Neft Akademiyasının rəhbərliyi qovduğu tələbəsinə barışıq təklif edib http://gdb.rferl.org/A14AD272-2D9D-4663-A9B2-5BA0AC7A5956_mw270_s.jpg Elmin Bədəlov 29.03.2010 Esmira Cavadova Martın 29-da Nəsimi Rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Elmin Bədəlovun həmin ali məktəbə və ali məktəbin rektoru Səyavuş Qarayevə qarşı ali məktəbə bərpaya dair iddiasına baxılıb. Məhkəmə iclasına hakim İkram Şirinov sədrlik

Bu konu 2244 kez görüntülendi 0 yorum aldı ...
Neft Akademiyasının rehberliyi qovduğu telebesinə barışıq teklif edib 2244 Reviews

    Konuyu değerlendir: Neft Akademiyasının rehberliyi qovduğu telebesinə barışıq teklif edib

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2244 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Neft Akademiyasının rehberliyi qovduğu telebesinə barışıq teklif edib

    Neft Akademiyasının rəhbərliyi qovduğu tələbəsinə barışıq təklif edib


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    Elmin Bədəlov

    29.03.2010

    Esmira Cavadova
    Martın 29-da Nəsimi Rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Elmin Bədəlovun həmin ali məktəbə və ali məktəbin rektoru Səyavuş Qarayevə qarşı ali məktəbə bərpaya dair iddiasına baxılıb.

    Məhkəmə iclasına hakim İkram Şirinov sədrlik edir.

    Prosesdə cavabdeh tərəfin nümayəndəsi keçmiş tələbəyə barışıq təklif edib. Elmin Bədəlova təklif olunub ki, o, sentyabr ayından Akademiyada 4-cü kursdan təhsilini davam etdirə bilər. Elmin Bədəlov təkliflə qismən razılaşıb. O, məhkəmənin nəzərinə çatdırıb ki, Akademiyadan uzaqlaşdırılandan sonra hərbi xidmətə çağırış vərəqəsi alıb. Sentyabr ayınadək hərbi xidmətə daha iki çağırış olacaq və üçüncü çağırışda o, məcburi şəkildə hərbi xidmətə aparılacaq. Bu isə o deməkdir ki, hətta barışıq olsa belə, o, Akademiyada təhsilini davam etdirə bilməyəcək. Akademiya rəhbərliyi ona hərbi xidmətdən möhlət almalıdır.

    ALİ MƏKTƏB RƏHBƏRLİYİ ELMİN BƏDƏLOVA MÖHLƏT ALMAQ FİKRİNDƏ DEYİL


    Lakin Akademiyanın nümayəndəsi məhkəməyə bildirib ki, ali məktəb rəhbərliyi Elmin Bədəlova möhlət almaq fikrində deyil. Belə olan halda Elmin Bədəlov Neft Akademiyası rəhbərliyinin barışıq təklifini qeyri-səmimi adlandırıb:

    «Bu necə ola bilər, məni Akademiyaya bərpa edirlər və deyirlər sentyabr ayından gəl, 4-cü kursdan başla təhsilini davam etdir, digər tərəfdənsə mənə hərbi xidmətdən möhlət alınmasını üzərilərinə götürmürlər. Belə çıxır ki, məhkəmədə barışıq olacaq və uzağı iki aydan sonra məni hərbi xidmətə aparacaqlar, mən onsuz da təhsilimi davam etdirə bilməyəcəyəm».


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    Elmin Bədəlova dəstək aksiyası, 19 fevral 2010
    Elmin Bədəlov bildirib ki, Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən prokurorluğa verilib.

    TƏHSİL NAZİRLİYİNİN NÜMAYƏNDƏSİ MƏHKƏMƏYƏ GƏLSİN


    Sonra Elmin Bədəlov məhkəmədə vəsatət qaldırıb ki, Təhsil Nazirliyi də məhkəmə prosesinə cəlb edilsin: «Mən tələbəyəm və ali məktəbi məhkəməyə vermişəm. Təhsil Nazirliyinin nümayəndəsinin məhkəmədə iştirakı mütləqdir».

    Məhkəmə prosesi aprelin 5-də davam edəcək.


    Elmin Bədəlov Dövlət Neft Akademiyasının 4-cü kursunda təhsil alarkən bu ilin yanvar ayında rektorun əmrinə əsasən Akademiyadan uzaqlaşdırılıb. Rektor tələbəni Akademiyadan çıxarmasını onun imtahandan qeyri-kafi qiymət alması ilə əlaqələndirib. Keçmiş tələbə isə iddia edir ki, o, Akademiya rəhbərliyindən Təhsil Nazirliyinin komissiyası və jurnalistlərin müşahidəçiliyi ilə təkrar imtahan olunmasını istəyib. Lakin Akademiya rəhbərliyi buna razı olmayıb.

    Elmin Bədəlov ali məktəbdən uzaqlaşdırılmasını yerli kütləvi informasiya vasitələrində Akademiyadakı rüşvətxorluqla, maxinasiyalarla bağlı materiallar dərc etdirməsi ilə əlaqələndirib.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Neft Akademiyasının rehberliyi qovduğu telebesinə barışıq teklif edib

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2244

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş