PDA

Orijinalini görmek için tıklayınız : Gültekın hacıbeylı



AyMaRaLCaN
13.04.10, 21:12
MİLLİ MƏCLİSİN (MM) BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR KOMİTƏSİNİN SƏDR MÜAVİNİ GÜLTƏKİN HACIBƏYLİ: “HƏM 1915-ci IL UYDURMA “ERMƏNI SOYQIRIMI”, HƏM 1918-ci IL 31 MART SOYQIRIMI, HƏM DƏ 1992-ci IL 26 FEVRAL XOCALI SOYQIRIMI ARASINDA ÇOX CIDDI ƏLAQƏLƏR VAR”
Gültəkin xanım, məlum olduğu kimi, tarixən, xüsusilə 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərindən başlayaraq ermənilər və onların havadarları tərəfindən xalqımızın – türklərin başına çox bəlalar, faciələr gətirilib. Belə qanlı faciələrdən biri də bu gün 92-ci ildönümünü qeyd etdiyimiz 31 mart soyqırımıdır. Bu baxımdan, ötən illər ərzində bu qanlı qətliamın soyqırım aktı kimi tanınması istiqamətində görülən işləri - ələlxüsus da uydurma və qondarma “erməni soyqırımı” məsələsinin ermənilər və onların havadarları tərəfindən yenidən aktuallaşdırıldığı bir məqamda - qənaətbəxş saymaq olarmı? Ümumiyyətlə, bu faciənin soyqırım aktı kimi tanınması istiqamətində Azərbaycan tərərfindən indiyədək hansı addımlar atılıb və yaxud bundan sonra hansı addımlar atılmalıdır?
- İlk öncə onu qeyd etmək istərdim ki, həm 1915-ci il uydurma “erməni soyqırımı”, həm 1918-ci il 31 mart soyqırımı, həm də 1992-ci il 26 fevral Xocalı soyqırımı arasında çox ciddi əlaqələr var. Baxmayaraq ki, bu qanlı hadisələrdən ikisi gerçək soyqırımdır, biri isə tarixi həqiqətlərin təhrifindən ibarət olan bir mistikadır, illüziyadır, ancaq bu hadisələr arasında çox ciddi bir bağlılıq mövcuddur və bu üç hadisəni bir-birilə, hətta 1990-cı ilin qanlı 20 Yanvar faciəsilə əlaqələndirərdim. Düşünürəm ki, əslində 20 Yanvarda da Azərbaycan xalqına, azəri türklərinə qarşı böyük qəddarlıq nümayiş etdirildi və bu hadisələrin hamısını birləşdirən, bağlayan bir məqam ümumtürk nifrəti, türk dövlətçiliyinə zərbə vurmaq, türk dövlətçiliyinin inkişafı qarşısında əngəl yaratmaq cəhdləridir. 1915-ci ildə dünyanın ən qüdrətli, ən böyük dövlətlərindən olan Osmanlı Türkiyəsinin parçalanması ilə bağlı fərman artıq verilmişdi, Avropa ölkələri Osmanlının yeni xəritəsini cızmışdı və bu xəritədə Türkiyə demək olar ki, yox idi. Türkiyə üçün yalnız Orta Anadoluda – Konya ətrafında kiçik bir ərazi saxlanılmışdı. Osmanlının – indiki Türkiyə ərazisinin böyük bir hissəsi fransızlara, bir hissəsi ingilislərə, digər bir hissəsi italyanlara, kifayət qədər böyük bir hissəsi – İzmirətrafı bölgələr isə yunanlara peşkəş edilirdi. Ermənilər də bu hadisələrdə xüsusi rol oynamalıydı, ermənilər türk ordusuna arxadan zərbə vurub onu pərən-pərən salmalıydı ki, bu da nəticə etibarilə türklərin məğlubiyyətini asanlaşdırsın, Türkiyənin siyasi süqutuna – bir dövlət olaraq, Osmanlının siyasi çöküşünə yol açsın. Ermənilərin xəyanətini görən türk ordusu erməniləri kütləvi şəkildə strateji yerlərdən köçürməyə başladı və ermənilərə vaxtında söz verdiyi bölgələrdə, yəni, Vanda, Bitlisdə, Muşda və Qarsda dövlət yarada bilməyən Avropa indi bu gün ötən əsrin əvvəllərində ermənilərə verdiyi vədin müqabilində yalançı soyqırımı iddialarını, ittihamlarını dünya