən
Əlif lam lam əlif heydən
Nəsibimdir axır,heydən
Könlüm,Canım,Yanar-halım

İstəklərim bada düşdü
Elim-obam yada düşdü
Üç varlığım oda düşdü
Könlüm,Canım,Yanar-halım

Dünyadan bən tez sir oldum
Bir guş kimi yesir oldum
Nədən genc çağ kim pir oldum?
Könlüm,Canım,Yanar-halım

Aşıq-Danışır
20.09.10, 15:53
Uşaqlıq,

Səni arz etdim,
Mən olum birdə haman,birdə haman gün,
Qane oldum beşikə,qane oldum süd içün,

O xəyaldan özümə qəsr ayırırdım
O günün ısısı ilə bən can alırdım
Yüngül,bir quş gibi göydən bac alırdım
Dağı dağ üstə aşırdım
Sel olub arxla axırdım
Necə dəryayə dalırdım
Bir işarətlə,sevinc-dürrünü, yerdən qoparırdım
O məhəbbət incələrin köksə salırdım
Varıdım varlıqı dün çağda danırdım,
Hər nə istərmişidim zehn ilə bir tez yaradırdım

Nə süleyman gibi bir bəndəni qul etmişidim
Nə həvasi qəsrilə-mur etmişidim
Mən bir ilham ilə
Külli dəryaları bir ləhzədə seyr etmişidim


Həvəsim bir quru yarpaq
İstəmir bir daha könlüm,
Xoş ola hamı dərindən,
hami insanlar içün

İndi insanlar olur qəsrimə pillə,
Bəndə çıxarkən
Onların qanları olmuş süd içün,
Bəndə içərkən

İndi ilham vərindən
Quru ibham arasında
Yalan sözdü dodağında
Dadı vardır damağında
Dağı artıbdı dağında
Yara vardır yarasında
Can verir gənc çağında

Odu ki,incə İnamlar
Qırılırlar bir bə bir
Heç olurlar,
Ömrünün gənc çağında
O ilham alan könlü Boğurlar,
İnamin lap qırağında!

İndi ilham vərindən
İnsanlığın qol-budağın köklü biçirlər
Xuni-insani içirlər
Şərəfi dibli biçirlər


Küsürəm könlüm ilə,
Küsməmiş bir səsi boğdum içərimdə

Sən küsüb barışarsan
Buludlarla qarışarsan
Qarışan kən
İnci hasrət bu bulurdan görnə sellər tökülürlər

Uşaqlıq o hicablar ki gözüm-üstü itirmiş
Qeybidən hər olumun sırrı bitirmiş
Nə içün bəndə böyüklük arzı etdım
Bilməzidim
Böyüdükcə sirrilərdə gözümdən itirmiş!

Uşaqlıq,quru çöp tək anadan sən süd əmərsən
Ana can verdikcə onun canın içərsən
Boy atankən nə içün əməgin köklü biçərsən?
Sən gül aşdıqca,o solarmış
Sən boşaldıqca,o dolarmış
Sən yıxıldıqca,onun rəngi atarmış
Nə içün nənə can səsləyib,səndə küsərsən!
Sən bilərsən
Nədən oldum PƏKƏR,amma səndə “gülər”sən

Nə günüzlər ki güdürdüm ucalam
Yetirəm sərvicən ondan bac alam
Oturub damda birdə o ulduzları sayaydım
Gecə qısalankən günəşin qanlı-dodağından kam alaydım
Dağların gül açanda
Məndə könlümün dərdin açaydım
Dağların gül açanda
Məndə könlümün dərdin açaydım

Aşıq-Danışır
20.09.10, 15:53
Varma sırrıvı, la,la
Al sırrı der,o lala
Odur susdu ürək, ki
Güldü köksəmə lala

Aşıq-Danışır
20.09.10, 15:54
BƏLKƏDƏ BU SON SIĞARA ALIŞDIQ

Gəlin birdə dosluqla barışaq
Bu son günlərdə,yenə bir sığara alışaq
Uçaq burdan,uçaq,buludlarla qarışaq
Qurulmuş gözlər vərindən ağırdan bir yağaq

-bir sönük vulkanam qardaş
Bu cızha-cız qalan közümün geçdigidir
Göz yağmurlarımla bağlaşıb
Onu söndürə-söndürə,bəni yandırır
Ürəgimin yağını əridir,
Canımı alır,
Alır...,
və ...,
Bəni qurtarır-

Gəlin bu son dəfə birlikdə
Bəlkədə bu son sığara alışdıq!

Aşıq-Danışır
20.09.10, 15:55
Bu, bir insan
Ağzında bir ışıq çöp
Tüstüsü boğur,
Dolaşır cığ tək özgə baxışlara
Bir çat gibi yaraşır dodaqlara
Və çataq gibi
Sürünürr çaş yollara
Çarpaşıq dolur gözlərə
Ağrıdır,
Dörd ayaqlı insanları

Ama heç darıxmır,
Bu bulanıq ormandan
Çaşqın güdür bu tüstüsüz baxışları!

İnsanlıq adının çatırtısı
Heç qulaqa dəymir
Və yalan-tüstülü hava,
Heç Ağrıtmır gözləri

Və bu ağzındakı çöpün tüstüsü
Boğur,
Bu dörd ayaqlı insanları

Aşıq-Danışır
20.09.10, 15:55
Nədən Bəni bu sümsük adamlarla inamdınmı!?

Hançı suça bəni inamdırdınmı?
Kim bir baxışa yandırdın ürəgimi,

Qarşında istəkimi bu qan könlümdə boğdum
Yoxluqunda coşğun,yağmurlarımla boğuldum
Çənsiz – dumansız ,susqun doldum
Nədən bəni bu sümsük adamlarla inamdınmı!?

Sənlə,yalandan-Doğrudan dilimə caymır
Telsiz sözlərim titrəyən ürəgimdən calanır
Üzündən dönməgimi nədən bildinmi?
Nədən bəni bu sümsük adamlarla inamdınmı!?

Aşıq-Danışır
20.09.10, 15:56
Dənizin Qırağında bir ağac

Dalğalar dalbadal çırpır
Qayaları sökür
Fırtanalar əsir
Buludlar gəlməkdə
Günəş sönür

Əsər yellər budaqlarını qamçılıyır
Yarpaqlarını qoparır
Bir Ada dalından qasırğa gəlir
Bir Ada!...

Yağmur Yağır
Bu şeh qıraqda kimsə görünmür
Təkcə bir Dəniz çırağı
Dənizin Qırağında bir ağac

25 August 2010

Aşıq-Danışır
20.09.10, 15:57
Şair elinə yanar
Eldə şairin danar
Onun ürək sözünü
Ürəgi yanan qanar

Şair Elə ağlıyar
Ürəgini dağlıyar
Elin yersiz gülüşü
Əlin-qolun bağlıyar

Şair yayda bürünər
El dalıca sürünər
Onun əkən çiçəgi
Yüz il sonra bilinər

Şair elin buraxmaz
yad arxına o axmaz
Bir el kim heç,yarıda
Dönüb üzünə baxmaz!

Yad şairdən çəkinər
Qıçı axsar səkinər
Şair məhəbbət sözü
Ürəklərə əkinər

Şə-nim sözdən bilinər
Söz dalımca sürünər
Köksəm əski yaradan
İlan kimi bürünər

Laf söz düzdən bilinər
Yalan söz tez silinər
Şair öləndən sonra
El yanında dirilər

Aşıq-Danışır
20.09.10, 15:57
Canişini-həqdir,vəsiyyü vəli
Şiri-yəzdan,Şahi-mərdan,Ya Əli
Afitabi-ismətdir,mahi-təmam
Şiri-yəzdan,Şahi-mərdan,Ya Əli

Tacı-izzət,mərdi-xeybər,dilfiqar
Sahibi cövdü kəramət,baviqar
Peykəri küffarə yendir zülfəqar
Şiri-yəzdan,Şahi-mərdan,Ya Əli

Dəsti-mövla zəxmi-kardən pinədar
Könlünə bir dərdi-cansuz saldı yar
Eyləyən hər gec çahi-zəmzəmlə zar
Şiri-yəzdan,Şahi-mərdan,Ya Əli

Bağladı küffarın-yolun şiri nər
Bükdü şeytanın belin ol mərdi ər
Eylədi şəq əntərin dəstilə-sər
Şiri-yəzdan,Şahi-mərdan,Ya Əli

Oldu kəs bikəslərə,mərdi təmam
Aciz oldu dərkinə püxtəvü xam
Aldi həq-dəstilə ol bir zərli-cam
Şiri-yəzdan,Şahi-mərdan,Ya Əli

Aşıq-Danışır
20.09.10, 15:58
"Hər Aşıqam,aşıq olmaz"
"Aşıq yana,yana gərək"
Qıla kə-bə yarın qaşın
Yadı dana,dana gərək

"Hər aliməm,alim olmaz"
Alim elmi qışda solmaz
Qağ alimlər elmə bulmaz
"Alim qana,qana gərək"

Hər şairəm,şair olmaz
Həpənd şayırd mahir olmaz
Yüz şair kim Tahir olmaz
Şair doğa,Ana gərək

Bulaşsa yer göğə qanin
PƏKƏR!,getməz düz ilqanin
Yar kuyuna xəsətə canin
Düşsə,bata qana gərək

Aşıq-Danışır
20.09.10, 16:00
Sən özündən,Bən dilimdən qorxuram
İndi denə:Satqın sənsən,Ya mənəm!?
Xalqa ışıq-yolunu sən bağladın
İndi denə:Satqın sənsən,Ya mənəm!?

Mən gələnkən mənə satqın dedilər!
Ətim ki heç,sümügümü yedilər
Onlardır "Zey",onlardır"Ə","Yey"dilər
İndi denə:Satqın sənsən,Ya mənəm!?

Mən ulusu oyatmağa çalışdım
Mən anladım,mən dolaşdım,Mən daşdım
Mən başımdan varlıq-çərqətin aşdım
İndi denə:Satqın sənsən,Ya mənəm!?

Sən çaşdırdın xalqı yaman yollara
Sən apardın çən də duman yollara
Sən ayırdın dostu aman yollara
İndi denə:Satqın sənsən,Ya mənəm!?

Qaraltsanda üzüm ağdır,üzüm ağ
Mən gizlicə-dərd-boğana,yağam,yağ
Sən əyilsən mən hələdə dağam,dağ
İndi denə:Satqın sənsən,Ya mənəm!?

Göndərmişdim sana mən bir Qızıl gül
Qaytardın nə yaman onu,indi gül!
Sana yadlar,mənə saray oldu gül
İndi denə:Satqın sənsən,Ya mənəm!?

Sən nə bildin!?Bəni qolçaq anladın!?
Mən düz dedim məni düzə danladın
Yalan-yüklü,yalnış sözü banladın
İndi denə:Satqın sənsən,Ya mənəm!?

Sən bəlkədə.Bən yolumdan dönmərəm
Dünyaları su qoparsa,sönmərəm
Sümüglərim toz olsada,ölmərəm
İndi denə:Satqın sənsən,Ya mənəm!?

Dedigimcə Adım vardır bilməsən!
Mənəm Dönməz,Mənəm Qaya,Sən nəsən?
Dayanmaqdan"Sarp"olmuşam,Ama Sən?
İndi denə:Satqın sənsən,Ya mənəm!?

September 2010

Aşıq-Danışır
20.09.10, 16:01
Ağlama,lay lay ürəgim bənim

Gələndə yada qara günlərim
Ağzıma gəlir ürəgim bənim
Nəfəsim soyuq,qəmdir həmdəmim
Ağzıma gəlir ürəgim bənim

Atamın beli bükülən zaman
Başına bomba tökülən zaman
Ölkəmiz yerdən sökülən zaman
Ağzıma gəlir ürəgim bənim

Köksəmdən dərin Yaralarımı
Yaşımdan yekə anlam,varımı
Gözgüdə görür gözlər Arımı
Ağzıma gəlir ürəgim bənim

