İranla münasibətlərimiz Rusiyaya görə korlanır http://azadliq.az/wp-content/uploads/sulheddin3.jpg Sülhəddin Əkbər: «Kreml mövqeyini dəyişəndən sonra Əliyevlər rejimi əvvəlki siyasəti yürüdə bilməzdi» «Azərbaycanın demokratik rejimə keçməsi üçün bir xalq hərəkatına ehtiyac var» Son günlər Azərbaycan hakimiyyətinin Irana qarşı münasibətində gərginlik müşahidə olunmaqdadır. Bu gərginliyi rəsmi qəzetlərin səhifələrində gedən anti-Iran xarakterli məqalələrdən, televiziyalarda bu qəbildən

Bu konu 1749 kez görüntülendi 0 yorum aldı ...
İranla münasibetlerimiz Rusiyaya göre korlanır 1749 Reviews

    Konuyu değerlendir: İranla münasibetlerimiz Rusiyaya göre korlanır

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1749 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart İranla münasibetlerimiz Rusiyaya göre korlanır

    İranla münasibətlərimiz Rusiyaya görə korlanır


    Sülhəddin Əkbər: «Kreml mövqeyini dəyişəndən sonra Əliyevlər rejimi əvvəlki siyasəti yürüdə bilməzdi»


    «Azərbaycanın demokratik rejimə keçməsi üçün bir xalq hərəkatına ehtiyac var»
    Son günlər Azərbaycan hakimiyyətinin Irana qarşı münasibətində gərginlik müşahidə olunmaqdadır. Bu gərginliyi rəsmi qəzetlərin səhifələrində gedən anti-Iran xarakterli məqalələrdən, televiziyalarda bu qəbildən olan reportajlardan da hiss etmək olar. Hətta aparılan kampaniyalarda kəskin ifadələrdən istifadə edilməsindən belə çəkinilmir. Onu da qeyd edək ki, bu tendensiya bir müddət əvvəl Bakının mərkəzində dindarların keçirdiyi aksiyasın zorakılıqla dağıdılmasından sonra vüsət aldı. Rəsmi təbliğat bu aksiyanın arxasında məhz Iranın durduğunu bəyan etməyə başladı. Ölkə ərazisində fəaliyyət göstərən məscidlərə isə xəbərdarlıq edilib ki, Irandan Azərbaycana müəyyən təxribatçı dəstələr keçib və bu üzdən kənar yerdən məscidə adam buraxılmasın. Mövzuyla bağlı suallarımızı Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbərə ünvanladıq:
    - Sülhəddin bəy, hazırda aparılan anti-Iran kampaniyasının arxasında nə dayanır? Həqiqətənmi Iran ölkəmizdə müəyyən təxribaçı dəstələri stimullaşdırmaqla məşğuldur?
    - Əslində Iranla Azərbaycan arasındakı gərginlik uzun müddətdir ki, davam edir. Sadəcə olaraq hadisələrin inkişafı elə bir həddə gəlib çatıb ki, onları gizlətmək mümkün deyil. Və onlar üzə çıxmağa başlayıb. Burada əsas rolu Iranın nüvə proqramı ətrafında vəziyyətin gərginləşməsi oynayır. Amma bu gərginliyin üzə çıxmasına Irandakı daxili siyasi proseslərin də müəyyən təsiri var. Belə görünür ki, Azərbaycan hakimiyyəti özündə güc taparaq Irana qarşı açıq mövqe sərgiləməyə başlayıb. Azərbaycanın bu tip addım atmasında heç şübhəsiz Rusiyanın Irana qarşı münasibətinin dəyişməsi də deyərdim ki, həlledici rol oynayır. Artıq Rusiya da Iranın nüvə proqramıyla bağlı olaraq beynəlxalq aləmlə birliklə eyni mövqedən çıxış edir. Fransa kimi böyük dövlətin rəsmilərinin ardınca Rusiyanın da Irana qarşı çıxması təsadüf deyil. Beynəlxalq birlik bu məsələdə birgə hərəkət edir. Rusiya, ABŞ tərəfindən Azərbaycana verilən mesajlar da bu istiqamətdədir. Azərbaycan belə görünür ki, bu məsələdə də Rusiya ilə birgə qərar verərək, hərəkət edir.