siyasətinin reallığına çevirməyə çalışır. Hədəf bunların əvəzində - vaxtında ermənilərə verə bilmədikləri torpağın əvəzində Qarabağı ermənilərə peşkəş etməkdən ibarətdir. Gördüyünüz kimi, 1915-ci il hadisələri birmənalı olaraq, türk dövlətçiliyinə qarşı yönəlmiş bir hadisədiydi və türklərin Kiçik Asiya coğrafiyasında mövcudluğuna son qoymağa xidmət edirdi. Daha sonra - 1918-ci il 31 mart soyqırımı da eyni məqsədlə həyata keçirildi. Çünki artıq Cənubi Qafqaz ölkələrinin müstəqillik məsələsi gündəmə gəlirdi. Zaqafqaziya Seymi fəaliyyətə başladığı ilk gündən Türkiyə dövləti israrla həmin quruma müraciət edərək bu Seymin birlikdə və ya dövlətlərin ayrı-ayrılıqda müstəqilliyini bəyan etməsi zərurətini vurğulayırdı, belə olacağı təqdirdə, Cənubi Qafqaz respublikalarını tanıyacaq ilk dövlətin də məhz özü – Türkiyə olacağını bəyan edirdi. Cənubi Qafqazın müstəqillik meyllərinin, xüsusilə də Azərbaycanın müstəqillik meylinin qarşısını almaq üçün Cənubi Qafqaz coğrafiyasında Ermənistan adlı dövlət yaratmaq ideyasının müəllifi olan Rusiya bu zaman erməni silahlı qüvvələri ilə birləşərək 31 mart sıyqırımını törətdi. Yenə də məqsəd azərbaycanlıları – azəri türklərini Bakıya buraxmamaq, Bakını xalqımızın əlindən almaq və nəticə etibarilə, zəngin neft və qaz səltənətini ələ keçirmək idi. Bakını itirmək bütün Azərbaycan dövlətçiliyini itirməyə bərabər olardı, yəni, belə olan halda, Azərbaycanın müqavimət göstərmək üçün son istinadgahı da əlindən çıxacaqdı. Bakının, ümumiyyətlə, Azərbaycan dövlətçiliyinin inkişafında rolu danılmazdır, şəksizdir - istər təbii sərvətləri, istər geosiyasi mövqeyi baxımından. Nəticədə vaxtilə Stepan Şaumyanın, Styopa Lalayanın rəhbərliyi və eyni zamanda, rus hərbi birləşmələrin iştirakı ilə Bakıda həyata keçirilən soyqırım da məhz Azərbaycan dövlətçiliyinin qarşısını almağa yönəlmişdi. Bu soyqırım mahiyyətcə, türkə qarşı nifrətdən yoğrulmuş bir hadisə idi. Daha sonra, yəni, ötən əsrin sonlarında baş verən 20 Yanvar faciəsi də Azərbaycanın müstəqillik istəyinin qarşısını almaq və yenə Azərbaycanın bir dövlət olaraq ayağa qalxmasının, öz müstəqilliyini bəyan etməsinin, Qərbə inteqrasiya siyasətinin qarşısını almağa xidmət edirdi. Həmçinin 1992-ci ilin Xocalı soyqırımı Qafqazda türk varlığına, türk kimliyinə son qoymaq, Cənubi Qafqaz coğrafiyasını, xüsusilə Qarabağı türksüzləşdirmək siyasətinə xidmət edən bir mənfur planın tərkib hissəsi idi. Əslində elə hesab edirəm ki, “bu hadisələrin təbliği üçün nələr etməliyik”, “şəhidlərimizin qısasını necə almalıyıq” suallarına cavab verməzdən öncə bu hadisələrin mahiyyətini düzgün dərk etməliyik. Bu hadisələrin mahiyyətini düzgün dərk etsək, o zaman düzgün nəticələr də çıxara bilərik. Mənə elə gəlir ki, həmin hadisələri törədən insanlara, qüvvələrə ən düzgün, ən sərrast cavab bu gün ayaqda iki qüdrətli, güclü türk dövlətinin – Türkiyənin və Azərbaycanın mövcud olmasıdır. Türkiyə və Azərbaycanın bir dövlət olaraq mövcudluğu, inkişafı, bölgədə lider dövlət statusuna yiyələnməsi, mənə elə gəlir, bu dövlətləri çökdürmək, türk millətini sındırmaq istəyən qüvvələrə ən kəsərli cavabdır.
Təəssüflər olsun, üstündən 100 ildən artıq bir vaxt keçəndən sonra da bu gün əsassız “erməni soyqırımı” iddiaları gündəmə gətirilir. Bu, elə bir vaxta təsadüf edir ki, Türkiyə öz iqtisadi qüdrətinə görə dünyanın 16-cı dövlətinə çevrilir. Bu, elə bir vaxta təsadüf edir ki, Türkiyə öz siyasəti – xarici siyasəti ilə bölgənin liderinə çevrilir və bölgədə Türkiyəyə çox ciddi ehtiyac duyulduğu hər kəsə bəlli olur.
Eyni zamanda, bu elə bir vaxta təsadüf edir ki, hətta ABŞ kimi dünyanın aparıcı süpergücü Türkiyəyə ehtiyac duyur və Türkiyənin iştirakı olmadan bölgədəki ciddi geosiyasi layihələrini reallaşdıra bilmir. Belə bir məqamda Türkiyəni özündən asılı vəziyyətə salmaq üçün uydurma soyqırım məsələsi gündəmə gətirilir. Daha öncə bu oyun, ssenari terror – PKK kartında məharətlə istifadə olunmuşdu. Lakin bildiyiniz kimi, Türkiyə hakimiyyəti, hökuməti bu oyunu əngəlləmək üçün bir açılım layihəsini ortaya atdı və əslində, sadə insanına sübut etməyə çalışdı ki, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Türkiyə vətəndaşına ləyaqətli həyat təmin etmək arzusundadır, niyyətindədir. Yəni, Türkiyə hər bir addımı ilə Türkiyədə yaşayan təkcə türk kökənli deyil, həm də kürd kökənli vətəndaşına sahib olmaq iradəsini ortaya qoydu. Belə olan təqdirdə də kürd-PKK kartını alovlandırmaqla, qıcıqlandırmaqla yanaşı, “erməni soyqırımı” məsələsindən də istifadə etməyə başladılar. Həm də düşünürəm ki, bu gün uydurma “erməni soyqırımı” iddialarının xüsusi bir intensivliklə, xüsusi bir “vüsətlə” gündəmə gətirilməsinin özəl səbəbi var...

- Hansı özəl səbəbdən söhbət gedir?

- Bilirsiniz, bu özəl səbəb Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yönündə gedən danışıqlar prosesinin son mərhələyə qədəm qoymasıdır. Görünür, Qərbdə “yazıq erməni”, “məzlum erməni”, “türklərin əzdiyi və soyqırıma məruz qoyduğu erməni” obrazını yaratmaq lazımdır ki, sonradan Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı bir təcavüzə və ermənilərin Qarabağ iddialarına haqq qazandırılsın. Bu baxımdan, mən bu gün baş verən və siyasi riyakarlıqdan ibarət olan bir prosesi – böyük bir yalanın gerçəklik cildinə salınması prosesini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ciddi, əlaqəli şəkildə nəzərdən keçirirəm və düşünürəm ki, bu gün Türkiyəyə olan təzyiqlər məhz Türkiyənin Qarabağ münaqişəsinə münasibətdə tutduğu ədalətli mövqedən çəkindirilməsinə yönəlib. Türkiyə geri çəkiləcəksə, təbii ki, bu, Azərbaycan üçün böyük zərbə olacaq və bu, Azərbaycan üçün, deyərdim ki, Qarabağ itkisindən də böyük bir zərbə olacaq. Həmçinin, bu, böyük Türk Birliyi arasında dərin bir uçruma nədən olacaq. Bu baxımdan, məqsəd aydındır, göz önündədir. Ancaq bir məqamı xüsusi vurğulayım ki, dünyanın heç bir gücü – hətta supergüçü bir millətin iki dövləti olan Türkiyə ilə Azərbaycanı bir-birindən ayıra bilməz. Türkiyə ilə Azərbaycan iki sinədə döyünən bir ürəkdir, ürəyi parçalasan, o, yaşaya bilməz. Belə olan təqdirdə də inanıram ki, Azərbaycanla Türkiyə hər zaman birlikdə olduqları kimi, bundan sonra da birlikdə olacaqlar. Sadəcə, zaman-zaman müəyyən siyasi gedişlər, müəyyən taktiki addımlar Qərbdə belə bir ümidin yaranmasına əsas vermişdi ki, Türkiyə haçansa öz mövqeyindən geri çəkilə bilər. Ancaq düşünürəm ki, bu, yalnız görüntü ola bilər, Türkiyə rəhbərlərinin dəfələrlə verdiyi bəyanatlar da bir daha bunu sübut edir.

- Necə hesab edirsiniz, uydurma “erməni soyqırımı” məsələsinin aktuallaşdırılğı bir məqamda 31 mart faciəsinin – hələ Xocalı faciəsini demirəm – daha gur səslə dünya miqyasına, arenasına çıxarılması bu qüvvələrə, yəni, erməni kartından istifadə edənlərə elə ən kəsərli cavab olmazmı? Bununla yanaşı, 18-ci ildə ermənilər tərəfindən törədilmiş Quba, Şamaxı, Neftçala faciələri, Quba, Neftçala toplu məzarlıqları uydurma “erməni soyqırımı”nın qarşısının alınması üçün ən tutarlı arqument olmazmı? Hətta qeyd edək ki, bir neçə il öncə Qubadakı toplu məzarlığı ziyarət edən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) keçmiş sədri Luis Maria de Puç belə gördüyü mənzərədən dəhşətə gəldiyini, ermənilərin bu vandalizminin qınanmasının vacibliyini vurğulamışdı...

- Biz bir həqiqəti dərk və qəbul etməliyik: bu gün dünya bölgəmizdə yüz il öncə baş vermiş və bu gün baş verən proseslərin mahiyyətini anlamayacaq dərəcədə bəsit, primitiv deyil. Qərb 1915-ci il hadisələrini də gözəl bilir, Qərb Xocalı hadisəsilə də bağlı kifayət qədər məlumatlıdır. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Xocalı soyqırımı ilə bağlı dünyanın yüzlərlə kütləvi informasiya vasitəsi o zaman operativ məlumatlar yaymışdı. Həmin faciənin videogörüntüləri, demək olar ki, dünyanın bütün aparıcı telekanallarında yayınlanmışdı və bu görüntülər bu gün də həmin telekanallarda mövcuddur. Bununla yanaşı, Azərbaycanın arxivlərində çox sayda materiallar var.
Eyni zamanda, həmin hadisənin canlı şahidləri həyatdadırlar. Hadisə heç də uzaq olmayan bir dövrdə - 1992-ci ildə baş verib. Mən “Qərb heç də Xocalı sıyqırımı haqda heç nə bilmir və ya 1915-ci il hadisələri haqqında yanlış məlumatlara malikdir” qənaətində deyiləm.
Sadəcə, bu gün Qərb dediyimiz müəyyən qüvvələrin maraqları tələb edir, daha doğrusu görünür ki, Dağlıq Qarabağ məsələsində əlavə güzəştlər almaq, dünyanın rəğbətini ermənilərə yönəltmək, dünyanı ermənipərəst ab-havaya bir daha kökləmək üçün “məzlum erməni” obrazını yenidən gündəmə gətirsin. Bir daha qeyd edirəm, Xocalı hadisələri ilə bağlı Qərbin kifayət qədər məlumatı var. Sadəcə, Qərb gözəl anlayır ki, Xocalı hadisələrini dilə gətirmək və soyqırım kimi qəbul etmək, ilk növbədə, Rusiyanın 366-cı motoatıcı alayı ilə bağlı həqiqətləri dilə gətirməkdir. Demokratiyanın beşiyi olan, demokratiyanın keşiyində duran Qərb, nədənsə, Rusiya ilə qarşı-qarşıya gəlməmək, Rusiya ilə münasibətlərində müəyyən bir problem yaratmamaq üçün bu hadisənin, eləcə də digər faciələrimizin üstündən sükutla keçir. Xüsusilə də nəzərə alsaq ki, Xocalı soyqırımı Ermənistanın bugünkü prezidenti, qaniçən Serj Sərkisyanın rəhbərliyi altında törədilmiş bir qanlı qətliamdır, Serj Sərkisyan bu soyqırımın bilavasitə təşkilatçısı və icraçılarındandır, o zaman mənə elə gəlir ki, bütün suallarımıza öz-özlüyündə bir aydınlıq gələcək, Xocalı hadisəsinə vicdanlı, obyektiv qiymət vermək istəyən Qərb bu gün Serj Sərkisyanın əlini sıxmazdı və Azərbaycan rəhbərliyini də Serj Sərkisyanın rəhbərlik etdiyi, başında dayandığı işğalçı ordunun Azərbaycan ərazilərini işğal etməsi hesabına yaranmış reallıqla barışmağa məcbur etməzdi. Ən azı, Azərbaycan tərəfinə bu cür təzyiqlər göz önündədir. Mən düşünürəm ki, “Qərb hər şeyi bilmir, Qərbə hər şeyi izah etməliyik” kimi yanaşmadan nəhayət uzaqlaşmalıyıq. Qərb hər şeyi gözəl bilir, sadəcə, Qərb adlandırdığımız qüvvələr öz maraqlarından çıxış edərək, vaxtaşırı olaraq müəyyən məsələləri gündəmə gətirir və onların ətrafında siyasi ajiotaj yaradır, dünya ictimai fikrini buna kökləməyə çalışır. Bu yerdə bir məqama da münasibətimi bildirmək istəyirəm ki, çox təəssüflər olsun ki, biz özümüz bir çox hallarda tarixə münasibətdə unutqanlıq nümayiş etdiririk. Bu yaxınlarda Məhəmməd Əsəd bəyin “Şəqrdə biz və qan” adlı əsərini oxumuşam. 1918-ci il mart hadisələrinin mahiyyətini dərindən qavramaq istəyən hər bir kəsə bu əsəri oxumağı tövsiyə edərdim. Bu əsərdə Lalayanın mart hadisələri zamanı cəmi iki gün ərzində Bakıda yüzlərlə Azərbaycan körpəsini necə vəhşiliklə qətlə yetirməsi təsvir olunur. Qaniçən Lalayan yaşı 2, 3, 4, 6 və sair olan 200-dən artıq uşağı əli ilə başı üzərinə qaldıraraq yerə çırpıb və Bakının qənbərliklərində başlarını dağıdaraq onları məhv edib. Onlarla körpəni öz süngüsünə keçirib və bununla da, düşünürəm ki, bəşəriyyət tarixinə öz adını dünyanın ən qəddar və amansız bir canisi kimi yazdırıb. Lakin gəlin görək bu gün Qərb Lalayanın, Şaumyanın və digərlərinin, eyni zamanda, onlara himayədarlıq edənlərin, rus əsgərlərinin 31 martda Bakıda törətdiyi vəhşiliklərlə bağlı dünyanın məlumatlandırılmasında maraqlıdırmı? Təbii ki, yox! Çünki bu, həmin qüvvələrin maraqlarına uyğun deyil. Bütün bu deyilənlərə yekun olaraq onu bildirmək istəyirəm ki, bu gün dünya dəyişsə də, bu gün dünya ali dəyərlər – demokratiya və insan haqları kimi dəyərlər üzərinə köklənibsə, əslində, bu gün dünyada yaşamaq uğrunda sadə və bəsit bir mübarizə gedir. Bu mübarizədə güclülər zəifləri sıradan çıxarmağa cəhd edirlər. Bu gün ermənilər ona görə güclüdürlər, bu gün ermənilər Azərbaycana münasibətdə ona görə üstünlük əldə edirlər ki, türk faktoru ilə müqayisədə erməni faktoru zəif faktordur və erməni faktorundan müxtəlif beynəlxalq güclər hər zaman bir vasitə kimi istifadə edirlər. Ruslar, ingilislər, fransızlar, yunanlar, italyanlar vaxtaşırı olaraq erməni kartından türklərə qarşı istifadə ediblər, edirlər və bunların müqabilində türkləri sıxışdırmaq, türk torpaqları hesabına indiki Ermənistan dövlətini yaradıblar və onu genişləndirməyə cəhd göstərirlər. Bu gün də biz həmin cəhdlərlə üz-üzəyik və bu cəhdlərin qarşısını almağın yeganə yolu güclü olmaqdır. Azərbaycanla Türkiyə güclü olmalıdır, Azərbaycanla Türkiyə birlikdə olmalıdır və mənə elə gəlir ki, ötən əsrin əvvəllərində türkün atası olan böyük Mustafa Kamal Atatürk “Türkün türkdən savayı dostu yoxdur” deyəndə məhz bunu nəzərdə tuturdu. Bu sözləri Türkiyədə yaşayan etnik qruplara şamil etmirdi. Çünki Türkiyədə yaşayan bütün etnik qrupların nümayəndələrini türk vətəndaşları kimi nəzərdə tuturdu və bu ifadə əslində heç bir etnik qrupa qarşı yönəlməmişdi. “Türkün türkdən savayı dostu yoxdur” deyərkən böyük Atatürk məhz türk toplumlarının birlikdə olması zərurətini qeyd edirdi. Bu gün Azərbaycan əraziləri işğal olunur, beynəlxalq hüquq tapdanır, Azərbaycanın bir milyondan artıq qaçqını və məcburi köçkünü var, lakin bunun müqabilində beynəlxalq birlik işğalçı Ermənistana işğaldan çəkinməklə bağlı heç bir təzyiq göstərmir. Təzyiqə məruz qalan tərəflər ərazisi işğal edilmiş Azərbaycan və bu işğala etiraz edən Türkiyədir. Bu, artıq çox ciddi bir göstəricidir. Onu da qeyd etmək istəyirəm ki, Ermənistan Konstitusiya Məhkəməsi beynəlxalq hüquqda analoqu olmayan bir addım atdıqdan – dövlətlər arasında imzalanmış ikitərəfli sazişlərə dəyişikliklər etdikdən sonra belə Ermənistan sərt təpkilərlə üzləşmədi. Əvəzində bu təzyiqlər, təpkilər Türkiyəyə yönəldildi. Bu təzyiqlər, təpkilər Azərbaycana edildi. Məqsəd də Azərbaycanla Türkiyəni bu “reallıqla”, işğalın doğurduğu reallıqla barışdırmaqdan ibarətdir. Bütün bu dediklərim yuxarıdakı fikrimə haqq qazandırır ki, biz birlikdə olmalıyıq, bizim birlikdə və güclü olmamağa haqqımız yoxdur. Çünki biz böyük bir millətin övladlarıyıq, bunu bizdən tariximiz tələb edir, bunu bizdən şəhidlərimizin ruhu tələb edir və bunu bizdən gələcək nəsillərimiz qarşısındakı məsuliyyət hissi tələb edir.

- Bir daha bu birgəliyi dünyaya nümayiş etdirmək, eyni zamanda, uydurma soyqırım iddialarına cavab vermək üçün nədən Türkiyə Böyük Millət Məclisi (TBMM) indiyədək 31 mart və Xocalı faciəsini soyqırım aktı kimi tanımır, tanımayıb? Eyni zamanda, Azərbaycan parlamenti də dəfələrlə təkidlərə, israrlara baxmayaraq, PKK-nı terrorçu təşkilat kimi tanımır?

- Mən çox arzulayardım ki, TBMM 31 mart hadisələrini, eyni zamanda, Xocalı hadisələrini soyqırım kimi tanısın. Bununla yanaşı, mən çox arzu edərdim ki, Orta Asiya respublikalarının – türk cümhuriyyətlərinin parlamentləri ilə də bu sahədə iş gücləndirilsin və nəinki Türkiyə, o cümlədən Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Xocalı və 31 mart hadisələrini soyqırım aktı kimi tanısın. Eyni zamanda, o fikirlə də razıyam ki, PKK bir terror təşkilatıdır və özü də PKK-ya təkcə Türkiyə yox, dünyanın aparıcı ölkələri bu cür münasibət bəsləyir. Bütün beynəlxalq sənədlərdə PKK məhz terror təşkilatı olaraq vurğulanır. Azərbaycan parlamentində də dəfələrlə PKK-nın terror təşkilatı olması fikri səsləndirilib, hakim Yeni Azərbaycan Partiyasının (YAP) da bu məsələdə mövqeyi ortadadır, ancaq bütün bunlarla yanaşı, arzulayardım ki, Azərbaycan parlamentində də bu barədə xüsusi qərar qəbul olunsun. Bu, onu göstərir ki, istər Türkiyə tərəfinin, istər Azərbaycan tərəfinin üzərinə düşən və görülməli olan hələ çox işlər var. Biz mərhələ-mərhələ bu işləri gördükcə, sözdə deyil, əməldə bir olacağıq və vaxtilə İsmayıl bəy Kaspralının dediyi kimi, “Fikirdə, sözdə, əməldə birlik”imizi sübuta yetirəcəyik.

- Gültəkin xanım, siz Azərbaycan parlamenti ilə yanaşı, mötəbər bir beynəlxalq qurumda – AŞ PA-da Azərbaycanın nümayəndə heyətində təmsil olunursunuz. İstər AŞ PA, istərsə də digər beynəlxalq qurumlar Xocalı faciəsi ilə bağlı müəyyən məqamları dilə gətirdikləri halda, 31 mart soyqırımı ilə əlaqədar indiyədək hansısa bir fikri, mövqeni ortaya qoymayıblar. Bu baxımdan, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti bu istiqamətdə daha hansı addımları atmağı nəzərdə tutur?

- Əslində, bu gün Azərbaycan elə bir vəziyyətdədir ki, ərazilərimiz işğal olunub və istənilən beynəlxalq təşkilatda fəaliyyətimiz ilk növbədə erməni işğalının fəsadlarını dünya ictimaiyyətinin düqqətinə çatdırmaqdan ibarətdir. Biz dəfələrlə həm 31 mart soyqırımı, həm Xocalı soyqırımı ilə, həm erməni işğalının doğurduğu nəticələrlə bağlı məsələlər qaldırmışıq və artıq çoxdan sülhə, inkişafa, sabitliyə nail olmuş orta avropalının şüuru üçün, bu, müəyyən mənada bəlkə də həddindən artıq yükdür. Onlar özlərini bir çox hallarda belə məsələlərdən sığortalamağa çalışırlar, daha çox sülhdən, daha çox əməkdaşlıqdan danışmağa üstünlük verirlər və hər zaman da, nədənsə, “Ermənsitanla, ermənilərlə dil tapmırsınız, əməkdaşlıq etmirsiniz” suallarını verirlər. Ancaq məsələnin mahiyyəti bundan ibarətdir ki, ermənilərin arxasında olan qüvvələrin ermənilər vasitəsilə Azərbaycanda törətdikləri müsibətlər, faciələr o qədər çoxdur ki, onların hətta sadalanması, onlar haqqında informasiya belə qərbli üçün bir çox hallarda qəbuledilməz, anlaşılmaz olur. Orta və mistik avropalı şüuru 1992-ci ildə, dünyanın inkişaf etdiyi bir dönəmdə Avropa məkanında – Azərbaycanın Xocalı bölgəsində soyqırımın baş verməsini, körpələrin, köməksiz insanların, qocaların, qadınların qəddarcasına, vəhşiliklə məhv edilməsini qəbul edə, buna inana bilmir və bəzi hallarda hətta buna avropalını inandırmaqda belə çətinliklərimiz olur. Amma son dövrlər, sözsüz ki, bu sahədə də irəliləyişlər var, audio, video materiallar, kitablar geniş yayılıb. Heydər Əliyev Fondunun, Milli Təhlükəsizlik Nazirliyinin hazırladığı çap materialları, audio materiallar bu işdə bizim köməyimizə gəlir, bizə çox kömək edir. Bu baxımdan, mən əvvəl səsləndirdiyim bir fikrə qayıtmaq istəyirəm: məsələ təkcə kimisə nəyləsə bağlı məlumatlandırmaqdan ibarət deyil, məsələ həm də ondadır ki, sənin məlumatlandırdığın insan bu məlumatı qəbul etmək istəyir, həmin məlumata obyektiv münasibət bildirmək iradəsindədir, ya yox. Bir çox hallarda, çox təəssüflər olsun ki, biz bu iradə ilə rastlaşmırıq, qarşılaşmırıq. Dediyim kimi, məqsəd də göz önündədir, ermənilərin arxasında duran ciddi qüvvələrin, supergüclərin geosiyasi maraqları var və bu maraqlar əksər hallarda Türk Birliyinə qarşı, Azərbaycanın və Türkiyənin inkişafına qarşı yönələn maraqlardır. Bu baxımdan bir daha qeyd edirəm ki, bizim güclü və birlikdə olmamağa haqqımız yoxdur.
- Ümumiyyətlə, necə düşünürsünüz, dünya, Qərb ölkələri Azərbaycan həqiqətlərini, faciələrini nə zamansa tam etiraf edəcəkmi?
- Bilirsiniz, biz dünya dedikdə, təkcə Qərb ölkələrini, ABŞ-ı, Fransanı, Rusiyanı nəzərdə tutmamalıyıq, dünyada islam ölkələri, Şərqi Asiya ölkələri var ki, bu ölkələrlə də əməkdaşlığımızı çox ciddi şəkildə qurmağı bacarmalı və inkişaf etdirməliyik. Nə vaxtsa Türk Birliyinin yaranacağı təqdirdə, sözsüz ki, dünyada olan mövqe daha da sərtləşəcək və düşünürəm ki, dünyanın Xocalı soyqırımını, 31 mart hadisələrini qəbul etməsi üçün ilk öncə bu soyqırımları Türkiyə parlamenti, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan parlamentləri qəbul etməlidir. Bu soyqırımlara türk dövlətlərində adekvat qiymət verildikdən sonra biz öz işimizi daha ciddi əsaslar üzərində qura bilərik. Ancaq hələ özümüzün qəbul etmədiyimiz soyqırımlarına başqalarını inandırmaq indi bir qədər çətindir............Alinti Haberi

Furkan
19.04.10, 00:54
Ellerinie sağlik anlamaya çalıştım ama baya dil farkı varmış,güzel bi konuymus