Mənə həm Ata,həm Qardaş,Anam
Öldürsün kədər, əyərsə danam
Nə qədər gecmiş bunu bən qanam.
Ağzıma gəlir ürəgim bənim

Göz yaşın axıb Südə Qarışıb
Köksdə qaynayıb,inciyib,daşıb
Qəmdir sinəmdə həddidən Aşıb
Ağzıma gəlir ürəgim bənim

İndi bilirəm nədən Pəkərəm
Qəm toma göz yaşdan su tökərəm
Ağlama,lay lay ürəgim bənim
Qan doğur dərddən irəgim bənim

7 September 2010

Aşıq-Danışır
20.09.10, 16:02
Bana ey sitəmgər dövran!
Nə verdinmi cəfadan cüz?
Ömür bağım xəzanladın
Nə yağdırdınmı xardan cüz?

Budur ol rüzigari dun
Dilim rəncur,könül məhzun
Meyi çəşmim dolub pür xun
Nəsibimdirmi nardan cüz?

Könüldən həsrəti-ahım
Ucaldı ol qəmi-rahım
Yerü göylərdi güvahım
Sözüm olmaz vəfadan cüz

Bəni qorxutma ol nardan
Ki yandım süzi hicrandan
Bu sust-əhdilə ilqardan
Könül görməzmi yardan cüz?

Aşıq-Danışır
20.09.10, 16:02
Vardım məktəb sarayına
Doslarımdan ayrılmışdım!
Yeni məktəb,yeni sarak
Doslarımdan ayrılmışdım

Yengi bi bığ üzarımda
Bir gözəl bağ güzarımda
Bilinirdi hər zarımda
Doslarımdan ayrılmışdım

Qaldı halım bağlı dər də
Qula düşdüm oldum bərdə
Hicran saldı bəni dərdə
Doslarımdan ayrılmışdım

Bir damğa kim qucaqlarda
Vurdu hamı o çağlarda
Sürünürdüm bucaqlarda
Doslarımdan ayrılmışdım

Aşıq-Danışır
20.09.10, 16:04
Ben giderim Adım kalır
Doslar beni hatırlasın
Veysel gider Adı kalır
Doslar beni hatırlasın

AŞIK VEYSEL


*****************************
Ben Giderim,Adım kalar
Doslar beni hatırlasın
Güneş bana sönüb-batar
Doslar beni hatırlasın

Şövketimi Felek alar
Beni çukur sine salar
Özüm öllem,Adım kalar
Doslar beni hatırlasın

Ben olmayım!dünya kı var!
Birine gen,Birine dar
Hatırlamaz beni,El,Yar
Doslar beni hatırlasın

Üregimi Hasret yarar
Neden oldum sana yar ar?
Dost dost olsa dosdan yarar
Doslar beni hatırlasın

PEKER gider adı kalar
Özü öler,yadı kalar
Şeirinin dadı kalar
Doslar beni Hatırlasın

AŞIK PEKER
Bu gün

*****************************

Bən Gedərəm,Adım qalar
Doslar bəni xatırlasın
Günəş bənə sönüb-batar
Doslar bəni xatırlasın

Şövkətimi Fələk alar
Bəni çuxur sinə salar
Özüm ölləm,Adım Qalar
Doslar bəni xatırlasın

Bən olmayım!dünya kı var!
Birinə gen,Birinə dar
Xatırlamaz bəni,El,Yar
Doslar bəni xatırlasın

Ürəgimi Hasrət yarar
Nədən oldum sana yar ar?
Dost dost olsa dosdan yarar
Doslar bəni xatırlasın

PƏKƏR gedər adı qalar
Özü ölər,yadı qalar
Şeirinin dadı qalar
Doslar bəni xatırlasın

AŞIQ PƏKƏR
Bu Gün

Aşıq-Danışır
24.09.10, 20:30
Məhəbbət yoruldu,Bən yorulmadım
Səni izləməkdən, səslə,sən məni
Ayrılıq sevərmiş unudam səni
Dinlə,qucağında bəslə,sən məni

Vüsalın hayatdır,Firqətin məmat
Ölənkən adındır verərsə həyat
Gözündür karandaş.Qaşındır dəvat
Deyibsən taparsan səsləsən məni

Buyurdun məlaik əyilsin mənə
Ulu,baş-xəlayiq,deyilsin mənə
Ağıldan Bir örtü geyilsin mənə
Ayırdın sivadan səs lə, sən məni

20 September 2010

Aşıq-Danışır
24.09.10, 20:31
Əzəl gündən bu dünyanı
Özümlə dərbədər gördüm
Gəhi xeyrü,gəhi mənfə
Gəhi şurilə şər gördüm

Gəhi əfzunü gəh nüqsan
Gəhi xabilə gəh hədyan
gəhi Xizrilə gəh heyvan
Gəhi fani,zəhər gördüm

Budur rəsmi fələk oldu
Neçün növrəs saçın yoldu?
Könül matəm qəmə doldu
Günü-gündən hədər gördüm

Təni Azadi-qeyr etdim
Bəsi təcrid də xeyr etdim
Gəzib dünyanı seyr etdim
Nə bir insü-bəşər gördüm!

Vərəq vırdım bu Dövranı
Düşüb qür-ə bu insanı
Əzəl-gündən bu dünyanı
Nə gördüm çün,zərər gördüm

Budur pis gün,hanı yaran?
İgit mərdlərlə əyyaran
Həm-inək qəsdi dildaran
Nə dil kim,simü zər gördüm

Ömür məzrəini hər an
İçitdim cami-dildən qan
Küsəndə çün tən ilə can
Bəsi xar,bisəmər gördüm

Nə birlik əqlü qəlb etdi
Nə talib mətlübə yetdi
Bu dildən səlbi-əmr bitdi
Əlimdə tiğ düsər gördüm

PƏKƏR axtarma,ku yaran?
Köçüb qalmadı qəmxaran
Alışdı gec səbüksaran
Ki nimsuz canla pər gördüm

Aşıq-Danışır
29.05.11, 11:35
MARLBORO SİQAR

Ağzıma yaraşıq,közərmək haman
Ürəgim sərinlir,Marboro siqar!
Başımda dumanlıq şaşdırsa,inam
Önümü göstərən qədimki bu yar!
Min İnsan görsəmdə,yalançı,beyar
Önümdə dayanan gündəki qərar
Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar

Sən ilə olmağa çəkmişəm min tən
Yalançı,dumançı,Gahdanda zunnar
Veribdir: Elimin şeyxi-zahidi
Gahdanda olmuşam xari-Rüzigar
Bilmirəm nədəndir yalançı özgür
Ama mən sənligə olmuşam səngsar
Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar

Hər keçən görürsə səni əlimdə
Görübdür deyəsən müsəlman,küffar
Bəndə bir insanam insanlar ara
Bilmədim yamanlıq olub iftixar!
Günahım nə imiş sənlə olmağa?
Qoy deyim yenidən dərdi-dil izhar
Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar

Bəndə bir İnsanam nədən əşsizəm?
Səndəndə ğayrısı yoxumdur qəmxar
Bu halda hançı çağ görübdür bəni
Deyibdir: tövbə et,şeyxi bəd-güftar
Deyibdir:ey şərər!Duni kəm dəyər!
Edirsən nədənsə dünyanı ğübar?
Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar

Görmüşəm mincə fərd,bi namus,nafərd!
Əcəbdir nədənsə mənəm şərmisar!?
Çıxıbdır üzümə minlər mərd-namərd
Bu şəhrin naxoşu mənəm tək bimar!?
Əcəbdir boğmur heç kimsəni yalan
Olubdur bu tüstü ulusa azar!
Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar


Bəni dun sanıbdır mi nadə ama
Olubdur mötəbər şeyxi-badə-xar
Qılırmış gahü dəm o zalim nədən
Xədəngi-zülmünü nəhan aşikar
Desin qoy nə dersə desin nabekar
Dedikcə qılırmış sənə etibar
Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar

Ürəgim yanan çağ hanı yarü şeyx
Sivayi sən olmuş mənə cövrü-ar
Qədim çağkı üşşaqü şair ulus
Biri məstü bəngi birisi xümar
Gözü heç götümür bu zahid səni
Sənə çox bilirmiş bircə nəx siqar
Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar

Tanımaz tanısın mənəm mən AŞIQ
Sınıq bir şüşə həp yazıq xarü zar!
Çü üşşaq içrə olmuş zəbun,xar,dun
Nə məsti nə bəngi Bütün xakisar
Bu təhriki qəmdən olubdur PƏKƏR
Bu təxmiri candan olub qəmqusar
Bu düzdür ki minlər ibarət çəkər
Ki məzmunu zamin,cəbri ixtiyar
Sınar etdi hər dəm bu dun pərvərin
Ki namərdə qılmış o çox etibar
Gə sındır əruzun belin Tahira
Yenidən qıl Aşiq şerin üstüvar:

Dünənki şairə yetişsə min cam
Mənədə yetişdi təkcə bir siqar
Demirəm əbsəm ol zahida,Ama
Mənə bu cəbridir,sənə ixtiyar!
Veribdir sənə bu minlər min oynaş
Mənimdə oynaşım Marboro siqar
Səni bən ötürməm qədimki ilqar
Qoy desin,nə deyir bu dun Rüzigar

Azeribalasi
30.09.11, 23:08
İLQAR İLKİNƏ TƏNQİD

İkimin onbirdə yenicə zaman
Yayıldı əskicə kitab AŞIQdan
Bə,zəndə yenicə adlar arada
Gözünü yumubsan,olsun!,səndə dan!

Nə bildin bu əsrə kimlər gəlibdir?
Bəlkədə bu günə bu iş qoyubdur
Anadan balası,bala Anadan
Bəlkədə göz görək gözü doyubdur!

Böyütmək özümü nə gərək!,gərək
Qalsın bir ulu ad öləndən sonra
Dirini öldürmək rəsmidir ancaq
Dirikən köksümə vırıblar yara

Bəlkədə yuxarı,irlər axmada
Ya boğur ümmanı kiçik bir ada!
Bəlkədə aslanlar oylağı olub
Çaqqala meşəlik,tülküyə yada

Bəlkədə indiki Ilıq yanarlar
Söndürür vulkanı püskürən zaman!
Bəlkədə günəş tək əriyib yanmaq
Yeni əsr dadında olubdur man!

Eyləmək AŞIĞi yanbaşı,rahat
Tanımaq çətindir,qanmaq sözünü
Kiçiltmək ulunu Aşığa peşə
O çağ ki ululuq tuta özünü!

İndisə demədik,incimək,bezmək
Bu yanbaş!bədəldir minlər Aşığa
Deyilməz,gətirməz,bir cızıq-yazı
Buludu neynəsən yenməz aşağa

Bəlkədə küsübdür tale-i Eldən
Ya saymır uluca Kıral ya sultan!
Bəlkədə bu çağda kim deyir düz-söz
Bütün yerlə göylər qışqırır utan!

Nə olur olsun ol, deməzəm yalan
Satanı deyiləm ürək-sözünü
Talançı-kıralı yağlamaq bədəl
Çıxardar bu itgi sözlər gözünü

Nə Rüstəm,nə zala edərəm bir qal
Nağılım doğrudur,Parlaq ağır-qaş
Sültana yalandan töküncə əbəs
Tökərəm Hüseynə doğruca göz-yaş

İkimin onbirdə yenicə zaman
Nə rahat satıldı kiçikcə AŞIQ!
Göründü nağıllar,doğrudan yalan!
Nə yalan doğruya gördük qarışıq!

İkimin onbirdə uzaqdan gələn
İyirmi səggiz il fırlanan təkər!
İzini anlamaq bu azca ildə
Lap azı yenədə min bir il çəkər

Hər izdə ikimin bağça gül,ağac
Hər bağda on bir min ağac-gül əkər
Heyif kim çıxanda bara ağaclar
Ölübdür qalmayır bu AŞIQ,PƏKƏR

2011
İNDİ