    Potensialımız Irandan gözlənilən təzyiqləri neytrallaşdırmaq gücündə deyil
    - Bəzi fərziyyələrə görə, Azərbaycanın bu cür mövqe sərgiləməsi son zamanlar Israil rəsmilərinin Azərbaycana səfərləriylə sıx bağlıdır. Bir növ Azərbaycan Irana qarşı koalisiyaya dəstək verməsi üçün razı salınıb. Bu fikirlərdə həqiqət payı nə qədərdir? Və əgər həqiqətən də Azərbaycan anti-Iran koalisiyasında aktiv şəkildə iştirak edəcəksə, bu ölkəmizə nə vəd edir?
    - Qeyd etdiyim kimi, Azərbaycanın bu məsələdə mövqeyini dəyişməsi Rusiya ilə bağlı olan qərardır. Burada ABŞ, Israil tərəfindən verilən vədlər də müəyyən rol oynayır. Amma Azərbaycan üçün daha önəmli olan Rusiyanın mövqeyinin dəyişməsi idi ki, bu da baş verdi. Irana qarşı sərt sanksiyaların tətbiqi gözlənilir. Və görünür, bu dəfə sanksiyalar sadəcə deklorativ xarakter daşımayacaq. Azərbaycanla da görünür, məhz bu istiqamətdə danışıqlar aparılır. Çünki Irana qarşı sərt sanksiyalar tətbiq olunacaqsa, bu addımın effektivliyi üçün həmsədr ölkələr böyük önəm daşıyır. Azərbaycanın da Iranla həmsərhəd ölkə kimi böyük önəmi var. Digər tərəfdən Azərbaycanda ABŞ və Israilin ciddi maraqları var. Və Irana hərbi müdaxilə olacaqsa, Tehran Qərbin regiondakı maraqlarına zərbə endirəcək. Bu zərbənin vurulması ehtimal olunan ölkələrdən biri də Azərbaycandır. Bu baxımdan hətta Azərbaycan anti-Iran koalisiyasına qoşulmasaydı belə, Irana hər hansı müdaxilə, sanksiyaların tətbiqi zamanı əks tədbirlər görmək zorunda qalacaqdı. Bu zaman isə Azərbaycan istər-istəməz bu proseslərə cəlb olunmuş olacaqdı. Azərbaycanın da potensialı gözlənilən bu təzyiqləri neytrallaşdırmaq gücündə olmadığına görə, düzgün hesab edirəm ki, Azərbaycan beynəlxalq birliklə birgə hərəkət etməlidir.
    - Azərbaycan hökuməti bir müddət əvvələ qədər Irana qarşı fərqli siyasət yürüdürdü. Belə olan halda anti-Iran koalisiyasına qoşulması üçün Azərbaycan hakimiyyətinə nə vəd edilə bilərdi?
    - Həqiqətən də Azərbaycan hakimiyyəti Irana qarşı fərqli siyasət sərgiləyirdi. Və hazırda da KIV-də yuxarıdan göstəriş olmadığı halda Irana qarşı kampaniya aparılmazdı. Bu onu göstərir ki, Iranla bağlı siyasi qərar verilib. Rəsmi Bakı saatını Moskva ilə ayarlayır. Düşünürəm ki, Azərbaycana Irandan gələ biləcək hər hansı təzyiqin alınacağıyla bağlı təminat verilib. Düşünmürəm ki, Azərbaycana Qarabağ münaqişəsinin həlli və ya iqtisadi sahədə hər hansı bir vəd verilib ki, buna görə də hökumət öz siyasətinə yenidən baxıb. Azərbaycan onsuz da Iranla bağlı konkret mövqe sərgiləməsi üçün Qərb tərəfindən təzyiq altında idi. Hazırda da yaranmış situasiyada Azərbaycan Rusiya ilə birgə mövqeyini dəyişə bilər. Rusiya mövqeyini dəyişəndən sonra Azərbaycan əvvəlki mövqeyində qalsaydı, bu Əliyevlər rejiminə baha başa gələ bilərdi.

    Əliyev rejimi anlayır ki, Qərblə qarşıdurma seçki ilində ona baha başa gələ bilər
    - Azərbaycan hakimiyyətinin atdığı addımlarda müəyyən təzadlar da mövcuddur. Belə ki, Azərbaycan hakimiyyəti bir müddət əvvəl Irana qaz satışına dair müqavilə imzalamaq niyyətində olduğunu bəyan etmişdi…
    - Bunu Bakının taktiki gedişi saymaq olar. Bu daha çox Qərbi provokasiya edən addımlardır. Bunun əvəzində də Azərbaycan hakimiyyətinə siyasi dəstək xeyli dərəcədə zəiflədi. Əliyev rejimini isə hər zaman siyasi hakimiyyətlərinin qorunması düşündürüb. Bu il Azərbaycanda seçki ilidir. Əgər Azərbaycan hakimiyyətinə vədlər verilibsə, bu daha çox seçkiylə bağlı siyasi dəstək ola bilər. Artıq Əliyev rejimi anladı ki, Qərblə qarşıdurma seçki ilində ona baha başa gələ bilər. Ona görə Rusiyanın ardınca mövqelərində dəyişiklik etdi.
    Təbii ki, əgər Irana qarşı sanksiyalar təsdiq oluncaqsa və bu addımlar nəticə verməyəcəksə, hərbi gücdən istifadə gündəmə gələ bilər. Çünki Iran nüvə silahı əldə etməyə çox yaxındır. Bu baxımdan Azərbaycana olan beynəlxalq maraq da artacaq. Istər sanksiyalar tətbiq ediləcəyi, istərsə də hərbi müdaxilə olunacağı təqdirdə. Azərbaycan hakimiyyəti də bunu anlayır. ABŞ seçim qarşısında qalacağı təqdirdə təbii ki, öz maraqlarını üstün tutacaq. Ona görə Azərbaycanın demokratik qüvvələri yaranmış bu vəziyyəti analiz edərək xalqa arxalanmalıdır. Azərbaycanın mövcud şərtlərlə anti-demokratik rejimdən demokratik rejimə keçməsi üçün bir xalq hərəkatına ehtiyac var.
    Xəyal


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: İranla münasibetlerimiz Rusiyaya göre korlanır

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1749

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş