Azərbaycan dili (Азәрбaјҹaн дили, آذربايجان ديلی), Türk dilləri qrupuna aid dil. Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Azərbaycan dilindən rəsmi dövlət dili olduğu Azərbaycan Respublikasıyla yanaşı İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna ərazisində geniş istifadə olunur. Azərbaycan Respublikası ərazisində bu dilinin 4 dialekti var: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektikləri Qərb dialekti — Qazax, Qarabağ, Gəncə dialektləri Şimal

Bu konu 7905 kez görüntülendi 3 yorum aldı ...
Azərbaycan dili 7905 Reviews

    Konuyu değerlendir: Azərbaycan dili

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 7905 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    129
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Azərbaycan dili

    Azərbaycan dili (Азәрбaјҹaн дили, آذربايجان ديلی), Türk dilləri qrupuna aid dil. Azərbaycan Respublikasının rəsmi dövlət dilidir.

    Azərbaycan dilindən rəsmi dövlət dili olduğu Azərbaycan Respublikasıyla yanaşı İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna ərazisində geniş istifadə olunur.


    Azərbaycan Respublikası ərazisində bu dilinin 4 dialekti var:

    1. Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektikləri
    2. Qərb dialekti — Qazax, Qarabağ, Gəncə dialektləri
    3. Şimal dialekti — Nuxa və Zaqatala-Qax dialektləri
    4. Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri


    Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.

    Azərbaycan türkcəsi Türkiyə türkcəsinə və qıpçaq türkcəsinə daha yaxındır. Fonetik xüsusiyyətinə görə "ə" foneminin bütün pozisiyalarda işlənmə tezliyi ilə fərqlənir.
    Fonetik xüsusiyyətləri
    Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, ö) və arxa sıra (ı, u, a, o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz ("işıq", "ildırım" kimi "i" saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.

    Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.


    Azərbaycan dilində 9 qısa (i, ü, e, ö, ə, a, o, u, ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u sait var. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.


    Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma' - 'alma.


    Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.
    Sintaktik xüsusiyyətləri


    Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.


    İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir.


    Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.


    Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.


    Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər cümlə üzvü sonda, təyin təyin etdiyi sözdən qabaqda gəlir.


    Azərbaycan dilində sözyaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dili

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 3

          Görüntüleme: 7905

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  2. #2
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    129
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    Əlifbası


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Azərbaycan türkcəsi - Ərəb əlifbası ilə yazılmış şeir kitabı (Mirzə Məhəmməd Tağı Qumri 1819-1891)


    Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan dilinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanıb. Səlcuq və osmanlı türkləri X əsrdən başlayaraq ərəb əlifbasını əsas tutmuş və həm bu əlifbayla, həm də fars əlifbası ilə çoxlu dəyərli əsərlər yaratmışlar.


    Ərəb əlifbası Azərbaycan dilinin özünü ifadə etməsi üçün mükəmməl əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub və bu əlifbayla Azərbaycan tarixinin, ədəbiyyatının qiymətli əsərləri qələmə alınıb.


    1929-cu ilə kimi ərəb qrafikalı əlifba Azərbaycan dilinin rəsmi əlifbası olub. Azərbaycan dili 1929-1939-cu illərdə latın əlifbası, 1939-1991-ci illərdə kiril əlifbası ilə yazılıb. 1991-ci ildən başlayaraq tədricən yenidən latın əlifbasına keçilib.




    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Cənubi Azərbaycanda yaşayan Azərbaycan türkləri isə bu günün özündə də ərəb əlifbasıyla yazıb-oxuyurlar. Bunun əsas səbəbi İranda Azərbaycan dilində məktəblərin olmaması və Azərbaycan türklərinin fars dilində təhsil almaq məcburiyyəti qarşısında qalmalarıdır. Hazırda İranda heç bir təhsil ocağında latın əlifbalı Azərbaycan dili tədris olunmur. Cənubi azərbaycanlılar
    Azərbaycan dili ilə əsasən məişət səviyyəsində tanışdırlar və bu dildən gündəlik ünsiyyətdə geniş istifadə edirlər.
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  3. #3
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    129
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Azərbaycan dilində əlifba dəyişikləri və qarşılıqları

    Azərbaycan dilində əlifba dəyişikləri və qarşılıqları



    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]



    Azərbaycan-Ərəb əlifbası



    Cənubi Azərbaycanda işlənən ərəb alifbası fars dilindən və Osmanlı türkcəsindən təsirlənib. Bu əlifba ərəb dilinə uyğun olsada, Türk dil ailəsinə mənsub olan
    Azərbaycan dilinə səslərin çoxluğuna görə asas formada əlverişli deyil. Bu əlifbanın bərpası uğrunda müasir əsrimizdə bir neçə addım atılsada bu çalışmalar xalq içində yayılmayıbdır. Cənubi Azərbaycanda əhali Fars dilində təhsil almağa məcbur olduqları üçün ərəb və fars sözlərilə orijinal diktə ilə tanışdırlar.

    Hazırda İranda Azərbaycan-ərəb əlifbası ilə bağlı vəziyyət çox qarışıqdır. Cənubi Azərbaycan ziyalılarının latın əlifbasının daha münasib olduğunu qəbul etmələrinə baxmayaraq bu əlifbanın tətbiqinə dövlət tərəfindən qadağa və məhdudiyyətlər qoyulub. İranda
    Azərbaycan dilidə kitab və qəzetlər yalnız ərəb əlifbası ilə işıq üzü görür.

    Azərbaycan-Ərəb əlifbasını bərpa etmə təşəbüslərinin biri Türk Dil Ortoqrafiya Seminarı tərəfindən həyata keçirilib. Bu seminar Doktor Cavad Heyətin başçılığıyla 2001-ci ilin oktyabrında Tehranda keçirilmişdir. Azərbaycan-Ərəb əlifbasında yazılan
    Azərbaycan dilinin imlasında (yazılmasında) birlik yaratmaq Seminarın baş hədəfi seçilmişdir.

    Türk Dili Yazı Quralları ترک دیلی یازی قورالاری adlı qərarlar seminarın sonunda qəbul olunmuşdur.


    Ərəb əlifbasında bəzi hərflərin forması kəlmə arasında harada gəlməsindən asılıdır. Bu hərflər kəlmə başında, sonunda və ortasındə dəyişir. Hərflərin yazılma qaydaları bir hərfdən o biri hərfə fərqli olabilir.


    Aşağıdakı cədvəl, Ərəb əlifbası tərtibi ilə düzülüb və Latın əlifbasında yaxın olan qarşılıqları göstərir.
    Azərbaycan dilində Ərəb və Latın əlifba qarşılıqları



    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  4. #4
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    eline saglik adminim

Giriş

Giriş