Getmək istəyirsən, bəhanəsiz get, Oyatma mürgülü xatirələri. Səsin həmin səsdir, baxışın ögey, Gedirsən, səsin də yad olsun barı... Sən dəniz qoynuna tullanmış çiçək, Üstünə dalğalar atılacaqdır. Saxta məhəbbətin saxta sənədtək Nə vaxtsa üstündə tutulacaqdır.

Bu konu 1350 kez görüntülendi 0 yorum aldı ...
Getmek isteyirsen... 1350 Reviews

    Konuyu değerlendir: Getmek isteyirsen...

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1350 kez incelendi.

  1. #1
    -
    - - ait Kullanıcı Resmi (Avatar)

    Standart Getmek isteyirsen...

    Getmək istəyirsən, bəhanəsiz get,
    Oyatma mürgülü xatirələri.
    Səsin həmin səsdir, baxışın ögey,
    Gedirsən, səsin də yad olsun barı...

    Sən dəniz qoynuna tullanmış çiçək,
    Üstünə dalğalar atılacaqdır.
    Saxta məhəbbətin saxta sənədtək
    Nə vaxtsa üstündə tutulacaqdır.

    Döşənib yollartək ayaqlarına
    Sənə yalvarımmı...bü mümkün deyil!
    Qoymaram qəlbimtək vüqarım sına
    Alçalıb yaşamaq ömür-gün deyil.

    Demirəm sən uca bir dağsan, əyil,
    Demirəm qalıbdır əlacım sənə.
    Nə səndə məhəbbət qara pul deyil,
    Nə mən dilənçiyəm əl açım sənə..Getmək istəyirsən...
    O yol, o da sən...
    Bir cüt göz baxacaq arxanca sənin.
    Getdinmi...
    Nə vaxtsa dönmək istəsən
    Tikanlı yastığa dönəcək yerin.

    Getmək istəyirsən...
    Nə danış, nə din!
    Yox ol uzaqlartək dumanda, çəndə...
    Nəyimi sevmişdin?
    Deyə bilmədin,
    Indisə yüz eyib görürsən məndə.

    Getmək istəyirsən,
    Bəhanəsiz get,
    Oyatma mürgülü xatirələri.
    Səsin həmin səsdir,
    Baxışın ögey,
    Gedirsən,
    səsin də yad olsun barı...

    NÜSRƏT KƏSƏMƏNLİ



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Getmek isteyirsen...

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: -

          Cevaplar: 0

          Görüntüleme: 1350


Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş