http://vhp.az/photos/143.jpg Quzeyli və güneyli şair və yazıçılar dünyanın bütün ölkələrində yaşayan və fəaliyyət göstərən həmkarlarına müraciət ünvanlayıblar. Sənəddə bildirilir ki, 1925-ci ildə Rza şahın hakimiyyətə gəlişilə İran millətlər cəhənnəminə çevrildi. Onun "Bir dövlət, bir millət" siyasəti nəticəsində ölkədə başqa dillərə yasaq qoyuldu: "İranda şovinist siyasətə qarşı millətlər müxtəlif dönəmlərdə baş qaldıraraq öz haqlarını tələb ediblər. 1945-1946-cı ildə Güney Azərbaycanda

Bu konu 1899 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan ziyalıları dünyaya müraciet ünvanlayıb 1899 Reviews

    Konuyu değerlendir: Azerbaycan ziyalıları dünyaya müraciet ünvanlayıb

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1899 kez incelendi.

  1. #1
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    02.08.2008
    Mesajlar
    1.686
    Konular
    181
    Beğendikleri
    0
    Beğenileri
    1
    Tecrübe Puanı
    736
    @Ayselim

    Standart Azerbaycan ziyalıları dünyaya müraciet ünvanlayıb


    Quzeyli və güneyli şair və yazıçılar dünyanın bütün ölkələrində yaşayan və fəaliyyət göstərən həmkarlarına müraciət ünvanlayıblar. Sənəddə bildirilir ki, 1925-ci ildə Rza şahın hakimiyyətə gəlişilə İran millətlər cəhənnəminə çevrildi. Onun "Bir dövlət, bir millət" siyasəti nəticəsində ölkədə başqa dillərə yasaq qoyuldu: "İranda şovinist siyasətə qarşı millətlər müxtəlif dönəmlərdə baş qaldıraraq öz haqlarını tələb ediblər. 1945-1946-cı ildə Güney Azərbaycanda millət bir il içində öz milli dövlətini qurub, müasir dövrə uyğun müxtəlif islahatlar aparıb. Ancaq bir ildən sonra İran qoşunu Güney Azərbaycana hücüm çəkərək minlərlə insanı öldürmüş və dövlətin bir sıra öndər şəxsiyyətlərini edam edib. Buna baxmayaraq, Azərbaycan türkləri öz milli haqlarını istəməkdən heç bir zaman geri çəkilməyib". Müraciətdə qeyd olunur ki, hazırda İranda öz tarixi torpaqlarında 30 milyondan artıq Azərbaycan türkü yaşayır. Ancaq Azərbaycan türklərinin öz ana dilində bir dənə də olsun məktəbi yoxdur: "Son günlərdə fars şovinist rejimi çoxlu güneyli aydınları həbs edərək zindanlara salıb və onlara işgəncələr verir. Bu yaxınlarda Tehran şəhərində tanınmış güneyli şair, yazıçı, araşdırmaçı, jurnalist yaxalanıb. Bunlar Əlirza Sərrafi, Həsən Raşidi, Əkbər Azad, Səid Muğanlı, Mehdi Nəimi və Həmid Arğışdır. Hökumət tutulanlarla bağlı ailələrinə heç bir məlumat vermir. İranda insan haqlarının müdafiəsilə məşğul olan qurumların fəaliyyəti də nəticəsiz qalır. Bunu nəzərə alaraq, biz azərbaycanlı yazıçılar, şairlər öz qələm dostlarımızın ağır durumunu, xarici qələmdaşlara bildiririk. Bizim səsimizi dünyaya yaymaqda yardımçı olmağınızı istəyirik".
    Sənədi Sirus Mədədi, Behruz Həqqi, Abdullah Əmir Haşimi, Fəxri Uğurlu, Əlisəmid Kür, Paşa Əlioğlu, Cavanşir Yusifli, Qulu Ağsəs, Qurban Yaquboğlu, Hikmət Sabiroğlu, Azər Qaraçənli, Murad Köhnəqala, Niyaz Qaraöynəli, Rüstəm Kamal, Rasim Qaraca, Həmid Herisçi, Lalə Cavanşir, Səməd Purmusəvi, Çingiz Göytürk, İşıq Sönməz, Ərsan Ərəl, Hadi Qaraçay və başqaları imzalayıblar.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan ziyalıları dünyaya müraciet ünvanlayıb

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Ayselim

          Cevaplar: 0

          Görüntüleme: 1899

    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş