PDA

Orijinalini görmek için tıklayınız : Ermənistan və Türkiyə telekanalları birləşirlər



Azeribalasi
17.12.09, 03:45
Ermənistan və Türkiyə telekanalları birləşirlər (15:51)

[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir]
Ermənistanın Vanadzor bölgəsində yayımlanan “Lori” telekanalının nümayəndə heyəti başda direktor Armen Saxlyan olmaqla üçgünlük Türkiyənin Qars şəhərində səfərdə olublar. Erməni mətbuatının yazdığına görə, səfər Qarsın yerli telekanalı olan “Serhat”ın dəvəti əsasında baş tutub. Səfər tanışlıq və mümkün əməkdaşlıq sahələrini tapmaq məqsədi daşıyıb.

Qeyd edək ki, “Serhat” Qars şəhərində yeganə telekanaldır.
Türkiyə telekanalının direktoru Alican Alibəyoğlu və icraçı direktoru Ozgün Toğrulla görüşdə “Lori” telekanalın nümayəndələri mümkün əməkdaşlıq məsələləri barədə, əsasən texniki təchizat, kadr hazırlığı, birgə verilişlərin hazırlanmasından danışıblar.

“Lori” televiziyasının rəhbəri Armen Saxlyan bildirib ki, məqsəd birdir- sərhədlərin açılması üçün əməkdaşlıq yolu ilə iki ölkə xalqları arasında dialoq yaratmaq.
“Serhat” və “Lori” televiziyaları arasında gələcək əməkdaşlıq üçün ilk addım kimi memorandum imzalanıb.

11-13 dekabr tarixlərində isə “Sərhəd” tele-radio şirkətinin nümayəndə heyəti başda direktor Alican Alibəyoğlu olmaqla Vanadzora gəliblər.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti “Lori” kanalının rəhbərliyi ilə artıq işlənmiş əməkdaşlıq proqramını müzakirə ediblər. Bunun nəticəsində isə hər iki kanal gələcəkdə müxtəlif verilişlərin, videomaterialların mübadiləsi, həmçinin telekörpülər keçirə bilərlər.

Hazırda bu proqramların reallaşdırılması üçün maliyyə vəsaitlərinin və donor təşkilatların tapılması üçün axtarış aparılır. Bu barədə “Lori” telekanalı məlumat verib.
ANS