PDA

Orijinalini görmek için tıklayınız : Bilsən, Sənsizliyi Necə Duyuram...



Azeribalasi
07.04.09, 04:50
Gərək fırlanmaya, dura, dayana-
Dünya nə haldaymış səndən o yana...
Başımın üstünə yüz Günəş yana
Ömrümü bir zülmət gecə duyuram...
Bilsən, sənsizliyi necə duyuram...

Dünyanın zinəti sənmişsən, demə...
Qeyb etdim cənnəti...Sənmişsən, demə...
Ömrümün qiyməti sənmişsən, demə-
Özümü indi bir heç duyuram...
Bilsən, sənsizliyi necə duyuram...

Ürəyim tələsir...Hələ vaxta var...
Hələ ümid də var,hələ vaxtda var...
Harda tufan qopub, harda şaxta var,-
Yol gəzir içimdən keçə , duyuram...
Bilsən, sənsizliyi necə duyuram...