Gəl görüm üzünü sözüm var sənə.
Sən məni özünə yalvartma yenə.
Cavan ömrüm düşüb dumana cənə,
Qorxuram bir gecə ölərəm sənsiz.
Qəlbimə dağ çəkib, dağlaram hər gün.
Dərya tək çoşaram,çağlaram hər gün.
Həm fəryad edərəm, ağlaram hər gün.
Dünyanı cəhənnəm bilərəm sənsiz.
Bilirəm zamansız gələcək əcəl.
ömrün bahar çaöı olacaq xəzəl.
Hər gecə allahdan səni ay gözəl,
Göz yaşı tökərəm dilərəm sənsiz.
Həsrətdən çırpınan qəlb rahat deyil.
Bəs sənin ürəyin narahat deyil?
Həqiqi sözümdür, zarafat deyil..
gəlməsən bu gecə ölərəm sənsiz.