Yaxşı danışıram maşından, qızdan,
Mövzu sən olanda susuram, Vətən.
Qoy yazım, qurtarsın şeir bir azdan,
Yenə sanacağam cəsuram, Vətən.
“ Mənimsən “-deməyə cürətim yoxdur,
Bu başla heç nəyə taqətim yoxdur,
Şuşaya getməyə qeyrətim yoxdur,
Bulvara getməyə hazıram, Vətən.
Mən sənin qədrini bilmirəm hələ,
Pul olsa, qaçıram tez gülə- gülə.
Səninçün yazdığım bu şeiri belə,
Mükafat naminə yazıram, Vətən.