Xatirəm qalıbdı o günlərdə Sözlərin səslənir daim dodaqda. Görürəm gəzirsən məndən uzaqda. Dayanıb doyunca süzə bilmirəm. Mən bir gəmi idim, sənsə yelkəni. Dalğalar içində itirdim səni. Nə qədər unudub atsanda məni. Həqiqi sevgidən bezə bilmirəm.

Bu konu 2350 kez görüntülendi 0 yorum aldı ...
Xatirəm Qalıbdı 2350 Reviews

    Konuyu değerlendir: Xatirəm Qalıbdı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2350 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Xatirəm Qalıbdı

    Xatirəm qalıbdı o günlərdə
    Sözlərin səslənir daim dodaqda.
    Görürəm gəzirsən məndən uzaqda.
    Dayanıb doyunca süzə bilmirəm.

    Mən bir gəmi idim, sənsə yelkəni.
    Dalğalar içində itirdim səni.
    Nə qədər unudub atsanda məni.
    Həqiqi sevgidən bezə bilmirəm.

    Səs verə bilmədin mənim hayıma
    Gedincə bir dəniz düşdü payıma
    Qərq olub gedirəm onun suyuna
    Tükənib taqətim, üzə bilmirəm.

    Sevdiyim eşqimi yelə veribdir.
    Könlümün sarayını viran edibdir.
    Bu mənim sevdam boşa gedibdir.
    Əzəldən bilirdim, təzə bilmirəm....


    Yaşadıq ikimiz gizli məhəbbət.
    Heç zaman etmədin mənə mərhəmət.
    İşıqlı sevgidə yarandı zülmət.
    Günəşim zülmətə doğmayacaqdır.
    Uzatsan əllərin çatmayacaqdır.

    Yadından çıxıbdır mənim sözlərim
    Amma sən olmusan mənim əzbərim
    Sevgi ilə gözünə baxan gözlərim
    Bir daha üzünə baxmayacaqdır.
    Uzatsan əllərin çatmayacaqdır.

    Ayırdın əlinlə göz ilə qaşı
    Ürək yox,sinəndə saxladın daşı.
    Yolunda axıtdım gözümdən yaşı.
    Qurudu gözlərim axmayacaqdır.
    Uzatsan əllərin çatmayacaqdır.

    Çox şirin eşitdim sənin dilindən.
    Faydalar görmədim onun birindən.
    Əllərim tutacaqdı sənin əlindən.
    Vəfasız əllərin tutmayacaqdır.
    Uzatsan əllərin çatmayacaqdır.

    Bir zaman sənindim sənin əlində.
    Məni də itirdin günün birində.
    Mənim sevgim durub önündə.
    Daş olan qəlbini oxlayacaqdır.
    Uzatsan əllərin çatmayacaqdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Xatirəm Qalıbdı

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2350

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş