Tahir Taliblidan yeni şerlər AyTanrıməni quş elə Bagla bir quş qanadına Təzədən birdə quş elə Bir gözəl qız inadına Dünya məni əndirsin qoy sonra köntöy dindirsin qoy

Bu konu 3298 kez görüntülendi 5 yorum aldı ...
tahir telibli 3298 Reviews

    Konuyu değerlendir: tahir telibli

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3298 kez incelendi.

  1. #1
    Nasid hicrani - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    2.197
    Konular
    360
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    715
    @Nasid hicrani

    Standart tahir telibli

    Tahir Taliblidan yeni şerlər



    AyTanrıməni quş elə
    Bagla bir quş qanadına
    Təzədən birdə quş elə
    Bir gözəl qız inadına

    Dünya məni əndirsin qoy
    sonra köntöy dindirsin qoy
    sonrayenə mindirsin qoy
    bir dəlisoy cin atına


    Sular dəyə-dəyə gedir
    daşı döyə-dəyə gedir
    hamı gizlənməyə gedir
    bəlkədə torpaq altına

    21.05.2008


    Qəmnən dogulacaq şairlər hələ
    nə qədər dünya varpərti olacaq
    bəlkədə dünyada sonuncu şair
    dünyanın sonuncu dərdi olacaq
    2002


    Gündə sərdənər sürünər
    anasız quzular mələr
    köç qalxaryurdu görünər
    sinəm bir arxac yeridi

    bitdim yolların boyunca
    getdim bir xəyal olunca
    könlüm köç eylər dalınca
    yönüm mövlanə piridi

    hər sevdada ayrılıq var
    ayrılıqda sarılıq var
    bu çəkdiyim ayrılıqlar
    mənnən qəribdidiridi
    2000







    Sirr
    (Atillanın kiçik toyunda söylənən şer)

    Bir sirr gəlir içimiznən
    kökdə kökümüznən gəlir
    yerdə suyumuznan axır
    göydə göyümüznən gəlir

    sürürsüdnənsümüknən
    çərtirqannan iliknən
    yol gəlir elnənelliknən
    gələnhamımıznan gəlir

    açılmır neçə qat söznən
    görünmür ikicə göznən
    ölən ölür ölümüznən
    qalan dirimiznən gəlir

    nədisə şirin duygudu
    pirrər yozdugu yuxudu
    sirr olansirrər oxunmur-
    biznən gedirsiznən gəlir

    30.12.2002



    Bu tale dediyin….

    Bu tale dediyin nədi
    bir əlcə varagdıyoxsa?!
    bir üzü qara yazılı
    o bir üzü agdıyoxsa?!

    gedən yollar uzaqdımı
    gələn günlər sazaqdımı
    mənimki yaşamaqdımı
    adicə maraqdı yoxsa?!

    ömürdə bir ömür deyil
    səbirdə bir səbir deyil
    son yerimiz qəbir deyil
    bir qızıl otaqdı yoxsa?!

    iyun 2002


    Dərd tək gizlincə gəlirsən
    gəlirsən dəmin yerinə
    bəxtdi girov saxlamışam
    yüz bəxti kəmin yerinə

    ya ömrəya ya yaşa köçsən
    ya gözəya qaşa kəçsən
    ürəyimdə başa köçsən
    buyurkeç qəmin yerinə

    insan olmagımnan bezdim
    tanrımyellerinnən gəzdir
    atıb sularında üzdür
    bir taxta gəmin yerinə

    öldüyüm günü bilirəm
    ölümün üstə gəlirəm
    yoxsa əcəlsiz ölürəm
    görəsən kimin yerinə
    01.02.2001



    Dərbənd
    Uzaqdı özümüz qədər
    yaxın da dərbənddi bizə
    könül qarabaqdan keçər
    dərbənd də bir dərddi bizə

    gözümüz odu yandırar
    agzımız dadı yandırar
    çölümüz yadı yandırar
    içimiz qürbətdi bizə

    gəldik gedirikyürüdük
    gəldik özümüzü gördük
    yarı agrıyarı dərdik
    dərd olan şöhrətdi bizə
    2001


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: tahir telibli

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Nasid hicrani

          Cevaplar: 5

          Görüntüleme: 3298

    Konu Nasid hicrani tarafından (24.03.2009 Saat 12:18 ) değiş;tirilmiş;tir.

  2. #2
    Nasid hicrani - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    2.197
    Konular
    360
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    715
    @Nasid hicrani

    Standart

    Gəzirsən təkcətənhaca
    bütün hamılardan uca
    baxışım üstündən uçar
    bürüncəyin şalın olsun

    neçə dildə adın hallanır
    arxanca gölgəm səslənir
    gülürsən yanagın allanır
    o allanan xalın olsun

    şalı salıb geyinirsən
    gözəlsən haqqı öyünürsən
    bilmirəm gecələr neynirsən?
    neynirsən halalın olsun

    Bilgəhiyun 2002


    Agrı təlaşdı çəkdiyin
    deyirsən necəbilmirəm
    sən elə keçə bilmirsən
    mən belə keçə bilmirəm

    hər gələn yaz da qismətdi
    pay bir də yüz də qismətdi
    beş arşın bez də qismətdi
    sovqatdı seçə bilmirəm?

    sevgididərddinahaqdı
    nahaqda özü bir haqdı
    dərddisə üzü boyaqdı
    nədisəiçi bilmirəm
    2002


    (Akif Səmədə)

    Köhnə yurdlara bənzəyir
    dag aşırdüzü gəzdirir
    çölündə tufanlar gəzir
    içində sözü gəzdirir

    yosma kişidi yapagı
    can bilir ana torpaqi
    qaragüldəndi papaqi
    başında quzu gəzdirir

    daglara sarıdı yönü
    bir yol tutubyoxdu sonu
    ürək gəzdirmirha bunu
    ürəyini özü gəzdirir

    birimiz deyirik çəkmə
    birimiz deyirik içmə
    orda durmaburdan keçmə
    dalınca bizi gəzdirir

    hər gün axtarır neçəsi
    dördcə balaca qönçəsi
    güldüləçəkdi İncəsi
    Bakıda tozu gəzdirir

    heç vaxt.heç zaman nədi
    əsirgərməz al qan nədi
    fərqinə varmaz can nədi
    candı dayüzü gəzdirir
    2002

    (saz üstündə)
    Nə canı cannan ayırır
    nədə kicana doyurur
    külək qalxirqar sovurur
    gur yagışlar yagır sənnən

    dərd beləcə sözdümü ki
    birdimi kiyüzdümü ki
    təkcə bir cüt gözdümü ki
    əzrayıldı baxır sənnən

    bil mövlam haqqı işiyəm
    yeringöyün gərdişiyəm
    mən könüllər dərvişiyəm
    gedəsiyəm axır sənnən
    2001





    M ə n yenə səni sevirəm

    Həsrətin yasıdı gulən
    Omrumun qısıdı gələn
    Kimin qargısıdı gorən
    Mən yenə səni sevirəm

    Sacımda dəni sevmirsən
    Gozumdə çəni sevmirsən
    Sən yenə məni sevmirsən
    Mən yenə səni sevirəm

    Kimə varsan kimə yoxsan
    Nə qədər sevgisən haqsan
    Nə qədər məndən uzaqsan
    O qədər səni sevirəm
    2002


    (saz üstündə)
    Butalıdı yar yuxusu
    yastıgın ənbər qoxusu
    mənim həsrətim oxusun
    sənin hicranın var olsun

    buludlar uddu tüstümü
    yagışlar aldı üstümü
    gəlsədə əcəlim kimi
    gəlsin o anın var olsun

    olacaqlar önə gəlsin
    gələcəklər yenə gəlsin
    yüz qanmazın dinə gəlsin
    bircə qananın var olsun
    2001



    AYRılıqlar tanrılıqdı

    gözünnən aydın görürəm
    qəmin-göyərən yeridi
    deməsəndə mən bilirəm
    dərdin-dərdindən yeyindi

    nə buludsannə yagırsan
    nə axan selnən axırsan
    de niyə belə baxırsan
    bu uçuq sənin evindi

    sevdalar bir yara yeri
    yarı göyünyarı yerin
    ürəyimiz ura yeri
    əllərimiz kösöv yeri

    bu nə sonduayrılıqdı
    ayrılıqlar tanrılıqdı
    içim şüşədisınıqdı
    məni qargasöy indi
    2000
    Konu Nasid hicrani tarafından (24.03.2009 Saat 12:20 ) değiş;tirilmiş;tir.

  3. #3
    Nasid hicrani - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    2.197
    Konular
    360
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    715
    @Nasid hicrani

    Standart

    BİR yalquzaq təki sınan təklənən
    hövsələmmən səni saxlayammıram
    yaşaya bilmirəm yorgun ürəknən
    bu çixiq gözlərnən aglayammıram

    kimdədi dolaşıq ucu kələfin
    hardadıtapmaga ümid yox az-maz
    gedib o dünyanı görüb gələnin
    daha bu dünyada qorxusu olmur

    bu qədər təzadlarbu qeylu qallar
    Allahın özünü başdan çıxarır
    mənim bu qılıqsızköntöy inadım
    bir parça çörəyi daşdan çıxarır

    sən uzaq ulduzumyovuş mənimlə
    daha kimsənəyə yovuşammıram
    sən cırnıq taleyimbarış mənimlə
    yoxdaha səninlə barışammıram

    bu sinəm bir qara arxac yeridi
    ürəyim qəfildən atlana bilər
    nə yalvara bilər kösöv əllərim
    nə sınıq dizlərimqatlana bilər

    kimdədi dolaşıq ucu kələfin
    hardadıtapmaga ümid yox az-maz
    gedib o dünyanı görüb gələnin
    daha bu dünyada qorxusu olmur
    1992





    Heç kəs öz dərdini götürə bilmir
    Heç kəs öz dərdinivallah dünyada
    hələ əlləriylə üzəngi basan
    hələ ayaqları sallaq dünyada

    mürgülü başlarla ayılmır bəşər
    özünü aldadırbaşını qatır
    insan ipəkləşir yuxularında
    insan yuxularda tanrıya çatır

    elə kielə kiqarnına yeyir
    elə kielə kiəyninə geyir
    dönü başqalaşırözünün olmur
    dönüb qaşqalaşırözünün olmur

    eldən çıxannarda
    çıxmaz yolundan
    yol tutar qolunnan yolunu azsa
    dünya peygəmbərlər dünyası olar
    oturub hər şair özünü yazsa

    dünyanı pay kimi dartın özünə
    bir bəxti kəm oglu özünü dartır
    özünə bənzəyir hər kəs qəbirdə
    ölülər qəbirdə özünü yatır

    diriynən diridi qəbirstanlıqlar
    fikir çözələyir hüzur yerləri
    allahand yeridi qəbirstanlıqlar
    ən təmiz yerlərdi məzar yerləri


    hərə öz dərdini götürüb gedir
    hərə öz dərdini vallah dünyada
    hələ əlləriylə üzəngi basan
    hələ ayaqları sallaq dünyada
    1990



    Şamaxı qızları şair sevəndi
    (M.Ə.Sabirin ruhuna)
    Dünən bir məşədi bogaz yırtırdı
    bogaz yırtırdı ki qəzet alamyın
    qəzetdə kitabda çoxlu yalan var
    şairəşeirə heç inanmayın
    şairdən millətə ancaq ziyan var
    çoxda kiqızların şair sevəndi
    şamaxışairə allergiyan var

    bir cansız böcəyə can isindirir
    sıgınır bir çimdik otaəncərə
    dünya Şamaxıya yıgışa bilir
    Sabir Şamaxıya sıgışa bilmir

    tacirlərkarvanlarŞamdan qayıdır
    Nəsimi soyulurgedib Hələbdə
    Şamaxı qurtarmır şair əlindən
    şairlər qurtarmır şərdənkələkdən

    bir dəli maraga gedib ölən var
    fərqi nəqarşıda dumandıçəndi
    Vallah yuxusunda şair görən var
    Şamaxı qızları şair sevəndi.
    1992



    Əlli yaşıma
    Hardan yol gəlirsənhardan bilinmir
    qəbrin düşəcəyi yer bəllidimi?!
    gəlib əlli yaşa çatdın birtəhər
    çatdıgın əlli dəbir əllidimi

    Tanrımbu necə ömürdü?
    yaşadım kirayə kimi
    yürüdüm cəsədim üstə
    çatım bir ürəyə kimi

    ölümsə son ucu ömrün
    çoxdan keçdim bu son ucu
    bir yoldu tutub gəlirəm
    uzunəzablıyorucu

    İti sellərnən gurlaşan
    dəli yellərnən kürləşən
    qat-qat dərdlərnən dilləşən
    agrılarnan bışən canım

    yuvası uçuq quşlarnan
    göz üstə çatıq qaşlarnan
    itib qarışıq başlarnan
    qurdlarnan ulaşan canım
    öz-özünə yoxuş olub
    əzablardan bihuş olub
    gecələri bayquş olub
    yurdları dolaşan canım
    2000




    Yenə o daglar başında
    lalənərgiz bitərmi ola?
    mənim həsrətlərim ola
    ömrüm başa yetərmi ola?

    şimşəklərigurşadları
    qılınc yerinə qurşadım
    sevdimköhnəldimkorşaldım
    sevdalar bir xətərmi ola?
    2000



    DÜNYA UCUZUNA GEDIR

    öMüR –BIR BAgLI SANDIQCA
    QIYMəTDə QARA FINDIQCA
    SAgIMSOLUM BULANDIQCA
    ICIMDə UçUNMA GEDIR

    MəNIMKI SöZ SöYLəMəKDI
    SöZDəN-SöZə BəYLəNMəKDI
    BU NECə NəF ELəMəKDI?
    ZIYANIN ICINNəN GEDIR

    KEçMIR KIMSəNIN SUçUNNAN
    QALMIR öZ KöHNə KöCüNNəN
    DüNYA ELE BIR UCUNNAN
    TUTUB UCUZUNA GEDIR
    1991
    Konu Nasid hicrani tarafından (24.03.2009 Saat 12:22 ) değiş;tirilmiş;tir.

  4. #4
    Nasid hicrani - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    2.197
    Konular
    360
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    715
    @Nasid hicrani

    Standart

    Bu nə köçhaköçdüa Talıf oglu



    Kimə çörək veribkələk görübsən
    neçə diz qatlayıbbilək görübsən
    hər qarış torpaga kürək veribsən
    Bu nə köçhaköçdüa Talıf oglu?

    geyib ayagına dəmir çarıgı
    çatıb bir-birinə aranı-dagı
    axirət əyyamıixtiyar cagı
    Bu nə köçhaköçdüa Talıf oglu?

    yaxşıdan keçirsənpisdən keçirsən
    keçilməz yollarıhirsnən keçirsən
    Altaydan adlayıbQarsdan keçirsən
    Bu nə köçhaköçdüa Talıf oglu?


    nə əvvəlin bəllinə sonun bəlli
    sürülü yaylaqlınaxırlıkəlli
    zəmilixırmanlısünbüllüvəlli
    Bu nə köçhaköçdüa Talıf oglu



    bir yurd Canbaxcadıbir yurdda Şıxlı
    alnın düyünlüdüyolun açıqmı?
    zurna-balabanlıtoylu-aşıqlı
    Bu nə köçhaköçdüa Talıf oglu

    comərd yaşayıbsanmərd dolanıbsan
    elə yurd deyibsənyurd dolanıbsan
    nədibu dünyanı dörd dolanıbsan
    Bu nə köçhaköçdüa Talıf oglu


    gör necə bürüdü duman dagları
    yaman daglanıbdı şaman dagları
    Vallah əridəcək güman dagları
    Bu nə köçhaköçdüa Talıf oglu
    Bu nə köçhaköçdü
    Bu nə köçhaköç
    1989





    Ay Usuf dayı
    (Saraclı Usuf aganın ruhuna
    oxunan şer)


    Ömür dognaqda ikən
    doganaqdan keçmr örkən
    daha «Molleyvə» göy ürgən
    burulmuray Usuf dayı

    haqqın çəpəri kələkdən
    ələdikeçdik ələkdən
    fələk pislik eləməkdən
    yorulmur ay Usuf dayı

    nə deyr sözün qərəzi
    əyrinindüzün qərəzi
    qurulmur mizan-tərəzi
    qurulmuray Usuf dayı

    Canbaxcanın baxtı yatıb
    baxtsız yatıbbaxttı yatıb
    sosorulmur nə vaxtdı yatıb
    sorulmuray Usuf dayı

    yol itib arannan daga
    daglar qalıb baxa-baxa
    ag sürülər göy yaylaga
    sürülmür ay Usuf dayı

    Qəflə karvanlar boşalıb
    iti qılınclar korşalıb
    gərilən simdi Borçalı
    qırılmıray Usuf dayı

    gedər-gəlməzdimi yollar?
    qurdnan qalıb yurdlar ular
    elə bulanıb kisular
    durulmuray Usuf dayı

    xəyalım didərgin quşdu
    başımda huşum dolaşdı
    Saraclısız da Saraclı
    olurmuay Usuf dayı?!

    Molleyvə-
    (Ermənistanda Molla Eyyublu
    kəndi)
    1990

    Allah vergisi
    (Sona bülbüllərQıdirin səsi)


    Oyməni bu səsin qargışı tutub
    dikələ bilmirəmbelim əyildi
    yoxsa kibir qızın qargışı tutub
    işim düz gətirmir iyirmi ildi

    bülbül fəryadımışir qəzəbimi
    can qurtara bilmir qəfəsdən Allah!
    dedurub çırpımmı özümü yerə
    asımmı özümü bu səsdən Allah?!

    kim qıyar canınagünah götürüb
    kim qıyar canına öz xoşluguyla
    bir yaşıl budaga pənah gətirib
    dərdini oxuyur quş quşluguyla

    yara işləyirsədərd hoylanıbsa
    səsin nə günahıallah bəndəsi?
    mənim dərdlərimlə bir boydadısa
    bir buxundadısaelə bilirsən
    Allah vergisidi Qədirin səsi

    nə deyimnə deyimnə deyim indi
    bir veribbeş qırtıbbeş aparanlar
    mənim gözlərimi yaş aparanda
    nə çoxdu oxuyub baş aparanlar

    agız dinazındansöz dinazından
    sən özün hifz elə mərdləritanrım!
    bir yurd daşı üstə tənhakimsəsiz
    oturub aglayan bir kor qocanın
    Allah vergisidi dərdləritanrım

    1989
    Konu Nasid hicrani tarafından (24.03.2009 Saat 12:23 ) değiş;tirilmiş;tir.

  5. #5
    Nasid hicrani - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    2.197
    Konular
    360
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    715
    @Nasid hicrani

    Standart

    Bir kəndin üstünə payız enirdi


    Yarpaqlar yaralı əsgərlər kimi
    səngərə yatırdıyerə sinirdi
    ixtiyar daglarıqübar alırdı
    Bir kəndin üstünə payız enirdi

    bəlkə də qızılı rəngdən qızınıb
    qəlbimdə qəriblik gümüldənirdi
    sevincdən yazınıbqəmnən yazınıb
    Bir kəndin üstünə payız enirdi

    şır-şır bulaqların gözü yol çəkər
    bir də kiborclunuborclu sag istər
    ürəyim bu payız bir vaqon təki
    ötən qatarlara qoşulmaq istər

    keçirdi gözlərim önündən bu an
    neçə burulganlarneçə axınlar
    yadıma düşürdü yaxın uzaqlar
    yadımdan çıxmırdıuzaq yaxınlar

    …Toruna düşmüşdü söyüd küləyin
    asıla qalmışdı gur saçlarından
    bir kəndin üstünə payız enirdi
    yapışa-yapışa agaclarından
    1974

    Bakının yazı

    Bakının bahara çıxan cagıydı
    qızların yndırıb yaxan çagıydı
    sevgimin kükrəyib agan çagıydı
    məni dəli etdi Bakının yazı

    dünyada hamının birdi umudu
    qış öz gözlərini yaza yumurdu
    qızlar söz umurdusevgi umurdu
    məni silkələdiBakının yazı

    qəlbimdə bir ilıq yaz havasıydı
    söyüd tumurcugu çırtdayasıydı
    ürəyim sevincdən partdayasıydı
    məni xumarlandırdı Bakının yazı

    Ünvan Üzeyirbəy küçəsi idi
    enişdən-yoxuşdan keçəsi idim
    mən də milyonlardan bircəsi idim
    gethec qorxma- dedi Bakının yazı….
    1975

    Ürək bilər
    (saz üstündə)
    Baglayıb açanı sənsən
    kilidiaçarı sənsən
    bilmirəm haçandı sənsən
    bu həyatın başbiləni

    yüz biləni çaşdırıbdı
    söz biləni çaşdırıbdı
    düz biləni çaşdırıbdı
    bir xəlvətin çaş biləni

    meh titrədəryarpaq bilməz
    ildırımı hər dag bilməz
    səma duymaztorpaq bilməz
    bu yollarda daş biləni

    kimi taparkimi dilər
    kimi sızlarkimi gülər
    bilsə təkcə ürək bilər
    gözdə bilməzyaş biləni
    1980



    Niyə belə tozlu oldu bu yollar
    (saz üstündə)
    Ömür-gündügündən-günə azalan
    xatirələr çözəyində çözələn
    anamsən də öz-özünə ozalan
    Niyə belə tozlu oldu bu yollar?

    dərdlərimi özüm çəkdim içimə
    bənzəmək də istəmədim heç kimə
    ömrüm-günümsərt taledən incimə
    demə: Niyə belə tozlu oldu bu yollar?

    belə gedişgülünc gələr çoxuna
    boş söz söhbət ürəyimə toxunar
    baxışından çox gileylər oxunar:
    Niyə belə tozlu oldu bu yollar?
    1981




    (saz üstündə)Kövrəkdimiya sərtdimibilmirəm
    incikdimiya pərtdimi bilmirəm
    bir arzumu cücərtdimi bilmirəm
    yüz arzumu heç eləyən dünyadı

    at işləməz agır yollar yorandı
    işıgı gurboranıda borandı
    birdə gördün mərd qolunu burandı
    haqlı-haqsız güc eləyən dünyadı

    agbirçəyinbirçəyindən çəkinməz
    cavanındangöyçəyindən çəkinməz
    təzə açan çiçəyindən çəkinməz
    vaxtlı-vaxtsız köç eləyən dünyadı
    1988
    Konu Nasid hicrani tarafından (24.03.2009 Saat 12:24 ) değiş;tirilmiş;tir.

  6. #6
    Nasid hicrani - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    2.197
    Konular
    360
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    715
    @Nasid hicrani

    Standart

    Mən belə olmazdım..

    (saz üstündə)
    Səni məndən elədilər
    qəlbimə qor ələdilər
    hisslərimi taladılar
    yoxsa mən belə olmazdım

    o alqışlarbu qargışlar
    taleyimənə bagışlar?
    quraqlıqda gur yagışlar
    yagsamən belə olmazdım

    deyilməsə söz vaxtında
    agrısına döz vaxtında
    ildırımlar öz vaxtında
    çaxsamən belə olmazdım
    1980


    Daglar
    (saz üstündə)

    Şimşəyinin çaxışına
    buludunun yagışına
    sellərinin axışına
    könlüm darılmazdarılmaz

    odun mənim din-imanım
    hər daşına qaynar qanım
    yüz illər keçsə peymanım
    əhdim qırılmaz-qırılmaz

    o gözəlinyaraşıgı
    mat eləyib hər aşıgı…
    ilk sevgimin gur işigı
    burda qaralmaz-qaralmaz.
    1981



    Qarışdım suyuna büllur bulagın
    durulub axmagı öyrətdi mənə
    çinarucalardan uca durmagı
    göylərə baxmagı öyrətdi mənə

    yolçusu oldugum çox səfərlərin
    şeh damıb gözündən al səhərlərin
    daglarqoca daglar gur şəhərlərin
    yoluna çıxmagı öyrətdi mənə

    palıdın meşədə duydum yaşını:
    sevdim çadar-çadar qaya daşını
    vətən bu torpagın hər qarışıgını
    sinəmə sıxmagı öyrətdin mənə
    1980



    VƏTƏN SİLSİLƏSİNDƏN
    (saz üstündə)

    Boyat-boyat hicranınla
    qarıdasanVətən məni
    bir gün Araz qurumasa
    qurudasanVətən məni

    kotanınamhodagınam
    hər dərdinə ortagınam
    görsən quru budagınam
    arıdasanVətən məni

    bagında gülşən olmaga
    dagında yovşan olmaga
    çölündə kövşən olmaga
    yaradasanVətən məni
    1985




    Didik-didik torpagınam
    külək deşmiş papagınam
    güllə deşmiş bayragınam
    vətənvətənvətənsənin

    hər parçan bir bayraq boyda
    Aran haydayaylaq hoyda
    dogransam da qulaq boyda
    ötəninəmvətən sənin

    nə gördün yad gəlmələrdə
    köntöypəltək kəlmələrdə
    dolu gedəngəmilərdə
    itəninəmvətən sənin
    1986


    (saz üstündə)
    Ürək sınan şüşəmi oldu?
    yerim olduguşəm oldu
    yol gözləmək peşəm oldu
    qəfil gələnim olmadı

    uzagımdan soy hayladım
    söz söylədimboy boyladım
    sevincimi pay-payladım
    dərdi bölənim olmadı

    təkləndimmi tək qurd kimi
    tüstüm keçdi bulud kimi
    unuduldum bu yurd kimi
    görüb bilənim olmadı

    duruldummukövrək olub
    coşdummu heç külək olub
    dik başına çiçək olub
    vətənələnim olmadı
    1986

    Qışıyazı yollar yoran
    durnalardan xəbər alan
    arasında sərhəd duran
    ulusum elim qarışıq

    göyümdən baxan ulduzum
    salxım-salxımdüzüm-düzüm
    daglarında qarımbuzum
    dərəmdə selim qarışıq

    HeydərbabamSavalanım
    gəlim başına dolanım
    bir qıy çəkim havalanım
    öləndə ölüm qarışıq
    1983


    İçim dərdimnən gözənib
    gözümdə tufan gizlənib
    ulusumyurdum düzdənib
    deyirsən kiarxayınam

    nə yorub bezdirəsidi
    nə də kigöz görəsidi
    nə dərviş gəzdirəsidi
    bir daşlaşmış barxanayam

    qurtarmaz gümanım mənim
    əl çəkməz yamanım mənim
    aman veramanım mənim
    agır yollar yorgunuyam
    1988
    Cəlili üstündə

    Yuxularda yurd
    (saz üstündə)

    Gedəmmirəmgələmmirəmay Allah
    nə ugrunda öləmmirəm ay Allah
    gennənsədə görəmmirəm ay Allah
    mən nə qədər yuxularda yurd görüm

    heç bilmirəm azmı çoxmu günahın
    yoxsa paksanyoxsa yoxmu günahın
    olacaqlar olacaqmı günahın?
    qoca dünyagünahını ört görüm

    ayılmıram bu nə agır yuxudu
    bu qargışı ömrümə kim oxudu?
    bu fələyin atdıgı yay oxudu
    qaldır görümtuşla görümdart görüm

    dərviş ruhlar yalquzaq tək ulayar
    yollar məni öz başına dolayar
    daglar gennən dinazını yollayar
    inanmırambunnan agır dərd görüm
    1980






    Dərd dərdə bənzəməz
    (saz üstündə)

    Dar ürəyə sıgınmaram
    şen yurd qoyub dardabala
    əl uzatma sarı simə
    aglayırsa pərdəbala

    bir itgin gümanım yanıb
    yanıbdin-imanım yanıb
    neçə arzumanım yanıb
    axşamda səhərdə bala

    nə deyim aslan çaşanda
    duru çaylar bulaşanda
    namərdin börkü başında
    olan oldu mərdə bala

    çiynimdə bir yurd tükü var
    nə mizan varnə çəki var
    bu dərdin dərin kökü var
    dərd bənzəməz dərdə bala
    1989


    bizi yurd saxlayar
    (saz üstündə)

    Kimsə nagdı bəyənmirsə
    sözü söznən deyəmmirsə
    söyməlini sğyəmmirsən
    çaglayaçaglaya könlüm

    köşə çəkib uzatdılar
    şişə çəkib közərtdilər
    dişə çəkib qocaltdılar
    yoxlayayoxlaya könlüm

    cana doyub yetərsənmi
    əl yelləyib gedərsənmi
    de bərkiyib bitərsənmi
    laxlaya-laxlaya könlüm

    asanca sənnən keçərlər
    əzabından gen keçərlər
    bir gün üstündən keçərlər
    aglaya-aglaya könlüm

    bir gün bədxahın haqlasa
    daş üstə daşın qalmasa
    sənnən bir nişan saxalasa
    yenə yurd saxlayarkönlüm
    bizi yurd saxlayar könlüm
    1988



    (saz üstündə)
    Qolum ocaq kösüyüdü
    yanıq əlimi neyləyim
    torpagım daşım daşınıb
    qırıbbelimi neyləyim

    darda bir küsülüm qalıb
    ürəyim bükülü qalıb
    odum keçibkülüm qalıb
    soyuq külümü neyləyim

    gözümün biri gülməmiş
    gözümün bir aglayır
    qəribin göyü hönkürər
    qəribin yeri aglayar
    qərib elimi neyləyim
    1989
    Konu Nasid hicrani tarafından (24.03.2009 Saat 12:30 ) değiş;tirilmiş;tir.

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş