PDA

Orijinalini görmek için tıklayınız : Erdoğan ermənilere bir daha barmaq silkeledi...



Azeribalasi
30.03.10, 05:47
Ərdoğan ermənilərə bir daha barmaq silkələdi...

[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir] Baş nazir qeyri-leqal ermənilərin deportasiya ediləcəyini bir də dedi Şənbə, 20.03.2010

I.Telmanoglu

"Ölkəmizdə qeyri-leqal yaşayan və çalışan ermənilərlə bağlı sözlərim milli və beynəlxalq mətbuatda təhrif edilib. Xüsusən beynəlxalq mətbuat "qeyri-leqal" kəlməsini çıxararaq qalmaqal yaratmaq istəyir. "Erməniləri deportasiya etmək" ifadəsi ilə "qeyri-leqal erməniləri deportasiya etmək" ifadəsi arasında çox dərin fərq var".

"Habertürk"ün məlumatına görə, bunu isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) rayon təşkilatları rəhbərlərinin toplantısında çıxış edən R. T. Ərdoğan BBC-yə müsahibəsində ermənilər haqqında işlətdiyi fikirlərlə əlaqədar onu tənqid edənlərə cavab verib.

Baş nazir onu üzr istəməyə çağıranlara səslənib: "Biz kimdən üzr istəyəcəyimizi bilirik. Siz kimin vəkilisiniz? Bizə insanlıq dərsi vermək istəyənlərə, qəzet yazarlarına səslənirəm: Siz öncə türk millətinə vəkillik edin! Bizim insanlıq anlayışımızı test etməyin. Biz Akdamar kilsəsini kimdənsə təlimat almadan, özümüz restavrasiya etdik. Ermənistanla hava əlaqəsi bizim vaxtımızda yarandı. Bizim erməni vətəndaşlarımızla heç bir problemimiz yoxdur".

R. T. Ərdoğan bir daha təkrarlayıb ki, tarix parlamentlərdə yazıla bilməz: "Tarixi öyrənmək istəyənlər arxivlərə girməli, ağla qaranı ortaya qoymalıdır. Bizə qarşı qərəzli addımların cavabı ağır olacaq".