Türkiyənin yeni "Qarabağ üçbucağı" planı http://www.ayna.az//i/datapics/440/sx_975284244_dp.jpg Ankara Balkanlardakı nizamlama prosesini Ermənistan - Azərbaycan münaqişəsinə tətbiq etmək istəyirŞənbə, 20.03.2010C.Mezahiroglu Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüş keçirilməsini təklif edib. Türkiyənin

Bu konu 2121 kez görüntülendi 0 yorum aldı ...
Türkiyenin yeni "Qarabağ üçbucağı" planı 2121 Reviews

    Konuyu değerlendir: Türkiyenin yeni "Qarabağ üçbucağı" planı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2121 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Türkiyenin yeni "Qarabağ üçbucağı" planı



    Türkiyənin yeni "Qarabağ üçbucağı" planı
    Ankara Balkanlardakı nizamlama prosesini Ermənistan - Azərbaycan münaqişəsinə tətbiq etmək istəyirŞənbə, 20.03.2010C.Mezahiroglu
    Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüş keçirilməsini təklif edib. Türkiyənin "Hürriyyət" qəzetinin məlumatına görə, Ə.Davudoğlu bu təklifini əsaslandırarkən deyib:

    "Əgər Bosniya ilə Serbiya neçə min insanın qətli ilə nəticələnən dəhşətli müharibədən sonra münasibətlərini bərpa etdilərsə, demək, Azərbaycanla Ermənistan arasında da sülh yaranması imkanı tükənməyib. Türklərlə serblər arasında münaqişə 1300-cü ildən davam edib, ermənilərlə aramızdakı problemin isə 100 ilə yaxın tarixi var. Onu da nəzərə almaq lazımdır ki, türklərlə serblər birgə yaşamayıblar, ermənilərlə isə daim təmasda olmuşuq. Əgər serblərlə münasibətlərimizi cəmi bir il içərisində normallaşdırdıqsa, ermənilərlə də bunu etmək mümkündür" ("Mediaforum").

    Buna baxmayaraq, Ə.Davudoğlu Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkmədiyini, Yerevanın Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənarda saxlamağa çalışdığını xatırladıb:

    "Yerevan bizə deyir ki, siz Azərbaycanın tərəfindəsiniz, ona görə də münaqişənin həllində vasitəçi kimi iştirak edə bilməzsiniz. Biz isə buna belə cavab veririk: Əgər Bosniya ilə Serbiyanı barışdıra bilmişiksə, eyni işi Azərbaycanla Ermənistan üçün də görə bilərik. Biz Türkiyə - Bosniya - Serbiya üçtərəfli görüşünü təşkil etdik, uğurlu nəticə əldə olundu. Bu halda niyə Türkiyə - Ermənistan - Azərbaycan üçtərəfli görüşü təşkil olunmasın? Mən Yerevana bu haqda ciddi düşünməyi məsləhət görürəm".

    XİN "baxarıq" deyir, ekspert dəstəkləyir

    Azərbaycanın XİN mətbuat katibi Elxan Poluxov isə Ə.Davudoğlunun təklifinə belə münasibət bildirib:

    "Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli, beynəlxalq hüquq, normalar və prinsiplər daxilində, ərazi bütövlüyü çərçivəsində irəli sürülən təklifləri, problemin həllinə dair atılan bütün addımları hər zaman dəstəkləyir".

    Poluxov deyib ki, Türkiyənin təklifi təkcə Azərbaycana ünvanlanmayıb: "Amma Azərbaycan hər zaman Türkiyə ilə sıx münasibətdə, sıx təmasdadır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mütəmadi olaraq Türkiyəyə məlumat verilir. Ermənistan Davudoğlunun təklifinə razılaşsa, Azərbaycan da öz müvafiq qərarını verəcək".

    Politoloq Vəfa Quluzadə isə "Mediaforum" saytına açıqlamasında Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun təklifini bəyəndiyini, belə bir görüşün neqativ nəticəsi olmayacağını deyib. Onun sözlərinə görə, indiyə qədər ATƏT Minsk Qrupu tərkibində Azərbaycan - Ermənistan görüşləri tamamilə uğursuz keçib:

    "Türkiyənin təklifini niyə rədd edək ki? Əgər Türkiyə üçtərəfli görüşdə nəticə əldə etmək təklifini verirsə, buna cəhd etmək olar. Belə bir görüşün hər hansı neqativ tərəfini görmürəm".

    V.Quluzadə bildirib ki, Türkiyənin bircə görüşlə tərəfləri barışdırması mümkünsüzdür: "Böyük amillər ortadan qaldırılmayıb. Rusiya bu münaqişəni olduğu vəziyyətdə saxlamaq fikrindədir. Eyni zamanda dünyanın siyasi mənzərəsi, vəziyyət dəyişir. Azərbaycanla Ermənistan Türkiyənin qonaqpərvərliyi nəticəsində bu işə ortaq başlasalar, görüşlərin gələcəkdə nəticə vermək ehtimalı var".


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Türkiyenin yeni "Qarabağ üçbucağı" planı

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2121

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş