Hakimiyyət seçkilərə hansı problemlərlə gedir? http://azadliq.az/wp-content/uploads/aliyev_musavire2.jpg Parlament seçkilərində iqtidar daxilində ciddi təlatümlərin olacağı gözlənilir Bu gün həm müxalifyönlü, həm də iqtidarın nəzarətində olan qəzetlərdə müxalifətin parlament seçkilərinə vahid blok şəklində qatılıb-qatılmayacağı müzakirə mövzusudur. Iqtidar qəzetləri bu mövzuya daha çox yer ayırırlar. Açıq-aydın şəkildə sezilir ki, hakimiyyət bu məsələni ortaya atmaqla müxalifət

Bu konu 1942 kez görüntülendi 0 yorum aldı ...
Hakimiyyət seçkilərə hansı problemlərlə gedir? 1942 Reviews

    Konuyu değerlendir: Hakimiyyət seçkilərə hansı problemlərlə gedir?

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1942 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Hakimiyyət seçkilərə hansı problemlərlə gedir?

    Hakimiyyət seçkilərə hansı problemlərlə gedir?


    Parlament seçkilərində iqtidar daxilində ciddi təlatümlərin olacağı gözlənilir


    Bu gün həm müxalifyönlü, həm də iqtidarın nəzarətində olan qəzetlərdə müxalifətin parlament seçkilərinə vahid blok şəklində qatılıb-qatılmayacağı müzakirə mövzusudur. Iqtidar qəzetləri bu mövzuya daha çox yer ayırırlar.
    Açıq-aydın şəkildə sezilir ki, hakimiyyət bu məsələni ortaya atmaqla müxalifət daxilində intriqa yaratmaq, demokratik düşərgəni parçalamaq və cəmiyyətdə “bunlar bir-biri ilə yola getmirlər” rəyi yaratmağa çalışır. Sanki iqtidarda hər şey qaydasındadır. Sanki hakimiyyətdə parlament seçkiləri ilə bağlı heç bir problem yoxdur. Əslində seçki ərəfəsində hakimiyyətin vəziyyəti daha ağırdır. Müxalifətin seçkiyə vahid blok şəklində qatılması nə qədər mürəkkəb və həlli çətin olan məsələdirsə, hakimiyyətin də parlament seçkilərini rahat yola verməsi bir o qədər çətindir.
    Baxın, parlament seçkilərində hakimiyyətin qarşısında həlli mürəkkəb olan hansı məsələlər dayanır:
    1. Parlament seçkilərində YAP-ın elitası nəzərə alınmalıdır
    2. Hakimiyyəti dəstəkləyən qüvvələrə parlamentdə yer ayrılmalıdır
    3. Psevdomüxalifət partiyaları kənarda qalmamalıdır
    4. Ayrı-ayrı oliqarxların seçki iddiaları təmin olunmalıdır
    5. Hakim ailənin gəncləşdirmə siyasəti həyata keçirilməlidir
    6. Parlamentdə bitərəflərə mandat verilməlidir
    7. Hakimiyyət hər bir halda gerçək müxalifətlə hesablaşmalıdır
    Hakimiyyətdəki hazırkı mənzərə belədir və göründüyü kimi iqtidarın vəziyyəti o qədər də ürəkaçan deyil. Axı Milli Məclisdə 125 deputat yeri var…
    Hakimiyyətin bu problemləri necə həll edəcəyi maraqlıdır.
    Başlayaq YAP-dan. Hakim partiyanın parlamentdən kənarda qalacağı inandırıcı deyil. Belə bir hal olarsa bu, hakimiyyətdə dərin çat yarada bilər. Bundan əlavə YAP Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir. Deməli, Milli Məclisi nəzarətdə saxlamaq üçün YAP PA rəhbərinə çox lazımdır. Ona görə də Ramiz Mehdiyev mümkün qədər daha çox YAP-çının parlamentə düşməsinə çalışacaq.
    Hakimiyyəti dəstəkləyən ayrı-ayrı qüvvələr də xidmətlərini əvəzsiz təklif etmirlər. Onları istifadə edib sonra kənara atmaq da hakimiyyətə sərf etmir. Axı hansısa məqamda belə qüvvələr hakimiyyətə çox lazım olur.
    Psevdomüxalifətə gəlincə, parlamentdə müxalifətin təmsil olunması imitasiyasını yaratmaq lazımdır. Əks halda Milli Məclisinin demokratik şəkildə formalaşdırılması barədə nağıllar söyləmək mümkün olmayacaq. Həmçinin müxalifət adından parlamentdə oturan şəxslər gerçək müxalifətə şər-böhtan atmaq üçün lazım olur. Ona görə də hakimiyyət hər bir halda psevdomüxalifətə yer vermək məcburiyyətindədir.
    Hakim ailə isə ciddi-cəhdlə gəncləşdirmə siyasətini həyata keçirməyə başlayıb. Hakimiyyətyönlü gənclər təşkilatları bir mərkəzdə birləşdirilir və parlament seçkilərinə hazırlanır. Hakim ailənin niyyəti YAP elitasını parlamentdən sıxışdırmaqdır. Burada məqsəd həm də Ramiz Mehdiyevin təsir imkanlarını azaltmağa xidmət edir. Təsadüfi deyil ki, gəncləşdirmə siyasəti gündəmə gələndən sonra YAP-çılar proporsional sistemin bərpasının vacibliyindən danışmağa başladılar. Çünki YAP-ın öndə gedən simaları çox gözəl anlayırdılar ki, gəncləşdirmə siyasəti onlardan bir çoxunu parlamentdən kənarda saxlaya bilər. Məhz bu səbəbdən də proporsional seçki sisteminin bərpası məsələsini irəli sürmüşdülər. Axı bu zaman Milli Məclisdə yerlərin sayı da artırılmalıdır.
    Ayrı-ayrı oliqarxların iddiaları isə 2005-ci ilə nisbətən indi daha böyükdür. Məsələn, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov əgər 2005-ci ildə Milli Məclisə bir-iki nəfər yaxın adamını saldıra bilmişdisə, indi bu məmurlar parlamentdə daha çox yer qazanmağa çalışır və bunun üçün ciddi şəkildə mübarizə aparırlar.
    Sadalanan digər problemləri isə şərh etməyə ehtiyac yoxdur. Bütün bunlar seçki zamanı hakimiyyət daxilində təlatümlərə səbəb ola biləcək ciddi nəsnələrdir. Hakimiyyət də məhz diqqəti bu məsələlərdən yayındırmaq üçün müxalifətdaxili problemləri qabartmağa üstünlük verir. Əslində isə ciddi problemlər elə hakimiyyətdədir.
    Analitik informasiya şöbəsi



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hakimiyyət seçkilərə hansı problemlərlə gedir?

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1942

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş