Gəzib mən görmədim dünyanı mihnət-xanədən ğeyri
Tapılmaz künci-rahət,quşeyi-meyxanədən ğeyri
Ənisi-bəzmi-xəlvət yox,ğəmi cananədən ğeyri
Demə sərraf,səndə yazdığın əfsanədən ğeyri
Olan məcnun kimi zənciri-eşqə bəstə canım vay
Vətən avarəsi,ğurbət əsiri,xəstə canım vay
SƏRRAF TƏBRİZİ
Hac Riza Sərraf Təbrizi 1271(H.Q)-ci ildə Təbrizin Rasta çüçə məhəlləsində anadan olur.12 yaşında atası dünyadan gedir,haman yaşdan atasının işini davam edir.O,25 yaşında yaratdıcığı şeirlərilə özünə etibar qazanır.Qələmin, Qəzəl və Əhli-Beytin sinasında həzin dolandıran Sərraf, Qəzəl sənətində Azərbaycanın ən yüksək şairi,Mərsiyədə,Raci Təbrizi,Qumri Dərbəndi,Dəxil Mərağei kənarında bir güclü şair tanınıb,Sərraf,Əhli-Beytə yazmaqı bir ne”mət sanır,bu neməti azaraq şairə qismət bilir :
Sərraf!at öz nəqdivi kəsbi zəri-din et
Bil qədrini yaz nohə sözün dürri-səmin et
Tə”yidi-Hüseyn(Ə) olmuya hər kimdə,yəqin et
Müşküldü qələm səfhəyə bir kəlməni yazə
...
Gərçi bu şəhridə olmuş hamı əsnafi süxən
Səni tə”yid Hüseyn(Ə) eylədi,Sərrafi-süxən
O,Farsca dilində bir neçəe Qəzəl yazıb.
Sərrafın təkcə aşiqanə tərcibəndi zövqun bizə göstərir. Sərraf 1325-ci ildə Rəbiül əvvəlin 17-sində,54 yaşında dünyadan gedir.